Uzun illər öncə çox uzaqlarda bir şəxs vardı. Bu adam işləmək məqsədilə çox uzaqlara getmişdi. İllərlə işlədikdən sonra məmləkətinə qayıtmaq zamanı gəlmişdi. Bu iş müddətində cəmi 3000 axça yığır və evinin yolunu tutur. Yolu böyük bir şəhərdən keçdi. Yolda gedərkən birinin "Bir nəsihət min axça, bir nəsihət min axça" - deyə qışqırdığını eşitdi. Həmin şəxs düşündü: “Bir nəsihəti min axçaya satırlar, mənsə illərlə işlədim və yalnız 3000 axça yığdım”. Maraq ona güc gəldi. Dayana bilməyib min axça verərək nəsihəti aldı. Nəsihətdə "Bəxtinə nə yazılıbsa, o da olar" yazılmışdı. O, yoluna davam etdi...
İrəlidə başqa bir adam "Bir nəsihət min axça" - deyə qışqırırdı. Yenə özünü saxlaya bilmədi və min axça verib ikinci nəsihəti də aldı. İkinci nəsihət belə idi: "Könül kimi sevsə, gözəl odur".
Qalan min axçası ilə yoluna davam etdi. Şəhərin çıxışında yenə bir adam bir nəsihəti min axçaya satırdə. Həmin adam bir puluna baxdı, bir də nəsihəti satan şəxsə. Dözə bilməyib qalan son puluyla da o nəsihəti aldı. Son nəsihətdə deyilirdi: "Heç bir iş üçün tələsmə". Pulsuz yoluna davam etdi.
Şəhərin çıxışında insanlar yığışmışdı. Onlar təlaş içindəydi. Adam onlara yaxınlaşdı və bir nəfərdən nə baş verdiyini soruşdu. Həmin adam cavabında dedi: “Burada şəhərin bütün su ehtiyacını qarşılayan bir quyu var, amma quyunun içində də canavar var. Canavar suyun qabağını kəsib. Aşağıya kim endisə, heç biri çıxa bilmədi. İndi hər kəs aşağı enməyə qorxur". Adam düşündü və ilk aldığı nəsihət ağlına gəldi: "Bəxtinə nə yazılıbsa, o da olar". Aşağı enməyə qərar verdi. Enərkən canavar dərhal onu tutdu və dedi: "Bura gələnlərin hamısına bir sual verdim, bilmədilər. Əgər bilsən, səni buraxaram. Bir dizinə sarışın və dünya gözəli bir qadın, digər dizinə də qurbağa qoysam, de görək hansı gözəldir?". Adamın ağılına ikinci nəsihət gəldi və "Könül kimi sevsə, gözəl odur" - dedi. Bu cavab canavarın xoşuna gəldi. Çünki canavar qurbağanın gözlərinə aşiq imiş. Adamı sərbəst buraxdı və suyun yolunu açdı. Həmin adamı kralın yanına apardılar və özü ağırlığı qədər ona qızıl verdilər.
Adam yola düzəldi və nəhayət, evinə çatdı. Pəcərədən içəri baxdı. Gördü ki, arvadı bir gənclə diz-dizə oturub. Dərhal qılıncını çəkdi və içəri girərkən üçüncü nəsihət yadına düşdü: "Heç bir iş üçün tələsmə". Qılıncını qınına qoydu və içəri girdi. Xoş-beşdən sonra arvadından gəncin kim olduğunu soruşdu. Qadın da: "Sən getdiyin zaman mən hamiləydim və bir oğlumuz oldu. Bu gənc sənin oğlundur" - dedi.
XƏBƏR LENTİ
Məktəbli formaları böyüklərin kostyumu qiymətinə...
Baş Prokurorluqdan Nərminlə bağlı müraciət
Günün qoroskopu: danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır
Ən ucuz qızıl dəsti neçəyədir? - VİDEO
Skype-da YENİLİK!
Asan hazırlanan maskalar
Abituriyentlər üçün VACİB XƏBƏR
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Azərbaycanda məmur övladlarının əsgər getmələri ilə bağlı rəsmi açıqlama
Namaz-VII Dərs-Sübh namazı
Qozadan "Kirpi" düzəldilməsi
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
İddiası və hikkəsinin əsiri
Sumaqlı ciyər (foto resept)
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edildi
İŞİD-ə qarşı böyük müharibə planı
Fahriye Evcen qısqanclığı ilə gündəm olub-FOTO
Sevimli tətildən nigaran müəllimə
5 yaşına kimi uşaqlarda qidalanma necə olmalıdır?
Sevil Əliyeva Heydər Əliyevin rəqsini paylaşdı - VİDEO
Brent markalı neft 44 dollara satılır
"Barselona"nın ulduzu qalır
Azərbaycanda neçə qadın sürücü var?
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Ərdoğandan Makrona Ərdoğandan Makrona sərt sözlər: “Sən kimsən ki…”
"Vüqarı bütün dünya şahmatı itirdi"
Makaron haqda bildiklərimiz və bilmədiklərimiz
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Lindsi Lohan AÇIQLAMA Verdi
Sumqayıtda zavod yanır: Yeddi nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır - YENİLƏNİB
Məşhur ermənidən ŞOK ETİRAF
“Barselona”da “təmizləmə” işləri
Evdəki tozların qarşısını necə almalı?
Ədviyyatlı çolpa
Eskimo tortu (foto resept)
Qədim dövrlərdə istifadə olunan gözəllik üsulları
Prezident və xanımına orden təqdim olundu-FOTO
Sizə hansı vitaminlər lazımdır?
Pensiyaçılara böyük müjdə
Şaşki qəlyanaltısı(foto resept)
Qolsuz, ayaqsız, çox istedadlı
Bakı metrosunda yeni qatarlar
Xanım Qafarova dəfn edildi
Məşhur cütlük cərimə edildi-SƏBƏB
Bakı metrosunda dəhşətli qəzadan 20 il keçir
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
İmzalı həyat
- Akula... - Ay can?!..
Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi - STATİSTİKA
11 sentyabr faciəsindən sonra ən sarsıdıcı silahlı hücum
- ŞƏRHLƏR