Bu gün 30 yaşdan sonra ərə getmək və bu yaşdan sonra ərə getməyin çətinlikərindən danışacağıq. Qadın olmaq çətindir. Xüsusilə də əgər sizin 30 yaşınız varsa və siz hələ də ailəli deyilsinizsə. Əslində, bu bəlkə də sizi heç narahat etmir. Lakin sizin mənəvi rahatlığınızı tez-tez pozan insanlar tapılır. Bu insanlar sizin qayğıkeş ailəniz və dostlarınız da ola bilər. Onlar sizin niyə ailə qurmaq istəmədiyinizi soruşacaq, sizi müxtəlif insanlarla tanış etməyə və sizi ərə getməyə məcbur edəcəklər. Sizə tez-tez belə sual ünvalanacaq "Sən ərə getmək istəyirsən ya yox?". Əvvəllər 20 yaşınız olanda bu sual sizi sadəcə güldürürdüsə, indi həyatınızı zəhərləyir. Mövzunu bağlamaq üçün "Bəli ərə getmək istəyirəm, istəyirəm, ancaq hələ ərə gedəcəyim insana rast gəlməmişəm" deyə əsəb və acıqla cavab verirsiniz.
1. 30 yaşdan sonra ərə getmək çox çətindir. Çünki 30 yaşlı qızlar artıq dünya görüşü daha çox və məlumatlıdırlar. Bu yaşda qızlar artıq həyatdan nə istədiklərini bilir və ideal insan axtrırlar. Əgər bu vaxta qədər ərə getməyiblərsə, deməli problem var. Bəziləri ərə getməkdən qorxur. Ailə və uşaq məsuliyyətini tam dərk etmir və gələn bütün təkliflərə xeyir cavabı verir. Ancaq bu o demək deyil ki, 30 yaşdan sonra sizə layiqli namizəd olmayacaq. Ömər Xəyyamın belə bir kəlamı var: "Sevmədiyin bir insanla olmaqdansa, tənha olmaq daha yaxşıdır". Qərbdə ümumiyyətlə 30 yaşdan tez ailə quranlar azlıq təşkil edir. Ona görə də bu nigahlar daha uzunömürlü və möhkəm olur. İnsanlar daha çox məlumatlı olur, işini, karyerasını qurur, öz ayaqları üzərində möhkəm durmağı öyrənir, sonra ailə həyatı qururlar. Ona görə də siz narahat olmayın. Siz hələ gəncsiniz və uzun müddət də belə qalacaqsınız.
2. Bu yaşda bir problem də sizi narahat edir. "30 yaşdan sonra uşaq dünyaya gətirmək çox çətindir" deyib sizə tez-tez həyəcan yaşadırlar. Əlbəttə bu sözdə həqiqət var. 20-25 yaşlarında kimi asan olmur 30 yaşda uşaq dünyaya gətirmək. Ancaq artıq tibb çox irəliləyib və inkişaf edib. Yəni bunun üçün də narahat olmağa dəyməz. Bu gün həkimlər belə bir qənaətə gəliblər ki, əgər qadında heç bir potologiya yoxdursa, o tam sağlam uşaq dünyaya gətirə bilər. Amerikalı professor Con Mirovski deyir ki, qadının ən yaxşı uşaq dünyaya gətirən dövrü 34 yaşdır. Təki ömür boyu yaşayacaq adamı dəqiq seçin və onunla bir ömür sürəcəyinizi bilərək onu daha yaxşı tanımağa çalışın.
3. 30 yaşda ağıllı və cazibadar kişi olmur. Daha dorusu fikirləşirsiniz ki, bu zamana qədər artıq bütün kişilər ailə qurur. Sizin ərə getməyiniz real deyil. Lakin bu tamamilə yalnış fikirdir. 19 yaşda olan qızlar 20-25 yaşlı oğlanlarla ailə həyatı qurduqda onları hələ də tanımırlar. Çünki insan 30 yaşadək böyüyür və dünya görüşü çoxalır. 30-dan çox yaşı olan kişilərin 99 faizi artıq yaxşı işlə təmin olur və ailə həyatının müqəddəsliyini və vacibliyini dərk edir. Sadəcə olaraq 19-20 yaşda olarkən seçim və zaman çox olur. 30 yaşdan sonra isə seçiminiz və zamanınız az olur. Ona görə də evdə oturub xoşbəxtliyin gəlib sizi tapacağına inanmayın. Çıxın, gəzin, insanların gur olduğu yerlərə gedin və özünüzə inanın.
