"İnsan" adı verilən məxluq tək deyil. Mütləq başqa insanlarla birlikdə yaşamaq məcburiyyətindədir. Elə isə hər vəziyyətdə hər kəs yaşamaq üçün başqalarına möhtacdır.
Xoşbəxtliyin təməlində başqaları üçün yaşamaq dayanır. Kim özünü başqalarının xoşbəxtliyinə həsr etsə, bir başqa ifadəylə başqaları üçün yaşasa bu insan davranış formalarındakı təməl fəlsəfəni, Allahu Təalanın hədəflərini ən yaxşı qavramış insandır. Əgər bir insan mənəvi bir tərbiyə almışsa, o başqaları üçün yaşamanın ilk addımını atmışdır. Ona öyrədilən budur: Həyatına xoşbəxtlik libası geydirmək istəyirsənsə, o zaman özünü başqalarının xoşbəxtliyinə həsr et. O istiqamətdə çalış. Hər saniyə -bir başqasına necə xoşbəxtlik verə bilərəm?- deyə düşün. Nə olar ki, ətrafınızdakı insanlara bir neçə gözəl söz söyləsəniz? Bəli, heç bir səbəb olmadan " Səni çox sevirəm" desəniz, nə itirərsiniz ki? Əgər eyni zamanda gözləriniz də o söylədiyinizi deyirsə, o zaman istədiyinizə nail oldunuz. Unutmayın, Allahu Təala hər kəsi başqalarını xoşbəxt etmək üçün yaratdı.
Siz başqa insanlara xidmət etdikcə Allahın ən sevgili qulu olarsınız. Siz insanları sevdikcə insanlar da sizi sevər. Amma əsl əhəmiyyətlisi, Allah da sizi sevər. Sevginiz böyüdükcə, bütün insanlara yayıldıqca, onların hamısının sevgisi sizə geri dönəcək. Bu, sizi dünyadakı ən xoşbəxt insan edəcək.
Allah sizi sevir, siz də Allahı sevin. Başqa insanları sevməyi bacaran hər kəs bilsin ki, bunu Allah sevgisiylə etmişdir. Yalnız Allahı sevənlər başqalarını sevə bilərlər. Sevgi hissi, Allahın aynasıyla artar. Allaha əks etdirdiyiniz sevgi ondan qat- qat artıq sevginin sizin ürəyinizə çatmasına yol açar. O sevgi ürəyinizi daim canlı saxlayar. Siz də ətrafınızdakı bütün insanların dostluğunu qazanarsınız, sevgisini qazanarsınız. Sevmək sevgini çəkər, nifrət nifrəti çəkər. Amma qalib gələn hər vaxt sevgidir. İnsanları sevdikcə Allahu Təaladan elə bir güc alarsız ki, Allahdan gələn bu müsbət güc, sizi insanların pis davranışlarındakı narahatlığı hiss etməkdən qoruyar.
Həmişə bunu düşünəcəksiniz: " Mən Allah üçün yaşayıram. Allah üçün yaşamaq başqa insanları xoşbəxt etmək üçün yaşamaq deməkdir. Elə isə mən həyatımı başqa insanların xoşbəxtliyinə həsr etməliyəm. Onlara nə qədər xoşbəxtlik verə bilsəm, mən də onlar qədər xoşbəxt olaram." Belə bir düşüncə hamınızı ağuşuna, öz içinə almalıdır, və siz o buludun içində itməlisiniz. Onun rənginə- sevginin rənginə bürünməlisiniz, sevginin mahiyyətinə dalmalısınız.
