Qəmlilik insanların əksəriyyətlə müsbət davranışlardan daha çox mənfi davranışlarla bəslənir. Müsbət düşünməyi bacarmadığımız üçün psixoloqlara və gözəllik salonlarına gedərək, sınaqlarla öz şəxsiyyətimizi bir paltar kimi üzərimizə oturtmağa çalışırıq. Amma o paltarı yaxşı daşıyıb-daşımamaq adamın özünə inamı və cəsarəti ilə düz mütənasibdir.
Qadınların gözəllik salonlarına getməsinin birinci səbəbi xarici görünüşlərinə enerji qatmaq istəmələridir. Əslində səbəbləri çox bəllidir. Gözəllik salonunda kimsədən soruşmadan, heç kəsdən də icazə almadan uzun saçlarını çox qısa kəsdirə bilərlər. İstəsə saç rəngində tünd rənglərdən qırmızı və ya sarı tonlara keçidlər edə bilərlər.
Gözəllik salonu qadının qaş almadan manikürə qədər hər şey edə biləcəyi bir mühit və özlərini azad hiss edə biləcəkləri məhdud saydakı sahələrdən yalnız bir dənəsidir.Xüsusilə ayrılan qadınları 3-ə ayırmaq məcburiyyətindəyik:
1. Ev qadınları.
2. İşləyən qadınlar.
3. Sənətlə bağlı qadınlar.
Bu üç profilin təsirləndiyi həyat tərzindən yola çıxaraq, onların tərzlərini izah etməliyəm.
Bu gün ev qadını profilindən danışacağam. Önümüzdəki həftə isə iş qadınlarının həyat tərzlərini sizlərlə paylaşacağıq.
Ev qadını profilində əksəriyyətlə gördüyümüz, yaşadığımız, şahidlik etdiyimiz profildir: həyat formaları özünün cızdığı sahənin içərisində, gün içində rahat və 75 % baxımsız, eyni zamanda “Mən rahatlığı sevirəm” sözlərinin arxasında gizlənərək fəaliyyətini və özünü yeniləmə instinktlərini itirməkdə olan qadınlar.
Yenilənmə daxili motivini itirən qadın: axşam yoldaşını qarşıladığı zaman istəksizlik, yetərsizlik göstərərək, ətraf faktorları da daxil etsək (qonşularımız, ailə ətrafı və qohumlar) "Məni qəbul edəcək adam belə qəbul etsin" - deyir. Bir müddət sonra həyat yoldaşında və özündə qəmliliyin artması başlayanda ev qadınının daxili dincliyi, qəmliliyi idarə edilə bilməz hala gəlir və onlar bir-birindən ayrılmağa qərar verir.
Bu qərarı verdikdən sonra insanlar öz beynində qurmuş olduğu həyatı yaşamağa başlayır. Reaksiyalarının ölçülərini izah edəcək olsaq, paltar və aksessuarlarda şişirtmə, saçında ya çox qısa seqment, ya da kontrast rənglər (açıqsa çox tünd, çox tünd isə açıq tonları) üstünlük təşkil edir. Makiyajda daha seçici və daha diqqətli olmağa başlayır. Makiyaj etmirsə, həyatında makiyaja üstünlük verməyə başlayır.
Niyə? Çünki rənglər ilə özünü coşdurmaq istəyir. Hətta bu vaxt laklarını, pomadalarını da gündəlik həyatında axşam yatana qədər zireh kimi üstündə daşımağa, bütün gününü baxımlı bir qadın profilini yaşatmağa çalışır.
Bu profilin nələrə diqqət etdiyini sıralayacaq olsaq:
a) Xarici görünüşünə enerji qatmağa;
b) Daxili dünyasında özünü motivasiya etməyə;
c) Keçmişindəki əskik mövzuları təkrar etməməyə;
d) Yaxşı istiqamətlərini inkişaf etdirməyə və fərqli bir qadın profili sərgiləməyə çalışır.
Xarici görünüşünə yeniliklər qatmaq istəyən bir qadın gözəllik salondan nələr gözləyər?
Əvvəlcə həyatındakı seçimlər adamın tərzini müəyyən edir. Professional bir gözəllik salonunun müştərisini yaxşı izləməsi lazımdır. Salona girdiyi andan etibarən geyim tərzi, aksessuarları, makiyaj, saç rəngi və saç forması onun haqqında ipucları verir. Buradan yola çıxaraq, müştəriylə qurulacaq dialoqdan ən yaxşı yararlanılacaq arqument ünsiyyətə romantikliyi qata bilməkdir. Prioritet verməmiz lazım olan gələn müştərimizin verdiyi qərarlar ən böyük dəyişikliklər ola bilərmi? Yoxsa orta və kiçik dəyişikliklər ola bilər?
Danışma sırasındakı tonlamaları ilə birlikdə radikal dəyişikliklər istəyən müştərilərin bu dəyişiklikləri köhnə ərindən intiqam almaq üçündür, yoxsa mesaj vermək üçün?
Ya da həmcinsinə rəqib ola bilmək üçün? Yoxsa özünə güc və enerji qatacağına və yaraşacağına inandığı üçün etdirmək istəyir?
Gözəllik salonunun vəzifəsi ünsiyyət qurmuş olduğu müştərisinin romantik vaxtlarında onu anlamaq və özünü yaxşı hiss etməsi üçün mənən fərqli bir qadın olduğunu hiss etdirməkdir.
XƏBƏR LENTİ
Bu maşından artıq olmayacaq
Dünyanın Ən Yaraşıqlı 5 kişisi
Azərbaycan “Eurovision” finalında
15-20 yaşında boşanan cütlüklər - Statistika
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Ayrıldığınız sevgilinizlə yenidən barışmaq istəyirsiniz?
“Eurovision-2019”un aparıcısı supermodel olacaq
Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başlayıb
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu
Bu 5 tövsiyə uşaqların böyüməsinə kömək edir - UNİCEF
Toy və yas mərasimləri ilə bağlı MÜHÜM AÇIQLAMA
WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək
Günün qoroskopu: daxili səsinizi dinləyin
Yayın istisində canımızı yandıran sular
Çaydanlar
Yuxuda nadir hallarda gördüklərimiz
Rəngarəng çantalar
Həyatverici məhəbbət simvolu
Almalı piroq (foto resept)
Hamiləlikdə baş verən dəyişikliklər
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriblər
Eyni bədəndə iki ayrı həyat - FOTO
Foqtsun istefa səbəbi
Dəniz duzu ilə gözəlləşin
Qadınlarımız yarışdan 10 medallar qayıdır
Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək
Ağız quruluğu
Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır
Qar dənələrinin sehri
Redaktor brauzerdə işə salındı
Toyuqlu pomidor dolması (foto-resept)
Bakıya duman gəlir
Burak Özçivitin saçlarını ələ saldılar-FOTO
Uşaqlarda "burunda artıq ət" problemi
"M" və "N" hərfləri ilə başlayan adların mənası
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
İstilərdən qorunmaq üçün necə geyinməli?
Finlandiyanın baş naziri Sanna Marin keçmiş futbolçuya ərə getdi
0-7 yaşına qədər körpənin inkişaf cədvəli
Nənələr üçün noutbuk satılacaq
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
İşçi razılığı olmadan başqa işə keçirilə bilər?
Qırıcılar Yəməni bombaladı: 45 ölü
Salatların bəzədilməsi
Ebru Gündeş 25 milyonluq villasından köçür-SƏBƏB
Castin Biber bu döymələrinə 100 saat vaxt sərf edib - FOTO
HAVA necə olacaq? 21 İyun
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
- ŞƏRHLƏR