Qarabağ toylarında oğlan ilə qız bir-birlərini toy günü görərdi. Qızı papaqla vurardılar, əgər qız tərpənmirdisə, hesab edirdilər ki, onu ərə vermək olar. Bu "papaq atmanı" kənd ağsaqqalı edərdi.
Ağdamda bir dəfə elçi gəlməklə qız vermirdilər. Əvvəlcə bir "kəşfiyyatçı" göndərirdilər ki, görsünlər qız tərəfi nə deyir. Ağızlarını arayırdılar. Sonra oğlanın xalası, anası, ya da bacısı qız tərəfin xalası, yaxud bibisi, daha sonra isə qızın anası ilə danışardı. Anası isə qızın atasına deyirdi, ata da "Baxarıq" deyirdi. Bir müddət belə keçirdi... Qaçdı-qovdu ilə qız vermirdilər. Böyük-kiçik hamı yığışar, məsləhətləşərdilər. Qız verən ata nə qədər ağsaqqal olsa da, deyərdi ki, "Mən tək deyiləm, böyüyüm-kiçiyim var". Qızın dayısını, əmisini və kənd ağsaqqallarını çağırırdılar. Məclisdə onlar mütləq olmalı idi. Elçi üç dəfədən çox gəldikdən sonra razılıq olduqda "həri" verilərdi. Bu "həri"də isə oğlan evi özü ilə qənd gətirərdi. Qız evi çay süzərdi. Çay elə süzülərdi ki, suyu ilə dəmi qarışmazdı. "Hə”dən sonra çay qarışdırılıb gətirilmiş qəndlə içilərdi. Bu isə Рѕ deməkdir ki, daha qohum kimi qaynayıb-qarışdıq.
Sonra nişan mərasimi olardı. Oğlan və qız evindən adamlar yığışardı. Oğlan evindən xonçalı adamlar gələrdi. Qızın barmağına "barmaxçıl" - üzük taxardılar, bu isə rəsmi nişanlanma sayılırdı. Əgər toya qədər bayramlar olardısa, oğlan evi qız evini hər dəfə şirniyyatlar və parçalarla bəzədilmiş xonçalarla yad edərdi. Qızın gəlinlik libası qırmızı, yaxud ağ rəngdə olardı, belinə qızıl kəmər taxılardı, başına "qızıl beşlik”lərlə bəzədilmiş duvaq qoyulardı. Nişandan sonra qız toyu olardı. Buna bəzi yerlərdə "şərbət", yaxud "paltarbiçdi" deyərdilər. Qız toyu üçün oğlan evi "başlıq" verərdi.
Bu məclisə yaxşı nitq sahibi olan qadın seçərdilər. Рћ da hündür bir yerdə dayanaraq oğlan evindən gələn çamadanları bir-bir açaraq hamıya göstərərdi və deyərdi: "Bu gəlinin ayaqqabısı", "Bu gəlinin şalı" və s. Beləliklə, hamısını göstərdikcə уегdən hər kəs "Allah xeyir versin" deyərdi. Bundan başqa, qızın ata-anasına, bacı-qardaşına və ən yaxınlarına xüsusi parçalar, "xələt'lər gətirilərdi.
Ümumiyyətlə, toy 3 gün-3 gecə keçirilərdi. Qız toyunda ancaq çadır olardı. Toyda "nəmər”lər (içində noğul, konfet və peçenye olan dördkünc paketlər) olardı. Pul yazılan hər kəsə bu "nəmər"lərdən verərdilər ki, evində uşaqlarına paylasın.
Qız toyundan sonra oğlan toyunu ləngitməzdilər. Toydan əvvəl isə "xınayaxdı” olurdu. Oğlan və qız evindən yaxın qohum və qonşular çağırılırdı, oğlan evi xına gətirirdi və qız evi isə xına düzəldərək gəlinlə birlikdə məclisdə iştirak edənlərin əlinə çəkilərdi. Xüsusilə, gəlinin ovcunda bəyin adının baş hərfi yazılırdı. Oğlan evinə göndərilmiş xınayla isə bəy ovcunda qızın adını yazardı.
