Həyat qaydasız oyundur...
Həyat qaydasız oyundur. Və sənin yalnız bir dəfə cəhd etməyə şansın var.
Sen seçimində azadsan, çünki həyat azadlıqdır.
Yalnız sən özünü çərçivəyə salıb, azad həyata əsirlikdən kimi baxa bilərsən.
Həyat oyununda hər kəs üçün fərdi rol ayrılıb, və sən bu oyunun gedişatına cavabdehsən.
Həyat oyunu kralın ölümü ilə bitmir, əksinə davam edir, və hətta qalib gəlir.
Həyat oyunçuları uydurma və yalanlardan qumarbazlardan daha çox istifadə edirlər.
Həyat oyununda nişanlanmış kartlar yoxdur, amma damğalanmış oyunçular var.
* * *
Sən hər an həyatını dəyişə bilərsən. Yetər ki, öz daxili güvvəni özün üçün kəşv edəsən. Öz gücünə inanasan və sənə ayrılan zamanı qiymətləndirib həyatını yaxşılığa doğru yönəldəsən.
İnsanın təxəyyülü, arzuları onun həyatının əsasıdır, binövrəsidir. Bir çox hadisələrin gedişatı bu təməlin möhkəmliyindən asılıdır.
Sənin arzu-istəklərinin pozitiv gücü onları daha tez gerçəkləşdirə bilər.
Calış düzgün nişan al, arzulamaqdan əvvəl yüz ölç bir biç. Ehtiyatlı ol arzu reallığa çevrilə bilər. Və sən buna hazır olmalısan!
Hərdən insan illərlə arzuladığını əldə edəndən sonra həyatının mənasını itirir.
Məsələn, bir sxem möcüzə arzusu möcüzə gerçəkləşəndən sonra
1.Ali məktəbə qəbul olmaq Həvəssiz oxuyub, kafi qiymətlərlə bitirmək
2.Sevdiyin insanın məhəbbətini qazanmaq Hisslərin soyuması, laqeydlik, ayrılıq
3. Nişan, toy-düyün Adilik, əsəbilik, gərginlik, boşanma
4. Ana olmaq Məişət problerindən tez yorulma, pərt hall
5. Müsabiqədə birincü olmaq yalnız dost-tanış arasında tanınan
Cədvəlin açıqlanması-səbəblər...
1. Abituriyent imtahana hazırlaşanda yaxşı həkim, müəllim, iqtisadçı olmağı arzulamır. O, sadəcə, tələbə olmaq istəyir. Bu səbəbdən, universiteti həvəssiz bitirib özünə uyğun iş tapa bilmir. Axı onun hədəfi Ali məktəbə qəbul olmaq idi. Sonrasını düşünmədi bu da gözəl arzunun nəticəsi...
2. Gənc qızlar, oğlanlar bir-birinin ovsununda yalnız öz məqsədlərini düşünürlər: O, mənim olmalıdır!.Qarşılarındakı maniələri, çətinlikləri keçmək onlar uçun oyunun mərhələsi kimidir. Yalnız əldə etdikdən sonra oyanıb yanlarında yad bir insan görürlər. Çünki, məqsədləri o insanı qazanmaq idi, onun yaxından tanımaq yox.
3. Hər bir qız toy günü arzusu ilə yaşayır. Onda belə bir sual yaranır: Bəs nə üçün boşanmaların sayı çoxalır? Çünki, xanımlar, ailə həyatının çətinliklərini düşünmürlər. Nə həyat yoldaşlarına, nə də ki, onun qohun-əqrabasına güzəşt etmək istəmirlər. Halbuki, ailənin birincü qanunu güzəşt etmək bacarığıdır! Bax belə gözəl, heyranedici, cazibədar, füsunkar toy məclisinin səbəbkarları ayrılmaq təhlükəsi ilə rastlaşırlar.