Hər kəsimi sevəcəksiniz? Bəli, gözəl insanlar! Sizə pislik edənlər də daxil olmaqla hər kəsi sevəcəksiniz. Biri sizə bir pislik etdikdən sonra sizdən qarşılıq olaraq sevgi gördüyü zaman sizdən dərs almış olacaq. Bu onu da gələcəkdəki sevgiyə hazırlayan ilk addım olacaq. Sevgi qığılcımları beləcə birinizdən digərinə keçəcək. Bu qığılcım, nəticədə alovlanıb o insanın ürəyində bir günəş kimi aydınlığa səbəb olacaq. O da sevməyi öyrənəcək, bu istiqamətdə pillələri bir-bir çıxmasına səbəb olacaq.
Sizin gözəl davranışlarınız, nifrətə sevgiylə cavab verməniz davam etdiyi müddətcə Allaha bir insan daha qazandıracaqsınız. Hədəfiniz Allaha insan qazandırmaq olacaq.
Allahdan daha gözəl məsləhətçi yoxdur:
41/Fussilət-34 : Hasənə (yaxşılıq) və seyyiə (pislik), bərabər deyil. (Pisliyi) ən gözəl şəkildə qarşıla. O zaman səninlə arasında düşmənlik olan adam, səmimi bir dost kimi olar.
74/Muddəssir-6 : Və daha çoxunu istəyərək (qarşılıq gözləyərək) yaxşılıq etmə.
Bu məqaləni dəyərli müəllimimin fikirlərindən qidalanaraq hazırlamışam... İnşaAllah, Onun Allah sevgisi ilə dolu olan fikirlərini bölüşməyə davam edəcəyəm, qismət olsa..."
XƏBƏR LENTİ
Evin kimyəvi havasını təmizləyən bitkilər
Loğmanın öz oğluna tövsiyələri
Gecə lampaları
Niyə qocalmaq istəmirik...
ATƏT yenə narahatdır
6 ayda 7 minədək boşanma - STATİSTİKA
Süni günəş vannaları tabutunuz ola bilər
Ukrayna-Aİ arasında vizasız rejim başlandı
Yumurtanı suda yuyaraq istifadə edənlərin DİQQƏTİNƏ
İlham Əliyev bir qrup hərbçini “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif etdi
Xoşbəxt uşaq böyütməyin 3 yolu
Ramazanda qidalanmamız lazım olan 7 qida
Xolesterinin yüksək olduğu göstərən hallar
Tom Hanks və yoldaşı koronavirusa yoluxdu
Türkiyədə sərhəd dəyişdi
Vitaminlərin sirləri(2)
Günün ulduz falı
Yataq otağına hansı bitkiləri qoymalı?
"Doğulanlar çoxalıb, uşaq bağçaları çatmır"
Obama: "Konqresin fəaliyyəti ABŞ iqtisadiyyatını təhdid edir"
Mehmet Ali Erbil səhhətindən danışdı
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü
Kəskin soyuqlara cəld reaksiya
Sərinlənmək üçün soyuq su içməyin!
Superlüks Lexus LX 570
FİFA ilin komandasını seçir
Sabah qar yağacaq
Evlərə görə vergi dəyişdi
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma - FOTO
Ərəb makiyajı
İçi doldurulmuş pomidor (foto resept)
Buzda sürüşməmək üçün məsləhətlər
Bitcoinlar hakerləri fəallaşdırıb
İtləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər
Peyvənd necə təsir edir və təhlükəsizdirmi?
Nazirlik xəbərdarlıq edir: bu yerlər təhlükəlidir!
Evdə heyvan saxlamağın 6 faydası
Qeyri-adi göbələk aşkar edilib
"Altılıq" Cenevrəyə toplaşır
Dadlı badımcan ikrası (foto resept)
Antonio Banderas Şah İsmayıl oldu
Satışa çıxarılan Harry Potter evi: De Vere House
Maradona xəstəxanaya yerləşdirildi
Ermənilərə dərs
Seksin səkkiz möcüzəsi
Ağalarov nikah evi açdı - FOTO
Gəmi NƏHƏNG canlı ilə toqquşdu-FOTO
Ağ südün qara üzü
78 ildir yemir və içmir
Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO
- ŞƏRHLƏR