Oğlan toyundan bir gün əvvəl kənddəki çapar xəbər yayardı. Bu xüsusi çaparı görəndə artıq hər kəs toy mərasimi olacağını bilirdi. Çapar isə kənddəki bütür qapıları döyüb, hamını toya dəvət edərdi. Toy axşamı bütün qohum-əqrəba, qohum-qonşu bir yerə yığılaraq məsləhət-məşvərət qurardı. Heyvanlar kəsilərdi, “ciyər axşamı” təşkil olunardı. Toydan bir gün əvvəl toyun azuqəsi alınardı, mağar qurulardı, gəlinin evi bəzənmiş olardı. Gəlin cehizini gətirmək üçün oğlan evi nəqliyyat vasitəsi göndərərdi. Qız evindən isə qızın yaxın qohumlarından, rəfiqəsi və bacısı “ev bəzəməyə” gələrdilər. Oğlan evi isə gələnlərə “xələt” verərdi. Cehizdə yorğan-döşək və qab-qacaq mütləq olmalı idi. Hər bir ana qızına sandıq verərdi. Toydan bir gün əvvəl qız evində aş bişirərdilər. Buna “ayrılıq aşı” deyərdilər. Hamı masa ətrafında yığılaraq bu aşdan yeyirdi. Qızı ata evindən gətirərkən onun belini qırmızı lentlə üç dəfə düyün vurub-açardılar, bunu oğlanın qardaşı edərdi. Bu zaman deyilərdi:
Anam-bacım, qız-gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.
Sonra gəlini otuzdurub, qucağına oğlan uşağı verərdilər və “Qucağı uşaqlı olsun” deyərdilər. Oğlan evi isə qızın anasına “süd pulu” verərdi, bunun mənası isə o idi ki, anadan halallıq alardılar. Daha sonra gəlinin əlinin birinə qızın qardaşı, digərinə isə oğlanın qardaşı dəsmalla pul bağlayırdı. Bu pul toy gecəsi açılaraq balışın altına qoyulur ki, bu da yengəyə çatardı. Atası isə qızını üç dəfə yanan çırağın ətrafına fırladaraq ona xeyir-dua verərdi. Bu o demək idi ki, gəlinin ocağı nurlu olsun, heç zaman sönməsin. Qız evdən çıxarkən ona duz-çörək verərdilər ki, evinə ruzi-bərəkət aparsın. Qapıdan çıxarkən isə üzərlik yandırılar, müqddəs kitabımızın altından keçərdilər. Qız üçün “Gəlin atlandı” havası çalınardı, faytonda yaxud at belində aparılardı.
Toy günü əsasən günortadan sonra başlayardı. Günortaya qədər çaylar qaynadılır, yeməklər bişirilirdi. Yemək zamanı gələndə isə aşbaz deyərdi ki, “Qazan açılmır”, çayçı isə deyərdi ki, “Samovar süzmür”. Hər kəs “xələt”ini aldıqdan sonra “qazan açdı” olardı. Qız evində toyda da “qazan açdı” üçün “xələt”i oğlan evi verərdi. Məclisdə əsasən plov, dolma, kabab və məşhur “Qarabağ souzu” verilərdi. Hamı yeyib-yığışandan sonra çalıb-oynamaq başlayardı. Toyda mütləq “qara zurna” çalınardı. Zurnaçılar toy başlayanda evin damına çıxıb oradan, hamı toplaşdıqdan sonra isə mağaradan ifa edərdilər. Mağar isə xalı, gəbə və kilimlərlə bəzədilərdi. Qız-gəlin toya mütləq təzə allı-güllü libas geyinərdi.
Gəlin həyətə girəndə qurban kəsilərdi, qanından isə gəlin və bəyin alnına çəkilərdi. Şirniyyatı yarı bölərək yarısını gəlinə, yarısını isə qaynanaya verərdilər ki, mehriban olsunlar. Evin kandarında gəlin ayağı altına qoyulmuş boşqabı sındırardı, su və buğdanı isə evə səpərdi. Bu isə özü ilə ruzi-bərəkət gətirməsinə işarə idi. Gəlin oğlan evində onun üçün xüsusi bəzədilmiş “gərdəyə” gətirilərdi. Gəlin oturmamışdan əvvəl “xələt” istəyirdi. Oğlanın valideynləri isə ona nəsə boyun olurdu. Sonra gəlin əyləşərdi.