4. Qadın Ana olmaq arzusu ilə yaşayır, 9 ay səbirsiz gözləyir, balasını qucağına alanda dünyanın xoşbəxti olur... Bəs nə üçün uşaqlar, döyülür, söyülür, uşaq evlərində atılmış uşaqların sayı artır? Çünki, bəzi xanımlar ana olmağı evcik-evcik oyununa bənzədirlər. Uşaq onların gəlincıyıdir. Bezdirsə - atıb, başqa oyun oynayacaq.
5. Pespublikada bir çox müsabiqələr keçirilir. İlk gündən iştirakşılarının arzusu daha böyük yarışmalara qatılmaqdansa burda 1-cü olmaq olur. Bəs sonra? Məqsədsiz galıb, bir anda sadə, maraqsız adama çevrilirlər.
Bəzən arzu sahibi mö'cüzənin təsirindən özünü itirir. Bundan sonra necə yaşayacağını bilmir. Axı o, sonrakı addımları hesablamamışdı!.
Həyatın bir neçə qanunlarından birini yadda saxla:
- sənin xoşbəxtliyin yalnız sənin əlindədir. Həmçinin uğursuz nəticənin də məhsuliyyətinə sən daşıyırsan;
- Həyat naməlum gedişatı ilə gözəldir. Hər şey yaxşılığa doğrudur!
- Hərəkət et! HƏYATININ SULTANI OL!
XƏBƏR LENTİ
Koronavirus peyvəndi ən azı 2 il infeksiyadan qoruyacaq
Uzun kirpiklərə necə sahib olmalı?
Uşaqları internetin zərərli təsirlərindən qoruyaq
Məşhur cütlük valideyn olmağa hazırlaşır-FOTO
Ən duyğusuz bürc odur - XARAKTERİSTİKA
Bu günün hava proqnozu
Dərdlərinə xaricdə dərman axtaranlar...
Ölkəyə gələn turistlərin sayı artdı
Bakının bu hissələrində qaz olmayacaq
Hörümçək toru insan həyatını dəyişdirəcək
Dadlı peçenyelər (foto resept)
Adobe Photoshop (Dərs-17)
Azərbaycanın lavaş zəfəri
WhatsApp-dan pullu xidmət
Yazı, xəbərlər üçün yeni QN sistemi
Çiyələkli dondurma (foto resept)
Eşq şəhəri Paris eşqə savaş elan etdi
Günün ulduz falı - 15.04.2014
Alişan yenidən aparıcılıq edəcək
Şahzadə ilə evlənən aktrisanın ilk TOY FOTOLARI - CANLI
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Bu oğlanın müqaviləsi ürəkləri partladacaq
Hava haqqında - 28.08.2013
Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı
İnvestorlar Qarabağdan qaçırlar
Ermənilərdən daha bir ağlasığmaz təxribat - Nazirlikdən XƏBƏRDARLIQ
Bu günün hava proqnozu - 05.11.2013
Gənclər və İdman Nazirliyindən şikayəti olanların diqqətinə
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Zərdəçallı omlet (foto resept)
Namaz insanı günahdan necə uzaqlaşdırır?
Əmanətlərimizi necə qoruyaq?
Bengü bal ayından FOTO paylaşdı
Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq?
Kakaolu, fındıqlı keks (foto-resept)
Füzuli rayonunda minaya düşmüş şəxslərin ölümlərindən əvvəl çəkdikləri son VİDEO
Ölkəmizin cənubunda isti keçən qış
Ağacdan skuter hazırladı
Ceyms Bondun maşını satışa çıxarıldı-FOTO
Azərbaycanda dolların məzənnəsi düşə bilər
İsaak Nyuton
Salma Hayek İlk dəfə Etiraf etdi-FOTO
Qızıl yumurta
Make up -makiyaj 3(foto dərs)
Sobada tərəvəzli toyuq (foto resept)
Ata olmaq sənəti: əslində...
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu: 7 nəfər öldü
Sevimli hobbilər
Laplandiyadalı Santadan məktub-FOTO
27 yaşlı basketbolçu məşq zamanı öldü
- ŞƏRHLƏR