Onlar bir-birlərini dəli kimi sevirdilər.Nişanlanmışdılar.Amma onları bir-birindən ayıracaq qara xəbər çox keçmədən xoşbəxtliklərini aldı əllərindən.Fidan cüzam deyilən sağalmaz və keçici bir xəstəliyə tutulmuşdu.Bu xəstəliyə tutulanları insanlar özlərindən uzaqlaşdırırdılar.Heydərin ailəsi də təbii ki,Fidanı istəmədilər.O zamandan qızın ailəsi kəndi tərk edib izlərini itirdilər.Heydər özünə söz verdi ki tibbi qazanıb cüzamın müalicəsini tapacam.
Heydər sözündə durmuş,tibbi qazanmışdı.Tibbdə Heydərin qrup yoldaşı,həkimlik eşqiylə yanıb tutuşan Türkan təsadüf nəticəsində universitetlərinə yaxın yerdə cüzamlı xəstələrin saxlanıldığı təcridxananı görmüşdü.Orda olan xəstələri ölümə tərk edirdilər.Hamısı dəridəki yaralardan,öskürməkdən bir-bir ölürdülər.Bu təcridxanadan adi insanlar xəbərsiz idi. Türkan bu insanlara yardım edəcəyinə and içmişdi.
Heydər uzun zamandan sonra bir kəndlilərinin köməyi sayəsində Fidanın saxlandığı yeri öyrənmişdi.Bir gün hamıdan gizlin Fidanı ordan qaçırdıb şəhərə gətirdi.Şəhərdə onlara qapı açacaq heç kimləri yox idi.Üstəlik Fidanın ailəsi polisə xəbər vermişdi.Hər yerdə onları axtarırdılar.Heydər çarəni Türkangilə gedib ondan kömək istəməkdə gördü.Türkan onları evlərinin baxçasındakı odunluqda gizlətdi və siz burda gözləyin anamdan icazə alım sizi evə aparacam dedi.Tərslikdən həmin gün bərk yağış yağırdı.Türkan heç cür anası ilə danışa bilmədi və Heydərlə Fidan odunluqda gecələdilər.Yağan yağış onları bərk islatmışdı.Fidanın xəstəliyi baş qaldırmış,qızdırmadan yanırdı.Səhər odunluğu tərk edib,özlərinə quru bir yer axtarmaq üçün yola çıxdılar.Türkan onları odunluqda görməyincə,axtarmağa çıxdı və tapdı.Fidanın halını görüb qorxdu.Mütləq xəstəxanaya aparmalıyıq dedi.Amma Heydər razı olmadı.Bilirdi ki xəstəxanaya getsələr,Fidanı təcridxanaya salacaqlar.Türkan onlara: burda qala bilmərsiz,sizə gizli yer tapmalıyıq.Ağlına dəniz kənarındakı balıqçının evi gəldi.Balıqçı bir neçə aydı ölüb və evi kimsəsiz qalıb.Onları o evə yerləşdirdi və mən tez-tez sizi yoxlamağa gələcəyəm dedi.
Türkan səhər universitetdə müəllimlərindən ən yaxın olanına bu haqda danışdı və Fidana baxması üçün onu balıqçının evinə apardı.Müəllim Fidanın qızdırmasını saldı,lakin onu burda saxlamağın risqli olduğunu,onu tezliklə xəstəxanaya aparmalarını tapşırdı.Bu fikirlə Türkan razılaşmadı. Bir neçə gündən sonra Türkan anasının əlində yara görüb təşvişə düşdü. Çünki cüzam keçici xəstəlik idi. Tez həkimə aparıb yoxlatdırdı və adi bir yara olduğunu öyrəndi. Bu zaman Türkan anladı ki,cüzamlı birini insanlara yaxın yerdə saxlamaq düzgün deyil.
Bu fikrini Heydərlə Fidana da dedi.Onlar Türkana son qərarı sən ver,sən nə desən onu edəcəyik dedilər.Və Türkan gecə düşünüb qərarını verəcəkdi.
Həmin gecə Fidan sahildə oturub dənizi seyr edərkən,Heydər ona çay dəmləyib gətirdi.Biraz zarafatlaşdılar və elə an yarandı ki, Heydər Fidanı öpmək istədi,lakin qız tez üzünü çevirdi.Bu Heydər üçün risqli idi,xəstəliyi ona keçirə bilərdi.
- Heydər: gəl biz evlənək.
- Fidan: amma qanun bir cüzamlı ilə sağlamın evlənməyinə icazə vermir.
