Hamımızın özümüzə məxsus həyatımız var. Şəxsi həyatımız, iş həyatımız, sosial həyatımız... Bütün bunlar hamısı öz axarında davam etməkdədir. Amma hamısı da bizə "aid"...
Hamımız bilirik ki, padşahlar da bizim kimi insanlardılar. Onların da şəxsi həyatları, şəxsi zamanları və iş həyatları var. Digər padşahlar kimi Osmanlı padşahlarının da siyasi həyatları qədər şəxsi həyatları da hər zaman diqqət mərkəzində və nəzarətdə olub. Onların da hər insan kimi acınacaqlı şəkildə eşq həyatı yaşamaları bəlkə də bizlər üçün qəribə gələ bilər...Amma unutmayaq ki, padşahlar da sevər, onlar da eşq əzabı yaşaya bilərlər.
Sultan Səlim Xan Misiri fəth etdikdən sonra bir müddət orda qalmalı olur. Xan üçün çadır qurulur. Hər gün Sultan Səlim Xan çadırdan çıxdıqdan sonra Misirli bir qadın çadırı təmizləyər, xan gəlincə yeməkləri hazırlayar, axşam isə xan gəlməmiş çadırı tərk edərmiş. Necə olursa bir neçə dəfə xidmətçi Sultan xanla qarşılaşır. Bu qarşılaşma xidmətçi üçün sevgiyə çevrilir və özü də bilmədən xana aşiq olur. Qadın özü də bu sevginin sonu olmadığını başa düşür. Bir tərəfdə dünyanın sultanı olan Sultan Səlim, digər tərəfdə adi bir xidmətçi qadın. Lakin günlər keçdikcə bu gizli sevgi xidmətçi qadının ürəyini parçalayır və bunu hər hansı bir yolla Sultan Səlim Xana açmağı düşünür. Təbii qadın özündə o cəsarəti tapa bilmir ki, Sultan Səlimin qarşısına keçib sevgisini bildirsin, buna görə də fikrini, məktub yazaraq bildirməyi qərara alır.
Üç kəlmədən ibarət bir yazı yazaraq, Sultanın yatağına qoyur. Yazı bundan ibarət idi:
"Dərdi olan neyləsin?"
Axşam çadırına gələn Sultan yatağının üstündə kağız parçası görür. Və ona da Sultan deyərlər, kağızın xidmətçinin yazdığını başa düşür, kağızın arxasına bu sözləri yazır:
"Dərdi nədirsə, desin"
Kağızı eyni yerə qoyur və səhər olunca da çıxıb gedir. Xidmətçi qadın çadıra gələrkən ilk işi kağızı axtarmaq olur və qoyduğu yerdə də tapır. Sevinərək kağızı götürür və həyacanla oxuyur. Sultanın cavabı qadını cəsarətləndirir. Kağızı çevirib dünən yazdığı kəlmələrin altından bunu yazır:
"Əgər qorxursa neyləsin?"
Axşam olub Sultan çadıra dönəndə kağızı oxuyur və belə cavab yazır:
"Heç qorxmasın, istəyin desin"
Sabah açılanda bu cavabı oxuyan qadın artıq qərarın vermiş olur. Necə olursa, olsun sevgisini bu axşam Sultana söyləyəcəkdi. İşlərini bitirib Sultanı çadırda gözləyir.
Axşam çadıra dönən Sultan xidmətçı qadının onu gözlədiyini görür.
Qadın Sultanı görüncə ayağa qalxır, təzim edir. Səlim xan: "Buyurun sizi eşidirəm" deyincə xidmətçı həyacandan titrəyən əllərini gizlətmək üçün qollarını ovuşdurmağa başlayır.
Ürəyi yerindən çıxdığı bir halda, titrək və məsum bir səslə:
"Padşahım..." deyir.
"Xidmətçiniz... Sizə..."
Cümləsini bitirmədən özündən gedir. Qəlbinə sığmayan eşqini söyləyə bilmədən ruhunu təslim edən xidmətçinin bu tərtəmiz sevgisi qarşısında qoca Sultan göz yaşlarını silərək yanındakılara deyir:
"Həqiqi eşqi bu xidmətçidən öyrənin. Bilin ki, aşiq məşuqunun yolunda olan və o yolda öləndir".
P.S: Rəvayət olsa da ibrətamizdir. Doğrudan da gözəl deyilmişdir:
Sevmə səni sevməyəni Misirdə sultan olsa da,
Sev səni sevəni qapında fərman olsa da...
XƏBƏR LENTİ
Yaralı barmağa "dolama"
Gəlinlik saç düzümləri
Analar gününüz mübarək!
Susması üçün Meqan Markla pul təklif edilib?-SƏBƏB
Körpələr niyə asqırır?
Ən səxavətli ölkələrin siyahısı
Ölkəmizdə yay vaxtı ləğv ediləcək
2011-in yay geyimləri
Yay ayaqqabıları
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Məşhur geyim markası bağlanır-SƏBƏB/FOTO
Xəzər dənizində zəlzələ olub
Məktəblərə XƏBƏRDARLIQ
Şimali Koreyada daha bir qadağa
Qələmlə sənət əsəri yaratmaq
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
3 gün iş olmayacaq
Minlərlə yeni iş yeri açılacaq
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Ahmet Kural evlənir - FOTO
Kişilərin qaçdığı 5 qadın tipi
Mehriban Əliyevadan müraciət
Muradla Aslının arasına o girib?
Ailə ixtilafları (I hissə)
İtaliyada 2 manata ev satılır-FOTO
Gökçe Bahadır 3,5 milyon qazanacaq
Azərbaycanda 5 gün iş olmayacaq
Uşaqların sosial-psixoloji inkişafı-7
Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı
Gəncliyin sirri
Qurban bayramının vaxtı bəlli oldu
Gündəlik və ziyafətlər üçün geyim kombinasiyaları
Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)
Təbabətdə inqilab kimi yenilik
Bu sezon makiyajda minimalizm dəbi
Qeyri-adi moda
Yeni xüsusi informasiya bazası yaradılır
Beş istedadlı rəssamların rəsmləri
Bu müəllimlər də imtahana çəkiləcək
Erməni boksçunu məğlub edən idmançımız çempion oldu
Bu gün Qarabağ görüşləri başlayır
Uşaqlar arasında xəstəliklərlə bağlı vəziyyət açıqlandı - Təhlükə varmı?
Maradonanın formasını satdı və...
Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Ana bətnində bunu da etdilər
Döyüş oyunlarında Cenevrə Konvensiyası
İspaniya "Facebook"u cərimələdi
Peruda 7.5 bal gücündə zəlzələ oldu
Sabahın HAVAsı
- ŞƏRHLƏR