Hər kəsin bildiyi kimi, ikili əlaqələrdə bəzən cütlər bir-birlərinin xoşuna gəlməyən bəzi mövzuları danışmaq məcburiyyətində qala bilirlər. Qadınlar bu mövzuların öhdəsindən asanlıqla gəlsə, də bəzən bu söhbətlər kişilər üçün kabusa çevrilib bir anda sizdən soyumasına səbəb ola bilər. Əgər yoldaşınızla və ya sevgilinizlə problemsiz bir münasibət yaşamaq istəyirsinizsə, aşağıda sıraladığımız sual və mövzularla əlaqədar aranızdakı problemləri yumşalda bilərsiniz.
Səhv sual 1: "Əlaqəmizdə səhv gedən nədir?"
Siz bu sualı nə qədər tez-tez və dərindən soruşsanız yoldaşınız və ya sevgiliniz bu sual qarşısında aciz qala bilər. Çünki kişilər duyğularını ifadə edərkən qadınlar qədər rahat ola bilməzlər. Əgər sualınızla israr etsəniz, əmin olun - onun gözündə çəkilməz qadın olarsınız.
Səhv sual 2: "Niyə mənim həyatımla maraqlanmırsan?
Rəfiqələrinizlə etdiyiniz dedi-qoduları sevgilinizlə müzakirə etsəniz, qarşılığı yalnız başyelləmə olacaq, çünki kişilər qızların dedi-qodularından xoşları gəlmir. Xətrinizə dəyməmək üçün hər söylədiyinizə başını yelləməyə başlayıbsa, "Niyə mənim həyatımla maraqlanmırsan?" sualı yerinə, dərhal mövzunu dəyişdirin. Çox dedi-qodu etsəniz kişi özü haqqında da danışıb və sizin niyə bu barədə danışmamağınız haqda maraqlana bilər.
Səhv sual 3: "Bu günə qədər neçə sevgilin oldu?"
Qadınların ən çox maraqlandığı suallardan biri sevgililərin sayıdır. Lakin heç cavabı aldıqda necə bir reaksiya verəcəyinizi düşündünüzmü? Bu kişi baxımından daha çətin bir sualdır. Çünki o zaman kişiyə çox sevgilisi olubsa eşqbaz, az sevgilisi olubsa saf damğası vura bilərsiniz. Ən yaxşısı siz keçmişi keçmişdə buraxın... (əgər mümkündürsə )
Səhv sual 3: "Sabah nə günüdür?"
Bax bu sualla yoldaşınız və ya sevgiliniz çaxnaşmaya düşər və stresə girər. "Aman tanrım sabah doğum gününmüdür, evlilik il dönümümüzmü, birlikdə yeməyəmi gedəcəkdik?" kimi suallarla fikirləri daha da qarışar. Onu belə suallarla bezdirmək əvəzinə məsələn: "sabahkı yeməkdə nə geyinəcəksən " kimi kiçik bir sualla günün məna və əhəmiyyətini xatırlada bilərsiz.
Səhv cümlə 1: "Danışmalıyıq !"
Belə bir cümləylə qarşılaşan hər kişi qaçmağın yollarını axtarar. Təhdid edən bu cümlə ilə kişi harada səhv etdiyini bilmədən necə kompensasiya edəcəyi çaxnaşması yaşayar. Ona görə özü ilə danışmaq istədiyiniz bir mövzu varsa bunu daha yumşaq bir ifadə ilə dilə gətirə bilərsiniz
Səhv cümlə 2: "Yalnız bir oyun !"
Kişilərin ən böyük hobbilərindən biri futboldur. Ən çox futbol oyununu izləyərək rahatladıqlarını dilə gətirərkən, "necə yəni, sadəcə bir futbol oyunu məndən daha qiymətlidirmi?" kimi sualları ona yönəltsəniz, bax o an dəftərinizə bir mənfi xal yazmış olarsız. Futbol - bir çox kişilər üçün imtina edilməzdir, ona görə futbol mövzusunda onlara hörmət göstərin... Hətta, futbolu birlikdə izləmək coşğusunu paylaşsanız sizə daha da bağlanacaq.
Səhv cümlə 3: "Heç nə yoxdur!"
Əsəbləşmisiniz və hirsli olduğunuz açıq-aydın görünürsə və o, sizdən "nə olub sənə?" deyə soruşduqda, partnyorunuza "heç nə olmayıb" cavabı verməyiniz əmin olun ki, onu hirsləndirəcək. Bu cavabı verməyiniz onun fikrində onu başınızdan edirsiniz kimi təəssüratı yarada bilər. Sizi narahat edən hər nədirsə paylaşmağınız daha yaxşı olar, çünki o əsla sizi üzən hadisənin nə olduğunu tapa bilməyəcək.
XƏBƏR LENTİ
Yazda necə arıqlamalı
HAVA necə olacaq?-4 Sentyabr
Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər
Qafqaz Universitetinin bağlanması ilə bağlı açıqlama
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
Bu şirkət 10 min yeni işçi götürdü
"İceberg" tortu (foto resept)
Keyt Middlton BAFTA mərasimində-FOTO
Qeyri-adi evlər
Oğuzhan bütün şəkilləri sildi-SƏBƏB
40 yaşdan sonra ata olanların uşaqlarında ciddi problemlər ola bilər
Şakira İsraildə verəcəyi konserti LƏДћV ETDİ
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Olimpiadanın qalibi Federasiya prezidenti olmaq istəyir
Cem Yılmazdan yeni film gəlir
Təbiətin güldürən üzü
Aramsız yağışlar daşqınlara səbəb oldu
Seren Serengil 4-cü dəfə övladını itirdi
Maraqlı dibçəklər
Riyazi məntiqi fiqurlar
FİFA Messini seçdi
Erkən nikahlara qarşı interaktiv mübarizə
Ayrılıq ən çox kimi sarsıdır?
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
Qubadlının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Bakıda 22 metrlik yolka
Hande Erçel və Murad AYRILDI - FOTO
Məşhur basketbolçu və qızı Gizlicə Dəfn Edildi-SƏBƏB
5G gəlir
Bürcünüzə görə hansı fəaliyyətlə məşğul olmalısınız?
Azərbaycanda tutulan nəhəng balıq Türkiyədə satışa çıxarıldı
Çörəyin qiymətini özbaşına kim QALDIRIR?
Ağcabədi rayonu yenidən atəşə tutulub - RƏSMİ
Ermənistan Kürə zəhər axıdır
Hər yaşa uyğun saç modeli
Canlıların təbii "kompasları"
10 milyardlıq xəzinə tapıldı
Rəsmi Bakı Martin Şultsun cavabını verdi
3 gündə 30 körpə öldü
Hülya Avşar 350 gəncə iş verib
Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək
Məşhur aktyor Bakıya gəlir-SƏBƏB/VİDEO
Məktəblərdə 5 günlük tətil olacaq
Hədiyyə paketi tortu (foto resept)
Qarğıdalı unu maskası ilə 3 problemin həlli
52 yaşlı modeli görənlər gözlərinə inanmırlar-FOTO
7 yaşlı dəb şəhzadəsi
“Hərbçilərimizin qisası alınıb” - İlham Əliyev
7 yaşlı azərbaycanlı qız bütün Rusiyanı HEYRAN QOYDU - VİDEO
Duyğu ya məntiq?!
- ŞƏRHLƏR