Bir ata və oğul olur. Onlar çox kasıb olurlar. Ata çəkməçi işləyir, oğulsa ona kömək edir. Oğul hər gün şikayətlənərək deyir: "Bu nədir, mən kasıb yaşamaqdan bezmişəm, varlı olmaq istətyirəm". Hər gün belə şikayətlənərmiş. Atası isə ona cavabında deyərmiş: "Oğlum, Allaha şükür et, o eşidən və biləndir. Hər zaman şükür et!" Hər şeydən bezmiş oğul varlanmaq eşqiylə xəstə atasını tək qoyub evdən qaçır. İllər keçir, amma oğlundan bir xəbər ala bilməyən atanın xəstəliyi daha da artır. Xəstə olmasına baxmayaraq, hər gün uca tanrıya yalvarır: "Allahım, sən hər şeyi eşidib bilənsən, sən özün oğlumu qoru, onu günah işlərdən uzaq et!"
Günlərin bir günü oğul evinə - atasının yanına qayıdır. Ata oğlunu görür və gözlərinə inanmır. Çunki oğlu əvvəlki kimi çirkli, cırıq yox, təmiz, səliqəli geyimdə idi. O, artıq varlanmış, öz şirkəti və şəxsi sürücüsü olan iş adamı olmuşdu. Oğul içəri girərək atasına deyir:
-Ata, dur ayağa, gedirik burdan. Sənə yeni ev almışam, səni şahlar kimi yaşadacağam. Çıx bu daxmadan.
Ata yerindən qalxaraq oğlunun arxasınca gedir. Yeni evi görərək şoka düşur və oğluna deyir:
-Ay oğlum, sən bu evi necə almısan? Mən bu evdə yaşaya bilmərəm, məni öz evimə apar.
Ata nə qədər deyirsə, oğlu onu fikrindən daşındırır. Bir neçə gündən sonra atanın vəziyyəti daha da ağırlaşır. Ölüm ayağında olan ata oğluna vəsiyyət edir:
-Oğlum, mən öldükdən sonra məni corabımla basdır. Yadından çıxmasın. Bu, səndən son istəyimdir - deyərək ölür.
Oğul düşünür: "Niyə atam məndən bunu istədi, mənə nəyi bildirmək istəyir?" Bütün bunları düşünərək gəzir. Atası basdırılan zaman oğul atasının istəyini yerinə yetirmək istəyəndə molla ona mane olur. Oğul mollaya hirslə deyir:
- Bu, atamın istəyi idi, mən bunu etməliyəm, mane olma mənə!
Molla isə ona deyir:
- Belə şey olmaz . Hər kəs bu dünyadan yalnız kəfənlə gedir.
Molla bu sözləri deyən kimi oğul gözlərini yumaraq dərin fikrə gedir və başa düşür ki, ata bu hərəkəti etməklə ona bildirmək istəyirmiş ki, heç kim bu dünyadan gedən zaman özü ilə heç nə aparmayacaq. Dünyanın malı dünyada qalacaq.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Miskinlərin 8 xüsusiyyəti
Ev işləri nə qədər kaloriya yandırır
"Harry Potter"i dilənçi bilib 5 dollar verdilər -FOTO
Şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?
20 rayonda qaz olmayacaq
COVID-19-la mübarizə nə vaxt bitəcək? - Açıqlama
Gülşənə bacısının ölüm xəbərini verdilər
Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”
Bu şəxlər 190 manat ala bilməyəcək - Rəsmi
Körpələrin gec yeriməsi
Konfransda Leninin ruhu ilə danışdılar
Tut və ərik haqqında bilmədiklərimiz
"Azərbaycana kiberhücumların 90 faizi xaricdən həyata keçirilir"
Mərc gələrək xırda puldan oyun oynamaq olarmı?
Dəbli geyimlər - 2-ci hissə
Yer kürəsini gözləyən bəla: çox az qalıb
"BakuBus" avtobuslarında "Wi-Fi" sisteminin işə düşəcəyi vaxt açıqlandı
Məsum və məhkum
Kremlə iyunadək vaxt verildi
Necati Şaşmaz Amerikada evlənib?-FOTO
İspanaq salatı (foto resept)
Azərbaycan əsgərləri Əfqanıstanda
Yeni növ canlı alimləri dəhşətə gətirdi-FOTO
Yarpaqları saralan gülləri necə xilas etməli?
Günün ulduz falı - 09.02.2014
Azərbaycan əhalisinin gəlirləri artıb
Şerlok Holms təsvirli pul buraxıldı_FOTO
Kəfən olan gəlinlik
Qanvermənin faydaları
Qozun sağlamlığımıza faydaları
DIQQƏT! Güclü maqnit qasırğası gəlir
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
2018-in rəngi - Bənövşəyi
Qarakənd üzərindəki vertolyot faciəsi
Qadınlar haqqında lətifələr
Binalara baxış keçirilir
Puzzle -in 4 faydası
Yaxşı yaddaşa sahib olmaq üçün nə etməliyik
Ermənilər dinc azərbaycanlını atəşə tutdular
Şah yeməyi (foto resept)
Bakının bir hissəsi susuz qalacaq
Arıqlamağa nələr mane olur?
Naxçıvana uçuşların sayı artırılır? - RƏSMİ AÇIQLAMA
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
Evinə çıxarış almaq istəyənlər üçün mühüm xəbər
Məşhur aktyora 17 illik həbs cəzası
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı
Bakıda mənzillər kəskin ucuzlaşdı
Həkimlə məsləhətləşmədən idmana başlamayın!
- ŞƏRHLƏR