- Heydər: bəs ikisi də cüzamlı olsa necə?
- Fidan: o zaman olurmuş.
Heydər onu bərk-bərk qucaqladı və o zaman keçsin xəstəliyin mənə də deyə bağırdı,qurban olum Fidan mən razıyan,yetər ki sənsiz qalmayım. Fidan onu itələdi,olmaz sənin xəstə olmağına dayana bilmərəm dedi.
Səhər Türkan naəlac Fidanı təcridxana aparmaq üçün yola çıxardı.Heydər də onlarla getdi.Təcridxananın qapısında Fidanla Heydər qucaqlaşıb xeyli ağladıqdan sonra məcburən ayrıldılar. Fidan dəmir barmaqlı qapının o biri tərəfinə keçəndən sonra geri dönüşü olmayan bir yerə getdiyini bilərək sevdiyinə son dəfə baxdı...
Bəlkə də bu səhnə kiməsə tanış gələ bilər,çünkü mən buna bir Türkan adlı serialda baxdım.İzləmədiyim bir serial idi.Təsadüfən bir seriyasına baxdım və mənə gecə yuxuma girəcək qədər təsir edən bu səhnəni yazmaq istədim. Həm izlərkən,həm izləyəndən sonra yerimdə uzanıb o səhnələri yadıma salarkən göz yaşlarımı dindirə bilmirdim. Mənə ən çəx təsir edən oğlanın sevdiyindən ayrılmamaq üçün sağalmaz xəstəliyə tutulmağa razı olması idi.Bu səhnənin davamı olacaq serialda.Bəlkə də Fidan ordan çıxa biləcək,sağalacaq.Mən sadəcə bu səhnəni sizinlə bölüşmək istədim.
İndi sizlərdən soruşuram. Sevdiyiniz üçün sağalmaz xəstəliyə tutulmağa razı olardınızmı? Və ya sevdiyinizin sizin üçün bunu etməsinə razı olardınızmı?
XƏBƏR LENTİ
Gözəl saçlar üçün 6 qızıl qayda
Kafedə içində 1 milyon dollar olan çamadan tapılıb
Gözmuncuqlu bəzək əşyaları
Paytaxt sakinlərinin NƏZƏRİNƏ!
İki qadının telefon danışığı
Hava haqqında
Kompüter "siçan"ı tarixə qovuşur
Bakıda temperatur yüksələcək
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Qarayazı kəndindəki adət
Qadını düzgün dəyərləndirək
İrəvan İŞİD-lə üz-üzə
Hava haqqında
Koronavirusun yeni ştammı öldürücüdür?
İlham Əliyev: “Karantin rejimi uzadılacaq” - VİDEO
Bakıda milyonluq villalar sökülür
Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarıldı
Hər növ saç düzümü
Kəlləyə bənzəyən asteroid yaxınlaşır-FOTO
Gəlinlər üçün saç düzümləri
Böyük Britaniyada milyondan çox insan bu adı daşıyır-FOTO
Bu günün Ramazan təqvimi (12 iyul)
Rus tankları artıq Azərbaycanın ərazisindədir
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
Pərviz "Survivor"da hər kəsi HEYRƏTLƏNDİRDİ - VİDEO
Azərbaycan insan kapitalı indeksinə görə MDB ölkələri arasında üçüncü yeri tutdu
Beren Saat hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Eşqin ömrü nə qədərdir?
1 aya 4 kiloqram arıqlamaq üçün...
Boş şəhəri bəzəyən rəssam
Gündəlik göz makiyajı
Rulet-peraşki (foto resept)
Ölkənin ən gözəl qızı seçiləcək
Koronavirusa yoluxan aktrisa ən dözülməz simptomları açıqladı
Günün ulduz falı - 20.09.2013
Bəzi ərzaq məhsullarının qiyməti artıb
Rühəngiz Müsəvi yeni imicdə-VİDEO
Uşaq torpağa düşən toxum, Ana da bağbanıdır
Bakı metrosundan istifadə edənlərə müjdə
Məşhur cütlük evlənir!-FOTO
Cem Yılmazdan İLK DƏFƏ-FOTO
Yayda üşümək xəstəlik deyilsə, nədir?
Microsoft ixtisarlara başlayır
Kredit götürənlərə şad xəbər
Kəsmikli, xurmalı toplar (foto resept)
Ən kasıb ölkələr açıqlandı
Məhəmməd evdə timsah saxlayır - FOTO
Bakı milyonçuları
Xoşbəxtliyə aparan şaman sirləri
- ŞƏRHLƏR