Möhtərəm Müsəlmanlar!
Hər vaxt deyildiyi kimi gənclik, bir cəmiyyətin ümidi və sabahlarıdır. Onların inanclı, fəzilətli, sağlam, xoşbəxt və gələcəklərindən ümidli olmaları sabahlarımız üçün çox əhəmiyyətlidir.
Bir ana ata üçün uşağı ən qiymətli varlıqdır. Bu qiymətli varlığı ən gözəl şəkildə yetişdirmək ana və atanın prioritetli vəzifə və məsuliyyətlərindən biridir. Sevimli peyğəmbərimiz (s.ə.v) "Heç bir ata uşağına gözəl tərbiyədən daha üstün bir miras buraxa bilməz" buyuraraq uşaq tərbiyəsinin əhəmiyyətini vurğulamışdır.
Gənclərimizə hər cür mənfiliklərdən uzaq və təhlükələrdən təmizlənilmiş bir mühit hazırlamaq, bir millətin ən fundamental vəzifələrindəndir. Ailələr və millət olaraq nəsilimizi hər növ zərərli vərdişlərə qarşı qorumalı, onlara dürüstlük, hörmət, sevgi, barış, qardaşlıq kimi insani dəyərləri qazandıran bir təhsil verməliyik. Sabahın böyükləri olan gənclərimizin bədəni və ruhi baxımdan sağlam yetişmələri üçün maddi və mənəvi ehtiyaclarını qarşılamaq məcburiyyətindəyik. Bu cür ehtiyacları qarşılanmayan və zərərli axınlardan qoruna bilməyən gənclərimiz çox təəssüf ki, hamımızı dəhşətə salan ardıcıl cinayətlərə və üz qızardan davranışlara belə süründürülə bilməkdədir.
Qiymətli Qardaşlarım!
Gənclərimiz Rəbbimizin bizlərə bir lütfü və əmanətidir. Bu əmanətə ən yaxşı şəkildə sahib çıxmalı, onlara İslami və əxlaqi dəyərlərimizi öyrətməliyik. Gəncliyimizi gözəl bir şəkildə yetişdirmək istəyiriksə, yalnız sözlü xəbərdarlıqlar, öyüdlərlə kifayətlənməyib, ayrıca gözəl nümunə olmalıyıq. Çünki övlad üzərində, ana atanın sözlərindən çox, davranışları təsirli olmaqdadır.
Gənclərimizi batil və azğın inanclardan; siqaret, spirt, qumar, narkotik kimi pis vərdişlərdən qorumalıyıq. İnsanları bu pisliklərə bulaşdıran səbəblərin başında mənfi ətraf və pis yoldaş gəlməkdədir. Ana və ataların övladlarını bu cür zərərlilərdən qorumaları dini və insani öhdəçiliklərindəndir.
Əziz Möminlər!
Gənclik çətin və sancılı bir dövrdür. Bu dövrdə gənclərimizdə bəzi mənfiliklərin görülməsi halında onlara səbir və şəfqətlə yaxınlaşmalıyıq. Biz övladlarımızla nə qədər yaxından maraqlanar, problemlərinə həll tapar və hər cür zərərli təsirlərdən qoruyarsaq; gələcəyimizdən də o nisbətdə əmin olarıq. Çünki gənclik, uca Allahın insanlara bəxş etdiyi ömür nemətinin, çox yaxşı qiymətləndirilməsi lazım olan əhəmiyyətli dövrüdür və tapılmaz bir fürsətdir. Hər nemətdən olduğu kimi bundan da hesaba çəkiləcəyik.
Qiymətli Gənclər!
Gəncliyin keçici bir dövr olduğunu unutmayaq. Bu gümrah dövrü ən yaxşı şəkildə qiymətləndirək. Davamlı olaraq önümüzə, çatmaq istədiyimiz yaxşı bir hədəf qoyaq. Harama halala diqqət yetirib haqqa hüquqa riayət edək. Şeytanın və nəfsimizin pis istəklərinə boyun əymədən, bu qiymətli dövrümüzü Allaha gözəl bir qul, ətrafımıza və insanlığa faydalı bir fərd olaraq keçirməyə cəhd göstərək. Çünki Peyğəmbər Əfəndimiz; gəncliyini Allaha qulluq yolunda keçirənlərin məhşərdə ərşin kölgəsində kölgələnəcəklərini müjdələməkdədir.
Xütbəmizi bir hədisi şəriflə bitirək. "Beş şey gəlmədən əvvəl beş şeyin qiymətini bilin. Ölümdən əvvəl həyatın, xəstəlikdən əvvəl sağlamlığın, məşğuliyyətdən əvvəl boş zamanın, kasıblıqdan əvvəl zənginliyin, qocalıqdan əvvəl gəncliyin qiymətini bilin".
XƏBƏR LENTİ
Sevgi alimin ağlını aldı
Aslı Murad haqqında danışdı
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Dərs ili qısaldıla bilərmi?
Azərbaycan əhalisinin son sayı açıqlandı
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Menstruasiya haqqında bilməli olduqlarınız
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - RƏSMİ
Beyonsdan kababçı Nüsrətə şok təklif
Google-un lobbiçiləri zəifləyəcək
Hər kəs təyyarə sürə biləcək
Gülməli anlar
Yataq üstü rəflər
Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Hadisənin son FOTOsu narazılıq yaratdı
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
İstirahət gününün havası
Günün ulduz falı
Feil - 1
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Azərbaycanda evdə təhsil alanlara müjdə
Yay geyimləri
Bakı kəndlərində sel köçü
Albalı keksi (foto resept)
Putindən dünyanı ayağa qaldıran həmlə
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Hava necə olacaq?
Əl işləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Britni Spirs pəhrizi
Xəyanətin ölçüsünü orada axtarın
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Dolu bədənli xanımlar üçün
Şahzadələrin cazibədarlıq sirləri
Övlad sahibi olmaq istəyənlər
Berkay tənqid olundu - FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Vanqanın Qarabağla bağlı PROQNOZU
Nəvələri Heydər Əliyevin məzarında
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
HAVA necə olacaq?
Hava haqqında
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Ramil Səfərov ata oldu
Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO
- ŞƏRHLƏR