Əlbəttə ki, çoxlarımız öz problemlərimizi başqalarının köməyi olmadan həll etməyə çalışırıq. Bunu necə etmək olar? Özünə güvən həmişə gərəkdir. Bu problemin həlli üçün bəzi məsləhətlərə siz də nəzər salın!
Məsələnin kitabla həlli yolu
Kitab alarkən başlığı sizin sualınıza cavab olanı seçin. Məsələn, "Pəhrizsiz arıqlama üsulları" adlı kitaba rast gəlsəniz, onu almağa tərəddüd etməyin. Bu kitab həqiqətən də sizin probleminizi həll edə bilər. Burada niyə görə deyilən pəhrizlərin sizdə heç bir işə yaramadığı haqqında informasiya alacaq və arıqlamağa aid yeni və dəyərli məsləhətlər əldə etmiş olacaqsınız. Bu məsələnin həlli üçün gözəl seçim deyilmi? Həm də bir başqasının kimdənsə eşitmiş olduğu pəhriz məsləhətlərindən daha yaxşıdır.
Məsələnin internetlə həlli yolu
Problemi internet vasitəsi ilə həll etməyi yoxlamaq olar. Burada hər hansı bir məsələnin həllinin bir deyil, bir neçə yolunu rahatlıqla tapmaq olar. İnternetdə problemi axtarış sisteminə daxil etdikdə bir sıra xəbər və məqalələr açılmış olur, onların hər birini araşdırıb, özünüzə daha uyğun olanı seçə bilərsiniz. Bəlkə elə oldu ki, heç hazırkı məsələnin həllinə ehtiyac qalmadı - ya aradan götürüldü, ya da öz aktuallığını itirmiş oldu. Odur ki, hər hansı problemlə üzləşdiyiniz anda ani qərara verməyə tələsməyin.
Məsələnin məsləhətlərlə həlli yolu
Əgər qarşılaşdırığınız problem öncədən rəfiqəniz, qonşunuz, iş yoldaşınızın da başına gəlibsə, heç çəkinmədən məsləhət ala bilərsiniz. Amma bunu da yadda saxlayın ki, insanlar istədikləri və edə bilmədiklərini də məsləhət verə bilərlər. İnsanlar çox vaxt başqalarının problemlərini öz problemlərindən daha çox müzakirə etməyi xoşlayırlar. Bunun bir tərəfi var ki, artıq həll olunmuş məsələ haqqında danışılacaq və siz də ona bənzər çıxış yolu seçə biləcəksiniz.
Məsələnin kino ilə həlli yolu
Kinolar da həyati hadisələrdən götürüldüyünə görə sizin probleminizə bənzər sujet xətti olan film izləyə bilərsiniz. Bununla da kino qəhrəmanları kimi məsələni həll etmək olar. Amma bu zaman çox ehtiyatlı olmaq lazımdır, özünüzü film qəhrəmanı sanıb daha böyük problemlə qarşılaşmaq təhlükəsi var.
Məsələnin müxtəlif inanclarla həlli yolu
Bəzi mistik inancların yerinə yetirilməsi sanki insanı rahatlandırır, bu təbii ki, öz-özümüzə etdiyimiz psixoloji təsirin nəticəsidir və işə yarayır. Məsələn, təbiətin oyandığı bir dövrdə evdə səliqə-səhman yaratmaq, köhnəlmiş əşyaların atılması təbii ki, yeni alış-veriş imkanı yaradır və bazarlıq etmək çox vaxt əsəblərin sakitləşməsinə kömək edir. Bu bir növ Novruz adətlərini də xatırladır. Ev işləri və təmizlik az da olsa problemi unutdurur və müəyyən zamanın keçməsi də problemin aktuallığının azalması ilə nəticələnir.
Laqeyd münasibətlə məsələnin həll edilməsi
Problemin ən yaxşı həlli yolu onun barəsində düşünməməkdir. Özünüzü elə göstərin ki, guya xarici görüşünüz sizi narahat etmir, ya qaynananızın deyinməsini heç eşitmirsiz, ya da darıxdırıcı 2 otaqlı mənziliniz sizə qonaqlıq təşkil etməməyə bəhanə deyil.
