Əziz xanımlar,yəqin ki,belə bir suala cavab axtaranlar az olmayıb: "Yoldaşımla necə bir münasibət yaratmalıyam ki, ailəm sağlam bir ailə olsun?"
Ər arvad münasibətlərində də hislərinizi tam mənası ilə ifadə edə bilirsinizmi? Hislərin fərqinə varmaq və onları aydın şəkildə ifadə etmək, insan əlaqələrinin ən əhəmiyyətli ölçülərindən birini meydana gətirməkdədir. Hislərin fərqinə varmaq və onları uyğun şəkildə ifadə etmək müvəffəqiyyətli münasibətin təməlidir. Ər- arvad əlaqələrində duyğularını rahatlıqla ifadə edə bilirlərsə, uşaqlar da bunu öyrənərək həyat boyu müvəffəqiyyətli bir insan olurlar.
Aranızda fərqliliklərinizi danışırsınızmı? Umumiyyətlə,Ər və arvadlar fərqli olduqlarını qəbul edib, həqiqi bir şəkildə bu fərqliliklər üzərində danışa bilirlərmi? İnsanların bir-birlərindən fərqli olması həyatın bir gerçəyidir.
Bu mövzuda ümumiyyətlə aşağıdakı dörd rəftardan biri sərgilənir:
1- Fərqlilikləri görməməzlikdən gəlib, yoxmuş kimi davranmaq;
2- Ərin suverenliyi altında ailə həyatını təşkil edərək qadının gerçəyini yox saymaq;
3- Qadının suverenliyi altında həyatı təşkil edərək kişinin gerçəyini yox saymaq;
4- Fərqlilikləri qəbul edib uyğun bir dil və anlayışla bu fərqlilikləri danışaraq ailə həyatını hər iki insanın gerçəyinə görə uyğunlaşdırmaq.
Ana və Ata aralarındakı fərqi danışa bilib və həll taparaq öz gerçəklərini yaşaya bilən bir münasibət yaratmışlarsa, uşaq fərqinə varmadan bu münasibətləri mənimsəyəcəkdir.
Verilən sözün tutulması: Ər arvad verdikləri sözə əməl edirlərmı? Verdiyi sözə əməl etmək insanın həyatında çox əhəmiyyətli bir inkişafın ifadəsidir.
Verdiyi sözə əməl edən insan, söz vermədən əvvəl düşünmüşdür və verdiyi sözün nə mənanı verdiyini bilir.
Verdiyi sözə əməl edən öz sözünə, öz şəxsiyyətinə hörmətli bir insandır; özünə olan hörmətini itirməmək üçün verdiyi sözə əməl etməsi lazım olduğunu bilər.
Verdiyi sözə əməl edən insan söz verdiyi adama hörmətli biridir. O adamın gözündə dəyərini itirməmək üçün verdiyi sözə əməl edər.
Ana atanın bir-birlərinə verdikləri sözə əməl etmələri uşağın sağlam şəxsiyyət kimi inkişaf etməsinə imkan yaradır. Belə bir mühitdə yetişən uşaq insanlara güvənir və həm özünə həm də qarşısındakına hörmətli olmağı təbii olaraq öyrənir.
Musiqi dinləmək və kitab oxumaq: Ana və Atanın musiqi dinləyib dinləməməsi, hansı növ musiqi dinlədiyi, kitab oxuyub oxumaması, hansı növ kitab oxuduğu, bunların hamısı, uşağın inkişafında rol oynayacaq.
Uşağın yetişməsində ən əhəmiyyətli faktor ər -arvad arasındakı münasibətlərin xüsusiyyətidir. O səbəblə, soruşulmalı əsas sual, "Yoldaşımla necə bir münasibət qurmalıyam ki, ailəm sağlam bir ailə olsun," sualıdır.
Ana uşağına göstərdiyi maraq qədər yoldaşına da maraq göstərə bilməlidir. Bir kişi işinə maraq göstərdiyi qədər xanimina və uşağına da maraq göstərməyi bilməlidir.
Qadın və kişinin münasibəti müəyyən bir romantik inkişafa çatınca sıravilikdən xilas olur və özlərinə xas isti bir münasibətə çevrilir.Sağlam uşaq yetişdirmənin yolu, sağlam ər- arvad münasibətindən keçər.Uşağınızın ümid dolu, şən, hadisələrin yaxşı istiqamətlərini görən biri olmasını istəyirsinizsə, Ana - Ata olaraq əvvəl siz də bu xüsusiyyətləri həyatınıza daşımalısınız.
Uşağınızın dürüst biri olmasını istəyirsinizsə, əvvəl siz həm özünüzə, həm də ətrafınızdakılara qarşı dürüst olmalısınız.
Qadin.Net saytının bütün istifadəçilərinə bele sağlam,isti,mehriban,səadət dolu ailə münasibətləri içərisində yaşamağı arzu edirəm!
XƏBƏR LENTİ
Azərbaycanlı rəssam Merilin Monronun portretini elə yaratdı ki... - VİDEO - FOTO
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində xəttə ilk qatar buraxıldı
Bakıda bayram namazı qılınır - CANLI YAYIM
Ziyafət geyimini necə seçməli?
Revani (foto resept)
Əcaib görünüşlər: bu da modadır?
Qulağınız "yanır"?
Kabayeva mandatdan imtina etdi
Nişan üzüyü şayiələrə səbəb oldu - FOTO
Bir-birimizə xoş söz deməyin əhəmiyyəti nədir?
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
“Ginnesin Rekordlar Kitabı”na düşən pişik - FOTO
Bizimkilər də güldürürlər...
Bazar ertəsi sindromundan qurtulmağın YOLLARI
Məşhur cütlük ayrıldı-FOTO
Kim nə qədər yatır?
Dubayda nadir təbiət hadisəsi - VİDEO
Həzm sistemini gücləndirən üsullar
9 uşaqlı müğənnidən məsləhət-FOTO
Kosmosa 12 günlük səyahət - Qiymət açıqlandı/Video
"Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçiriləcək
Putinə inanılmaz təklif: “Mənimlə evlənin"
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Azərbaycanın "Eurovision-2011" mahnısı məlum oldu
Məşhurlar 80-ci illərdə
Sabahın HAVAsı
"Ağıllı" üzük faydalı köməkçiniz...
Repetitorlara da qadağa qoyuldu
Operativ Qərargahdan brifinqlərlə bağlı iddialara CAVAB
300 illik mumiya 1 saata çürüdü
Abonentlərin nəzərinə: Ödəmə terminallarından istifadə etməyin
"Sumqayıt təxribatı - “Qriqoryanın işi”
Kadırovdan çox sərt açıqlama
Gəlinlik alarkən bunlara diqqət edin!
"Bizim Tarla" - AJVAR SALATI
Qeyri-adi üzüklər
Bakıda eyvana paltar asmaq QADAДћAN olundu
Qadın geyim ölçüləri
Azərbaycanda uşaqlara qoyulan 10 ən populyar ad
"Yaz günü" salatı (foto resept)
QALİB SEÇİLDİ - "Şah əsərim"
45 kiloqram arıqlayan Adelin sirri
Qadınların bilməsi lazım olan 22 qayda!
Yeni trend: Saç sırğaları
Pul ilə aranız necədir? (test)
94 kiloqram arıqlayıb heyran etdi - FOTO
İdmançımız Dünya çempionatının medalçısı oldu
Pomidorun yararları
Bu şəhərdə necə insanlar yaşayır?
- ŞƏRHLƏR