Hörmətli Qadın.Netlilər! Bu mövzuya toxunmağım səbəbsiz deyil. Bu günlər "Türk oğlanı" sözü artıq məzhəkə və pis bir söz kimi işlədilir! Mən isə Türk oğlu, Azəri oğlu və Qafqaz oğlu sözlərinin fəxr olduğunu hesab edirəm.
Bu haqda da öz fikrimi paylaşmaq istədim. Bu gün özünü "yolan", qız kimi nazik, bəzən gülünc, bəzən sırtıq "oğlanlar"-ın ucbatından, "Türk oğlanı" sözü əsl təhqirə çevrilib! Türk sözü- kişilik, qəhrəmanlıq, mərdlik sözünün sinonimidir- unutmayaq!
Ta qədimdən, hələ Azərbaycan adı tarixə düşmədiyi zamanlardan istilaçıların təcavüz və işğallarına məruz qalan vətən torpaqlarımız bu gününə məhz Azəri oğullarımızın mübarizəsi ilə gəlib çatıb. Tarix Azərbaycanmızı Cənubi Azərbaycan və Şimali Azərbaycana parçaladı. Sonra İrəvan, Göyçə, Dərbənd bizdən ayrıldı, zəbt edildi. Bu az imiş kimi Dağlıq Qarabağ və işğal altında qalan digər torpaqlarımızı da mənimsədilər... İndi Müstəqil Dövlət kimi tanınsaq da, tam birlik və müstəqillikdən danışma haqqımız yoxdur məncə... Almaniyada Berlin divarları uçulduğu kimi, biz də bizi ayıran, qovuşmağa qoymayan bütün divarları və zəncirləri sökmək, vətənimizi qurmaq üçün- əsl kişi olmalıyıq!
Kiçik yaşlarda hamıya şirin, gözəl, yaraşıqlı və s. kimi xoş sözlər deyilib. Yaşlandıqca bu sözlərə insanın ehtiyacı bir az da artır. Ən azından "bu gün daha gözəl, yaraşıqlı görünürsən", geyimin sənə çox yaraşır, yaraşıqlısan sözünü eşitmək hər zaman xoşdur. Amma "yaraşıqlı oğlan (kişi)" sözünü eşitmək üçün səy göstərəndə bəziləri ikinci sözü (kişi, oğlan) - birinciyə fəda edir (yaraşıqlı)... Bəla da budur! Qız gözəlliyi, qız kimi incə, nazik kişi kimə lazımdır görəsən? Heç inanmıram ki hansısa qadına onun atası, həyat yoldaşı, qardaşı, oğlu və s. əzizi olan kişi haqda "qız qədər zərifdir" sözün eşitmək xoş olsun! Bəs onda bu kişilərin, oğlanların "qızlaşma" meyli hardandır belə?!
Əsl "yaraşıqlı kişi" sözü iltifatdır, reallıqda tam ideal insan yoxdur məncə... Hətta peyğəmbərlərin belə düşməni, sevməyəni olubsa, demək hamıya eyni tərzdə xoş olmaq mümkünsüzdür. Amma "yaraşıqlı kişi" olmaq lazımdır. Kişi də səliqəli, mədəni, alicənab, ismətli, mərd və s. sözlərlə yanaşı, "yaraşıqlı kişi" sözünə layiqdir, ehtiyacı da var bu sözə...
Bu gün "yaraşıqlı kişi" siması ilk olaraq özünə hörmət qoyan, qarşısındakına dəyər verən, ismətli və mədəni bir kişi olmalıdır. Daxili gözəlliyi olmayan biri, ilk təəssüratda xoş görünə bilər, amma sonradan gözdən düşər. Amma daxili gözəlliyi olan kəs, ilk baxışdan xoş təsir bağışlamasa da, sonradan çox sevilən biri ola bilər!
Geyim və danışıq qabiliyyəti də "yaraşıqlı kişi"-nin əsas cəhətlərindəndir... Sadə də olsa, səliqəli geyinən, danışıq qabiliyyəti olan kişilər cəmiyyətdə daim hörmətli və sevilən olur!
İndi "qarınlı " kişilərin çoxaldığı bir zamandır. İş qrafiki çoxlarına idman və istirahət imkanı vermir. Amma ailəsini dolandıra bilməyən, qızların sevimlisi, arıq bir oğlan (kişi) yalnız şəhvətlə istənilən ola bilər.
Bizim xarici görkəmimizə vaxt tapa bilməmiz, bu gün kapitalizmdə əsasən aşağı və orta təbəqənin problemidir. Amma hər zaman müsbət tərəfimizi inkişaf etdirməliyik ki, bu mənfi yönümüzü ört-basdır eləsin...
XƏBƏR LENTİ
13 yaşlı idmançımız beynəlxalq turnirdə birinci oldu
110 illik ağacı KİTABXANA etdi-FOTO
Milyarderlərin "AND"-ı nə üçündür?
Məkkə Məşhədə iqtisadi savaş açdı
2010 YAY KOFTALARI
Oxatan bürcü qadını
Mart ayında gözlənilən hava açıqlandı
Saç düzümləri
Orxidea gülləri
Bu da yeni Mercedes AMG
5 saniyədə sakitləşməyin yolu
Meyitdən orqan köçürmək üçün klinikalar yaradılacaq
Azərbaycana yaşamaq üçün gələnlərin sayı artıb
Səudiyyə Ərəbistanı neftdən imtina edir
Dırnaq boyasını 3-4 dəqiqəyə qurutmaq üçün üsul
İbrahim Tatlısesdən kədərli mesaj-FOTO
Abortların sayı 2 dəfə azalıb
Bayram namazının vaxtı açıqlandı
Nikotin və alkoqol sağlamlığın qatı düşmənidir
Məşhur serialın yayım tarixi bəlli oldu
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
Bəylər üçün qalstuk
Hülya Avşar GÖZLƏNİLMƏZ TƏKLİF
Günün ulduz falı
QƏRAR VERİLDİ: Univeristet tələbələri maska taxacaqlar
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Prezidentdən yeni savaş anonsu
Asma çarpayı modelləri
Bahar yorğunluğuna müqavimət göstərin
Bakıda 400 manata toyuq satılır - FOTO
Qeyri-adi piyada keçidləri
Acunun yeni sevgilisinin estetiksiz GÖRÜNTÜLƏRİ- FOTO
72 milyon dollarlıq təyyarə satışa çıxarıldı - FOTO/VİDEO
İranlıları yuxudan zəlzələ oyatdı
Paralimpiyaçımız Avropa çempionu oldu
Yumurta və toyuq əti bahalaşacaq
Qışda koronavirusun ikinci dalğası ola bilər - Rəsmi
Yanan binanın aqibəti necə olacaq?
Google-un gəlirləri azalır
Əhvalınızı yüksəldəcək 9 qida
Düşmən Bərdədə təhsil obyektlərini atəşə tutub
DİM sədri abituriyentlərə müraciət etdi: “Başqalarının yerlərini tutmayın”
2020-də qarderobunuzu yeniləmək üçün məşhur tərzi
Prezident sərəncam verdi
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
Günün ulduz falı - 14.02.2014
Dua Lipa azərbaycanlı rəssamın əl işini paylaşdı-FOTO
"Papito" ifaçısı Azərbaycan filminə çəkilib
Şuşasız 23 il...
Ən təhlükəli pəhrizlər
- ŞƏRHLƏR