Gözünüz qorxmasın, daxiliniz rahat olsun!
Evlilik qərarı bəlkə də həyat boyu ən çətin alınan qərarlardan biridir. Sevdiyiniz adamın doğru insan olub olmadığı, həqiqətən xoşbəxt olub olmayacağınız, boşanmaq problemi ilə üz-üzə qalmaq qorxusunu düşünmədən beynimizdə gəzdirdiyimiz fikirlərdən biridir. Amma hər kəs hər şey haqqında həddindən çox fikirləşdiyi üçün və öz düşüncələrini tək doğru budur ədasıyla müdafiə etdiyindən "Evlilik" deyincə tüklərinizin biz-biz durmasına səbəb ola bilir.
Bizlər də "Evlilik" mövzusunda əslində səhv bilinən doğruları və şəhər əfsanələrini sizlər üçün topladıq.
"Xoşbəxt bir evlilik üçün əsla mübahisə yaşanmaması lazımdır."
Buna həqiqətən inanırsınızmı? Dünyanın ən xoşbəxt cütlərinin belə bir nöqtədə fikir razılaşmadığı anların olmasına əminik, siz də ola bilərsiniz! Həm də nə deyiblər? Mübahisə əlaqənin duzu bibəridir.
Təbii ki, bir-birinizə hörmətsizlik, ya da şiddət ehtiva edən mübahisələrdən bəhs etmirik. Amma birlikdə olacağınız insanla hər mövzuda eyni fikirdə olmağınız çox təəssüf ki, mümkün deyil. Bu səbəblə mükəmməl bir evlilik üçün mübahisəsiz bir əlaqəni axtarışında olmamalısınız.
Edilən araşdırmalar nəticəsində cütlər arasında yaşanan mübahisələr və fikir ayrılıqlarının bir-birlərini daha yaxşı tanımalarına səbəb olduğu ortaya çıxır. Başınızdakı mükəmməllik qəbulunu bir daha nəzərdən keçirməyiniz lazım olacaq.
"Uşaqlı cütlər digərlərinə görə daha xoşbəxt olurlar."
Sevgimizi bölüşdüyümüz üçün kədərlənirik, amma bunun tam tərsini söyləməyimiz problem olarmı? Uşaq demək, çox böyük məsuliyyət deməkdir. Bunun onsuz da hamımız fərqindəyik. Cütlərin iki tərəfli məsuliyyətləri artdıqca bir-birləriylə istər istəməz daha az vaxt keçirirlər. Təbii ki, bu demək deyil ki uşaq eşqi öldürər. Amma uşaqsız cütlərin xoşbəxt ola bilməyəcəyi də böyük bir yalandır!
"Evli insanların cinsi həyatları darıxdırıcı olur."
Təbii ki, yenə hər şeyin sizə bağlı olduğu bir vəziyyətdir. Sırf həmişə eyni adamla birlikdə olursunuz deyə bu onun darıxdırıcı olduğu mənasını verməz. Cinsi həyatınızı şəkilləndirmək və darıxdırıcı olmamasının təmin etmək əlinizdədir. Üstəlik evli qadınlar özlərini etibarda və yaxşı hiss etdiyi üçün cinsi həyatlarında daha istəkli olarlar.
"Evlənmədən əvvəl birlikdə yaşamaq boşanma ehtimalını azaldır!"
Boşanma ehtimalını nə qədər aşağı salar bilmirik, amma evlənmə nisbətində bir eniş yaşanacağına əminik. Boşanma ehtimalının önünə heç bir şəkildə keçə biləcəyinizi düşünmürük, ancaq bu fikirlə barışmağınızı təklif edə bilərik. Çünki insanlar dəyişir, ümid edək ki, sizin yoldaşlarınızın dəyişməsi yaxşı istiqamətdə olsun və nağıl qəhrəmanları kimi sonsuza qədər xoşbəxt, məsud yaşayın! Təbii ki, bu təklif Avropa ölkələrində keçərlidir, müsəlman ölkələrində evlənmədən əvvəl birlikdə yaşamaq düzgün hesab edilmir.
"Əgər yoldaşını həqiqətən sevirsənsə, ehtiras əsla bitməz!"
Əvvəlcə ehtiras yenilik və sirlə ortaya çıxır və bir-birinizi tanıdıqca nə olursa olsun, azalacağını söyləyə bilərik. Yəni bu məzmunda evliliyin öldürdüyü eşq deyil ehtirasdır. Amma ehtiras azaldı deyə kədərlənməyək deyirsiniz? Qətiliklə xeyr! Əgər bir-birinizi həqiqətən sevirsinizsə, eşq, hörmət və sevginin sonsuza qədər sizinlə olacağına əminik!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gəlinlik gül dəstələri
Ömür yolu
Azərbaycana pul axacaq
Böyük sülhə 2 gün qaldı, amma ...
Serdar Ortaç kitab yazır!
Manikürdə yarım ay trendi
2017-ci ilin ən çox istifadə edilən sırğaları
"Miss Universe" iştirakçılarının milli kostyumları
Beyonsu lağa qoydular - SƏBƏB
Bu illər hara getdi?
Mənzil almaq istəyənləri sevindirəcək xəbər
Dörd hərbi qulluqçu həbs olundu - RƏSMİ
Antidepressantların uşaqlara faydaları və zərərləri
Bu şəklə görə İraq gözəlinin ailəsini ölkədən qovdular - FOTO
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
İrin yuvası
“Bütün günahlar Rusiyadadır”
SSRİ-nin 10 dəhşətli sirri
Kağızdan hazırlanmış donlar
İrəvandan geriyə addım
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib - İnfarkt keçirdi
Britni Spirs izləyicilərinə etiraf etdi
Qardaş qısqanclığı
12 noyabr-Konstitusiya günüdür!
1 iyun Uşaqların beynəlxalq müdafiəsi günüdür
Əgər əlillər işləmək istəsələr...
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Xanımlar üçün müxtəlif geyimlər
Ağ pendirli pomidor (foto resept)
Gorusdan Azərbaycan əraziləri yenidən raket atəşinə tutuldu - RƏSMİ
Samsung ucuz Galaxy J1 göstərdi
Can Yaman Etiraf Etdi
"Kokostar" keksləri (şəkər xəstələri üçün)
Hormonlu qidalara diqqət
Kremlə iyunadək vaxt verildi
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Kaktus bizi radiasiyadan qorumur
Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi
Yaşları ilə görünüşləri üst-üstə düşməyən məşhurlar
Ərimin arvadları…
Şahzadənin nişanlısı dəb reytinqində eltisini KÖLGƏDƏ QOYDU - FOTO
HAVA necə olacaq?
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Kseniya Sobçak boşandı-SƏBƏB
Vəzəri və keşniş haqqında bilmədiklərimiz
Serdar Ortaç Xloye haqqında AÇIQLAMA verdi
200 kaloridən az olan 2 sağlam smoothie
Bu avtobuslarda gediş haqqı aşağı salındı - RƏSMİ
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
- ŞƏRHLƏR