4. Kişilər 30 yaşı keçmiş xanımlardan qorxur. Sizin qızıl xasiyyətiniz olsa da, siz çox gözəl olsanız belə, onlar bildikdə 30 yaşını keçmisiniz, tərəddüd etməyə başlayırlar. Bu növbəti ağılsızlıqdır. Ağıllı kişi bunu özünə problem etməz. Bu barədə qəti düşünməyəcək. Belə düşünən kişi isə bizə heç də lazım deyil.
5. Qadın tək olmağa vərdiş edib.
Belə bir stereotip də var ki, qadın tək olmağa vərdiş edir. Ona heç kim nəyi necə edəcəyini demir. Müəyyən qadağalar və məsuliyyətlərlə qarşılaşmır. Və kiminsə paltararını, corablarını yumaq məcburiyyətində deyil. Buna görə çox qadınlar artıq 30 yaşdan sonra ərə getmək istəmirlər. Lakin bu yalnış fikirdir. Siz bunu da asanlıqla həll edə biləcək yaşdasınız. İlk öncə texnologiya o qədər inkişaf edib ki, artıq bütün işləri sizin yerinizə edəcək maşınlar var. Sevdikdən, sevildikdən sonra bunu siz problem etməyəcəksiniz. İnsan ömür boyu tək yaşaya bilməz. Sizə yanınızda olacaq bir insan, dost mütləq lazımdır. Lakin ictimai qınaq sizə təsir etməsin. Bir həyatı yaşayacaq insanı yaxşı seçin. Qarşınıza çıxan insanı tanıyın. Onunla görüşün, danışın xasiyyətinə bələd olun. Bütün xanımlara xoş və gözəl həyat diləyi ilə.
XƏBƏR LENTİ
Stress saçları niyə ağardır?
Hazal Kayanın yeni tərzi-FOTO
27 il Şuşasız...
Çox az insanın dinlədiyi gizli müəllim
İrəvana sillə kimi cavab
Milli Məclis sədrinin və deputatların maaşı artırıldı
Ingilis Dili-XXII Dərs
Aromaterapiya yağları və onların faydaları
Şahzadə Harri və Meqan Markl titullarından məhrum olacaqlar-SƏBƏB
Facebook-a daxil olanlar gözlərinə inanmadılar
Saatınız xarakterinizdən xəbər verir
Boşanmanın uşaqlar üzərində təsirləri
Qəbul imtahanlarının vaxtları dəyişdi
"Ağıllı ayaqqabılar" satılacaq
Facebook videoreklamlara başlayır
Nar salatı (foto resept)
Xoşbəxtlik ətrafımızdadır
Anjelina Coli boşandıqdan sonra...
Noxudlu burger (foto resept)
Uzun illər qıtlıq gözlənilir
Qorxularımdan qorxuram
Sarıkök maskası
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Özünü uğura necə kökləyə bilərsən?
Peyvənd problemi
Məşhur atalar və uşaqları
Koronavirusdan SAДћALMAQ MÜMKÜNDÜR: ÜST açıqladı - VİDEO
Günün ulduz falı - 12.03.2014
Toyuqlu boxça (foto-resept)
"Barselona"nın ulduzu türklərdən üzr istədi
Bakının tarixi binaları: tarixilik əlaməti itir?
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
Məşhur aktrisanı tanımaq mümkün olmadı - FOTO
Yeməkdən sonra edilən səhvlər
Heydər Əliyev Mərkəzində sərginin açılışında Leyla Əliyeva iştirak edib
Meyvələrdən ilham alan sənətkar
"Ölüm körpüsü"nə çarə tapdılar
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur
Qreq Murreyin əyləncəli fotoları
Bu ölkə eboladan xilas oldu
"Təhlükəli kişilərlə dolu dünyada lazım olan qadın"
Mineralların xeyri
Bu model görənləri heyrətə gətirir - FOTO
Avropada terror riskinə görə ölkələrin REYTİNQİ - SİYAHI
Zövqlü ziyafət nümunələri
Prezident: “Düşmən Azərbaycan ordusuna davam gətirə bilmir”
Ali məktəblərə qəbulun müsabiqə şərtləri ilə bağlı AÇIQLAMA
Ramin Bayramlı: “Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar”
- ŞƏRHLƏR