Gündəlik ehtiyaclar insanları saatlarca iş masasına məhkum edir. İş qrafiki günü-gündən daha da çətinləşir. Elə məhz bu səbəbdən bu xəbəri sizə təqdim etmək qərarına gəldim. Əminəm ki, çoxunuz bu an bir saniyə belə tərəddüt etmədən istirahətə getmək istəyərdiniz. Aramızda günəşin nə zaman çıxıb, nə zaman batdığının fərqində olmayan işgüzarlar da vardır. İdeal dünyada yaşamış olsaydıq, iş yerlərində işçilər üçün, onların rahatlığı üçün istədikləri qədər zaman verilərdi və aylıq maaşlarından kəsilməzdi. Lakin ideal dünyada yaşamadığımız kimi ideal iş yerlərinə də sahib deyilik. Biriniz öz müdirinizi, digəriniz iş rejiminizi tərif edə bilərsiniz. Lakin hamımız, elə siz də daxil olmaqla bilirsiniz ki, bütün müdirlər işçilərinin gündəlik iş saatlarında yerlərində olmalarını və istirahət üçün tətilə çıxmamalarını istəyirlər. İşləyənlərin 57%-i artıq pul qazanmaq üçün işləyirsə, geri qalan qismi ehtiyac üçün işləyir. Ömür göründüyündən, düşünüldüyündən, fərq edildiyindən də qısadır. Bu qısa həyatda hər birimizin nə dərəcədə istirahətə ehtiyacı olduğunu bəlkə də çoxlarınız dərk etmirsiniz. Ən son nə vaxt günəşin istiliyindən zövq almısınız? Ən son nə vaxt dostlarınızla birlikdə əylənməyə getmiş və bütün dərdlərinizdən uzaqlaşmısınız? İstirahət etmək hər birimiz üçün çox vacibdir. Çünki hamımızın müəyyən vaxtlarda istirahət etməyinə ehtiyacı olur. Buna fiziki də olmasa, mənəvi olaraq ehtiyac duyur. Sizə aşağıda variantlar təqdim edəcəyəm. Əgər bu varintlardan hər hansısa sizdə varsa, mütləq istirahət edin.
1. Hər bazar ertəsi növbəti istirahət günlərinin planını qurursunuzsa.
2. İstirahətə getmək üçün aldığınız yol çantalarına işlətmədiyiniz əşyaları yığırsınızsa.
3. İş həyatınızda hər şey öz dəyərini itirmiş kimidirsə və adi bir tapşırığı etmək belə sizin üçün yorucu görünürsə.
4. Ən son nə vaxt ürəkdən güldüyünüzü xatırlamırsınızsa.
5. Gündəlik işlətdiyiniz əşyalarınızı lazım olduğu an hara qoyduğunuzu xatırlamırsınızsa.
6. İstəməsəniz belə ailə üzvlərinizin və ya dostlarınızın xətrinə dəyirsinizsə.
7. Yatğınız zaman, uzanıb kitab oxuyarkən və ya övladınıza nağıl oxumaq üçün açdığınız kitabın ilk səhifədə göz qapaqlarınızın ağırlaşdığını hiss edirsinizsə.
8. Normalda heç olmadığınız qədər gərginsinizsə.
9. Ətrafınızdakı insanlar sizin yorğun və əzgin göründüyünüzü deyirsə.
10. Ən son nə zaman və harada istirahət etdiyinizi xatırlamayacağınız qədər çoxdan olubsa.
11. Hər səhər yuxudan yorğun oyanırsınızsa.
12. Səsli düşünməyə başlamısınızsa.
13. İnternetin kəsilməsi və ya işıqların sönməsi sizi özünüzdən çıxara bilirsə.
14. Bir zamanlar ilhamınız sayəsində reallaşdırdığınız hobbilərinizi kənara qoymusunuzsa.
15. Nə edəcəyinizi xatırlamadan uzun-uzadı kompüter monitoruna baxırsınızsa.
16. Dostlarınızın dəvətlərini məhz işdən evə gedən kimi yatmağı düşündüyünüz üçün qəbul etmirsinizsə.
17. Yatmaq və yemək yemək həyatınızda ən həyəcanlı işə çevrilibsə.
18. Ən az həftədə bir dəfə işdən çıxmağı düşünüb hər kəsdən uzaqlara qaçmağı düşünürsünüzsə.
19. İş yoldaşınızın istirahəti haqqında danışdığı xatirələrə qulaq asərkən və ya facebookda dostlarınızın paylaşdığı tətil şəkillərini görərkən əsəbləşirsinizsə.
20. Gecə yatağa yatmaq üçün uzanmaq sizin üçün həyatda hər şeydən vacib hala gəlibsə.
Yorğunluğunuzun səbəbi hər nə olursa-olsun, hər kəs kimi sizin də istirahət etmək haqqınız var. Axı həyat düşündüyümüzdən qat-qat qısadır. Hər günü, hər anı dəyərləndirin.
XƏBƏR LENTİ
Azərbaycan siyasi elitasının olduğu vertolyotun vurulmasından 22 il ötür
80 yaşlı kişiyə ərə gedən aktrisanın yeni paylaşımı
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı
HAVA necə olacaq?-15 Oktyabr
Məsamələri necə təmizləməli?
Günümüzün xəstəliyi fibromiyalji sindromu
Paytaxt bazarlarında bahalığa səbəb nədir?
İlham Əliyevdən müharibə mesajı
Qar bu şəhəri “basdı”
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
"Ginnesin rekordlar kitabı"na iki rekord qeyd edildi
“WhatsApp"da YENİLİK!
Ermənistanda güclü zəlzələ oldu
Pomidor haqqında bilmədiklərimiz
Şəkər xəmirinin xeyrindən çox ziyanı var
Məşhur şəhərə Putinin adı veriləcək?
Təhsil nazirindən I siniflərlə bağlı VACİB XƏBƏR
"Hercai"nin ulduzuna görə təhlükəsizlik tədbirləri gücləndirildi
Şeyma Subaşı qəzəbləndi-FOTO
Ordumuzun döyüş hazırlığı yoxlandı
İranlıları yuxudan zəlzələ oyatdı
"Azəriqaz"dan qarlı hava şəraiti ilə bağlı açıqlama
İpotekada yeni şərtlər
Körpələrdə tərləmə
Bakıda yenidən zəlzələ gözlənilir?
İştahsız uşaq
Köz bibərli noxud salatı (foto-resept)
Damarları təmizləyən içki
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Şahzadənin sevinci ürəyində qaldı-FOTO
Əl işlərim
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
Dietoloqdan həzmi asanlaşdırmağın yolları
Gözəllik standartlarını dəyişdirən model - FOTO
TƏBİB: “Koronavirusdan sağalmış şəxsin təkrar test olunması tələb edilməməlidir”
DİN komendant saatı ilə bağlı xəbərdarlıq etdi
Ərdoğanın Gəncə səfəri təxirə düşdü
Yaşa görə göz xəstəlikləri
Mercedes-Benzin Bionik Avtomobili
Dünyanın gözlədiyi toya az qaldı - FOTO
On il müddətində sərt qış olacaq-XƏBƏRDARLIQ
Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz tədbirləri açıqlandı
22879 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına pul verildi
Üzdəki tüklərdən xilas olmaq üçün 2 üsul
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Fransa prezidenti Türkiyədə ermənilərin təəssübünü çəkib
Dekabrda belə hava normaldırmı?
Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür
Oyunlardan nə qazanacağıq?
- ŞƏRHLƏR