Problemi qəbul etmək
Hazırki problemin həlli üçün onun qəbul edilməsi yaxşı çıxış yolu ola bilər. Yaxşı-yaxşı fikirləşmək lazımdır, niyə bu problemlə üzləşmisiniz?! Səbəbləri məlum olduqdan sonra onda pozitiv tərəflər axtarıb bunun böyütməli bir məsələ olmadığı ortaya çıxa bilər.
Məsələni psixoanalitiklə həll etmə
Heç bir vasitə kömək etmirsə, problem heç də həll olunacaq kimi görünmürsə, psixoanalitikə müraciət etmək olar. Bu, problemin daha dəqiq qaynağını tapmağa yardımçı olacaq. İstənilən psixoloq sizə probleminizi özünüzün həll etməli olacağını söyləyəcək. Mütəxəssis sizə yalız istiqamət vermiş olacaq.
Planlı iş görmək
Özünüzlə dürüst olun. İlk növbədə özünüz nə istəyirsiniz? Kimlərinsə sizin həyatınıza, işinizə, ailənizə müdaxilə etməsinə yol verməyin. İstəyinizə çatmaq üçün nə etmək lazımdır? Hər gün daha çox problemləri həll etmək üçün addımlar atın. Gördüyünüz işləri qeydə alın, əgər nə isə yolunda getməzsə, qeydlərinizi vərəqləyin, harda səhv etdiyinizi anlamış olarsınız.
Göründüyü kimi, problemlərdən qaçmaq lazım deyil, onları qəbul etmək, mənbəyini taparaq, həlli üçün çalışmaq lazımdır.
XƏBƏR LENTİ
Evin kimyəvi havasını təmizləyən bitkilər
Loğmanın öz oğluna tövsiyələri
Gecə lampaları
Niyə qocalmaq istəmirik...
ATƏT yenə narahatdır
6 ayda 7 minədək boşanma - STATİSTİKA
Süni günəş vannaları tabutunuz ola bilər
Ukrayna-Aİ arasında vizasız rejim başlandı
Yumurtanı suda yuyaraq istifadə edənlərin DİQQƏTİNƏ
İlham Əliyev bir qrup hərbçini “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif etdi
Xoşbəxt uşaq böyütməyin 3 yolu
Ramazanda qidalanmamız lazım olan 7 qida
Xolesterinin yüksək olduğu göstərən hallar
Tom Hanks və yoldaşı koronavirusa yoluxdu
Türkiyədə sərhəd dəyişdi
Vitaminlərin sirləri(2)
Günün ulduz falı
Yataq otağına hansı bitkiləri qoymalı?
"Doğulanlar çoxalıb, uşaq bağçaları çatmır"
Obama: "Konqresin fəaliyyəti ABŞ iqtisadiyyatını təhdid edir"
Mehmet Ali Erbil səhhətindən danışdı
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü
Kəskin soyuqlara cəld reaksiya
Sərinlənmək üçün soyuq su içməyin!
Superlüks Lexus LX 570
FİFA ilin komandasını seçir
Sabah qar yağacaq
Evlərə görə vergi dəyişdi
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma - FOTO
Ərəb makiyajı
İçi doldurulmuş pomidor (foto resept)
Buzda sürüşməmək üçün məsləhətlər
Bitcoinlar hakerləri fəallaşdırıb
İtləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər
Peyvənd necə təsir edir və təhlükəsizdirmi?
Nazirlik xəbərdarlıq edir: bu yerlər təhlükəlidir!
Evdə heyvan saxlamağın 6 faydası
Qeyri-adi göbələk aşkar edilib
"Altılıq" Cenevrəyə toplaşır
Dadlı badımcan ikrası (foto resept)
Antonio Banderas Şah İsmayıl oldu
Satışa çıxarılan Harry Potter evi: De Vere House
Maradona xəstəxanaya yerləşdirildi
Ermənilərə dərs
Seksin səkkiz möcüzəsi
Ağalarov nikah evi açdı - FOTO
Gəmi NƏHƏNG canlı ilə toqquşdu-FOTO
Ağ südün qara üzü
78 ildir yemir və içmir
Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO
- ŞƏRHLƏR