Onu unuda bilmirəm amma Unutmaq istəyirəm
Eşq həyatımızı rəngləndirən bir duyğudur.Aşiq olduğunu ifadə edən kimsələr üzərində aparılan araşdırmalara görə eşq,beyində inanılmaz dəyişikənliklərə yol aça bilir.Aşiq kimsələrdə görünən duyğu və davranışların izahı çətin olsa da bizim mədəniyyətimizdə bu duyğunu məncə bu cümlə daha yaxşı ifadə edir.
“ Eşq insanın gözünü kor edir”
Eşq həyatımızda yaşanılan ehtiraslı duyğulardan biridir.Demək olarki duyğuların ən güclü olanıdır.Eşq müddətini açıqlamağa çalışan mütəxəssislər, bu vəziyyəti bəzən obsesif kompulsilif pozğunluq olaraq dəyərləndirmişlər. Bəzən də uşaqlıq vaxtında ana- uşaq münasibətlərində yaşanan etibarlı və ya etibarsız bağlanma ilə açıqlamışlar.
"Eşq yaxşı bir ruhi xəstəlikdir" (Platon)
Və sonra nə olur ... ailəli kimsələrin boşanmasından sonra,sevgililərin ayrılığından sonra yaşanan sıx gərginlik,inciklik,əsəbilik,nifrət,yalnızlıq duyğusu,günahkarlıq duyğuları ... və onu unuda bilməmək.Unutmaq istəyirəm amma unuda bilmirəm ...
Bizə yazanlar arasında sayı heç də az olmayan bu qrup üçün unutmağı deyildə amma yaşanan bu çarəsiz duyğuları aradan qaldırmağı bacara bilərik.Bəli,unutmaq istəyən kimsəni narahat edən duyğuları xaric edərək artıq bir keçmiş həyat şəklinə gətirmək,keçmişdə yaşanan bu mümükünsüz duyğuları kimsə üçün vecsizləşdirmək mümkündür.Belə ki,keçmiştə sevgili və ya həyat yoldaşı ilə yaşanmış hadisələrin yaratdığı duyğular artıq keçmişdə yaşanmış olsun və kimsəni artıq narahat etməyən bir duyğular halına gəlmiş olsun.Əslində unutmaq və ya unutdurmaq deyə bir şey yoxdur.Texniki olaraq unutmaq istəyən bir kimsə üçün onu əhatə edən narahatsızlıq və bədbəxtlik yardan duyğular artıq əvvəlki gücünü itirir.Beləliklə həmin kimsə öz istəyinə qovuşur.
28 yaşındakı xanım B 1 həftə öncə nişanlısı tərəfindən aldatıldığını öyrənər.Xanım B nişanlısının 1 ay öncə iş üçün getdiyi Ankarada bir xanım ilə cinsi əlaqədə olduğunu artıq bilir...Aldatıldığı üçün qüruru qırılıb.Özünü yalnız hiss edir. Bu olanlardan özünü də cavabdeh bilərək( nişanlımı əlimdə tuta bilmədim,onu xoşbəxt edə bilmədim) günahkarlıq hissi keçirir.Nişanlısını sevir və ondan ayrılmağı heç düşünmürdü.Amma bu olanlardan sonra nişanlısına qarşı inciklik və əsəb duyğuları hiss edir.Elə bir əsəbilik keçirir ki, duyğularını “onu öldürə biləcək qədər əsəbiyəm” şəklində dilə gətirir.Nişanlısı ondan dəfələrlə üzrlər istəsə də onu bağışlamaq istəmir.Nişanlısı K ilə birlikdə bizə müraciət edən xanım B şikayətlərini belə sıraladı:
Ona çox küskünəm,məndən dəfələrcə üzr istədi məndə artıq onu bağışlamaq istəyirəm amma içimdən gəlmir.Onun məni sevdiyini bilirəm.Məndə onu sevirəm ama bu hadisəni də qəbul edə bilmirəm.Ən kiçik bir sözü qəfildən məni əsəbi edə bilir.Buna dözə bilmirəm.Ondan ayrılmaq istəmirəm.Mənə xəyanət etmiş olsa da onu gərçəkdən sevirəm.Ondan çox incimişəm və özümü çox bədbəxt, narahat hiss edirəm.Mənə bu yaşadıqlarımı unutdura bilərsinizmi?
Xanım B ilə sadəcə 1 seans danışdım.Çünki yaşanan hadisə hələ yeni idi.Yəni xəyanət hadisəsi ilk halındakı kimi idi.Üzərinə eyni hadisələr təkrar olmamışdır.Hadisə qarşısında hiss edilən duyğular daha çox təzə və öyrəşilməmişdir.3 saata yaxın olan bu seansda xanım B –nin problemi ortadan qalxmışdır.Onun dilində desək “ unutmaq “ deyildi bu olanlar,amma hiss etdiyi problemlər artıq aradan götürülmüşdür.Danışan xanım B özünü artıq quş kimi yüngül hiss edirdi.Ama seansdan çıxarkən bu sözləri dedi : Mənə bunları edən K –nın biraz dalımca sürünməsini istəyirəm.Hadisənin bu qədər rahatlıqla aradan qalxacağını nəzərdə tutmamışdım... Ona görə də mən bu yaxşı duyğularımı onunla paylaşarsam özümü yüngül bir qadın kimi hiss edərəm.Mən ona gününü göstərəcəm !!!
“ Eşq yaxşı bir ruhi xəstəlikdir” (Platon)
XƏBƏR LENTİ
Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Rusiya - Azərbaycan: 3-0
“Survivor”un iştirakçısı hamını təəccübləndirdi - Foto
"Yeni il nağılı" deserti
Bu günün tarixi (20.10.2014)
Outlook yeniləndi
İraq yenə silkələndi
Günün qoroskopu:Uğurlu gündür!
Tovuza dolu və leysan yağıb
BMW-dən eksklüziv velosiped
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Günün qoroskopu: qətiyyətli və təşəbbüskar olun
Ən gözəl saçlı 10 ulduz
Azərbaycan dili - X dərs
Bu ərazilərdə qaz olmayacaq
Uşağınızın yuxu vərdişi üçün bunları yoxlayın
Ən ağır "bir həftəm"
Hava haqqında
Gözəllik sirrləri
Uşaqlara vaxt tapılmırsa...
Keks bişirməyin sirləri
2017-nin dəbli saç düzmü hansı olacaq?
Çimərlik mövsümü başlayır
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Bu da yeni Nissan Juke
İmmunitetə nəzarət etmək olar?
Dünyanın texnologiya nəhəngləri də Rusiyaya qarşı
Yas mərasimlərində yenilik
Bu faciə dünyanı şoka saldı
Yeni İphone 6
Amerikanın saqqız divarı
Manikürün vacib nöqtələri
Hande Erçel izləyicilərini məhkəməyə verdi-SƏBƏB
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Günün ulduz falı
Enerji cibdə doldurulacaq
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
Bayram günlərində Şahdağa 12 min turist gəlib
Böyük sinəli xanımlar necə geyinməlidir?
Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ
Heydər Əliyevin vəfatından 15 il keçir
Abel Məhərrəmov narazı tələbələrlə görüşdü
“İki” alanların sayı bəlli oldu
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
TQDK imtahan keçirəcək
Yollarımız qışa hazırdırmı?
Dəbli ayaqqabılar
- ŞƏRHLƏR