Oğlan toyunda toyun “şahı” və “fərraşı” olardı. Onlar məclisdə sakitlik yaradaraq onun maraqlı keçməsini təmin edərdilər. “Fərraş” toyun “şahı” tərəfindən buyrulardı. Məsələn, filankəsi gətir ortaya. Əllərində nar çubuğu olardı. Durmaq istəməyəni zarafatla yavaşca vuraraq ortaya gətirərdi. Nə qədər utancaq adam olur-olsun, oynamalı idi. Toyu elə idarə edirdilər ki, məclisdə dava-dalaş düşməzdi. Məclisdə “sözbaxmayan”ı isə toyun şahı cəzalandırardı.
Toyun sonunda “bəy tərifi” olardı. Bəy sağdişi və soldişi ilə birgə mağara gələrdi. Toydan sonra isə “üçgünlük”, “üzəçıxdı” olardı. Qız evi plov, fətir və şirniyyat dolu xonçalarla oğlan evinə gələrdi. Gəlin üzə çıxaraq ailə ilə birlikdə oturardı. Qızın anası, xalası və yaxınları ona “qızıl beşliklər”, saat, üzük, sırğa və digər qızıl məmulatları bəxşiş verərdi.
Bir müddət sonra qız evi yeni ailəni qonaq çağırardı, bu isə “ayaqaçdı” adlanardı. Gələn qonaqların hər birinə “xələt” verərdilər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Romadan Papaya şillə kimi cavab!
Köhnə pianodan xəzinə çıxdı
72. BAFTA Mükafatları: Qırmızı Xalça
Ermənilər dinc sakini vurdu
Payızda “ikinci dalğa” təhlükəsi: Karantin yenidən sərtləşdiriləcək? - VİDEO
Bu vərdiş beyni inkişaf etdirir
Bakıda zəhərli balıq satılır!
Antitellər
Lerikdə qalınlığı 1 metrə çatdı, Qubada yollar buzladı
Bankomat 10 dollar əvəzinə 100 dollarlar verdi-FOTO
“Con Snou” serialın bitməsindən depressiyaya düşdü, xəstəxanalıq oldu
Yumurta salatı (foto resept)
İsti qayçı
Vladimir Putin ad gününü qeyd edir
24 yaşlı gənc bütün polisləri ayağa qaldırdı-SƏBƏB
"Böyük yeddilik" Rusiyaya təzyiq göstərdi
Albalı piroqu (foto resept)
İşləmək istəyənlərin nəzərinə!
Günün ulduz falı - 09.10.2013
Azərbaycanlı milyarder Xəzərə 350 milyard ayırır
Akvariumun içində restoran
Körpələrdə göbək bağı
Karantin dövründə qızla tanış olmağın qeyri-adi yolu - VİDEO
Limon mürəbbəsi (foto-resept)
Misir xalqı "intihar edir": 7 ölü, 140 yaralı
BÜRCLƏR bizə nə vəd edir?-24 dekabr
Qapalı geyim dəstləri
Dubay şeyxinin xanımı 40 milyon oğurlayıb qaçdı
Balaca şahzadələrimiz üçün donlar
Uşaqlara masajı necə edirlər?
Nüsrət sərvətini açıqladı - Şok rəqəmlər
Saymon Kouel əməliyyat olunacaq
Putin döyüş əmri verdi
Qadın nədir? Nə deyildir?
Vampir-balıq kəşf edildi
İstirahət gününün havası
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ə yaxınlaşdı: Dörd nəfər öldü - FOTO
69 yaşlı müğənni beşinci dəfə evləndi - FOTO
Məşhur modelin ayaqları yandı
200 illik tarixi məzarlıq
Rus qırıcıları türkmən ərazilərini bombaladı
Avropa Rusiya ilə savaşa gedir
Gəncə sakini Karina Qriqoryan düşmən atəşi nəticəsində yaralanıb
Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq
İşıqsız dünya
PKK-nın xain Ermənistan planı
Fernando Alonso: Dünyada ən sürətli küçə treki Bakıdadır
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Mükəmməl şəkillərin çəkildiyi məkanlar
- ŞƏRHLƏR