Gəlin bir qadın olaraq düşünək. Bizi nə xoşbəxt edir? Bizə ilham verən, “qanadlarımızı” asanlıqla açıb uça biləcəyimizə səbəb verən nədir? Ucsuz-bucaqsız üfüqlərə baxaraq, ciyərlərimizə havanı rahatlıqla alıb-verməyə kömək olan nədir? Nədir bizə inam verən? Əlimizə aldığımız hər işi bitirə biləcəyimizə inandıran. Nədir? Həyatda hər şeyin (hətta mümkünsüzlərin belə) ola biləcəyinə inandıran nədir? Ümid, arzu, istək və ən əsası sevgi.
Bu gün qadın varlığından bəhs edəcəyəm. Mümkünsə, qadın olaraq bu məsələyə daha ürəklə yanaşaq.
Hər gün müxtəlif kitab evlərinin qarşısından keçirik. Bir gün o rəflərə nəzər salsaq, müxtəlif ölkənin şair və yazıçıları tərəfindən yazılmış qadınlar haqqında əsərlərə rast gələ bilərik. Bizim varlığımız, yaradılışımız haqqında fərqli dillərdə əsərlər mövcuddur. Hər biri özünə məxsus tərzdə ifadə və təsvir etməyə çalışmışlar. Kiminin yazdığı fikirlə razılaşarsınız, kiminin fikri ilə qəti barışmazsınız. Bəzən isə məhz sizin öz düşündüklərinizin əksini görə bilərsiniz. Əlinizdə tutduğunuz kitabda qadının təsvirində istifadə edilmiş hər bir “cizgi” sanki sizin fikirlərinizin əksi ola bilər. Tarix boyu qadınlar ilham mənbəyi, yazı səbəbi, təsvir mövzusu olmuşlar.
Elena Roqun “Kişilər və qadınlar” adlı kitabından bəzi fikirlərə nəzərən mətnimizi davam edək.
“Qadın olmaq nə deməkdir? Bu o deməkdir ki, yanında güclü kişinin olması naminə yetərincə zəyif olmalısan. Gücsüz olmaq qədər ağıllı olmalısan. Enli kürək axtarmaq əvəzinə, geniş qəlb axtarasan. Hesab evliliyi əvəzinə, sevərək ailə qurasan. Qadın xoşbəxt olmağa borcludur. Başqa heç kimə heç nə borclu deyil.
Qadın olmaq- qadın kimi düşünmək, qadın kimi hiss etmək və qadın kimi addım atmaq deməkdir. Baxımlı olmaq, bəzənmək, şıltaqlıq etmək, sevmək, həyat vermək və bağışlamaq deməkdir.
Qadın olmaq-ibadət etmək, səhflərini düzəltmək, aldatmamaq, cəlb etmək deməkdir. Özünə xoş gələcək qədər gözəl olmaq deməkdir. Başqaları tərəfindən qəbul ediləcək qədər istedadlı olmaq deməkdir. Heç pula ehtiyac yoxmuş kimi işləməkdir. Hər günü son gün kimi yaşamaqdır.
Qadına nə lazımdır? “Sevgi” adlı ölkəyə düşmək. Bu ölkədə heç bir əziyyət çəkmədən qeydiyyatda olmaq və hər kəsin səs verdiyi tək namizəd olmaq. Kimsədən asılı olmayaraq ömür sürmək.
Biz tamamilə fərqli varlıqlarıq.
Qadınlar yemək arası danışarlar. Kişilər yemək yediyi zaman.
Kişi hiylə işlədəndə alçaq olur. Qadın hiylə işlədəndə hiyləgər.
Boşanmış kişi azaddır. Boşanmış qadın tənhadır.
Kişilər pulları ilə şəxsiyyətdir. Qadınlar – pulları ilə insan.
Kişilər yer üzündə hər şeyə gücləri ilə nail olurlar. Qadınlar isə çəkişmələrlə.
Kişinin xoşbəxtliyini kişilər və qadınlar istəyər. Qadının xoşbəxtliyini yalnız kişilər istəyər.
Kişilər əlaqəsiz sevgini istəmirlər. Qadınlar isə sevgisiz əlaqəni.
Kişilər fərqli xasiyyətdə “qardaşlardır”. Qadınlar isə pis günün “bacıları”.
Qadınlarda arzular var. Kişilərdə planlar.
Qadınlar üçün ən vacibi toyun baş tutmağıdır. Kişilər üçün toydakı qazanc daha vacibdir.
Qadın yaşını gizlədər, kişi qazancını.
Kişi gözləri ilə sevər, qadın qulaqları ilə.
Qadınlar arıqlamağa meyillidirlər. Kişilər əzələ artırmağa.
Fərqli olduğumuzu təsdiqləyən çox faktları sadaladıq. Bəs oxşar cəhətlərimiz hansılardır?
Bəli, biz hər birimiz ikinci yarımızı axtarırıq və hər birimiz xoşbəxt ömür yaşamağı arzu edirik. Birimiz gözümüzlə, digərimiz qulaqlarımızla sevsək də hər birimizdə sevgi orqanı -ürəkdir. Hər kəs tərəfindən anlayışla qarşılanmağı, fikirlərimizin hər kəsə aydın olmağını istəyirik".
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Təhsil nazirindən ƏMR - Yeni şura yaradıldı
Gözəlliyimzdəki xətalar
Cəbhə xəttində erməni təxribatı
Semyon Peqovun yolunu gedən amerikalı jurnalist – VİDEO
İlk "5G" zəngi baş tutdu
Dünya bu görüntülərdən danışır
Qarğıdalı-düyü salatı
Cənub istiqamətində bölmələrimizin minaatan taqımının məhv edilməsi xəbəri cəfəngiyyatdır - RƏSMİ
Dərini yaşlandıran səbəblər
Piti (foto-resept)
Günün qoroskopu: ekstremal macəralar aramayın
Dünyada hansı ölkənin pasportu daha etibarlı və güclüdür?
Dünya şöhrətli əsər Azərbaycan dilində
Fıstıqlı, kəsmikli keks (foto resept)
HAVA necə olacaq?
Gəliri olmayanlar səhiyyədə güzəşt əldə edəcək
Hava şarı formasında iki ayağı olan robot düzəldildi - FOTO
Bahar Muradova: "İnsanları inandırmağa nail olmalıyıq."
Hamiləlik həftəsi necə hesablanır?
İlin ilk günəş tutulması belə olacaq
Marsın səsi ilk dəfə Yerdə eşidildi-VİDEO
Türk bayrağını təhqir edən aktyora cinayət işi açıldı
Bayrağımızdan necə istifadə edək?
İmtahanlar yaxınlaşır: abituriyentlər nəyə daha çox diqqət yetirməlidirlər?
Ən gözəl üzə sahib olan qadınlar
"Ustad" dərgisinin 13-cü sayı nəşr edildi!
Aprelin 15-nə keçən gecə Rəğaib gecəsidir: gecənin əməlləri
CeyLonun konsert üçün istək siyahısı
Şeyma Subaşının FOTOsunu Mayamidə çəkdilər
Göz şişkinliyini yox edən 9 təklif
İlham Əliyevdən Avropaya vacib mesajlar
Geyim asılqanının başqa hansı faydasını bilirdiniz?
Dünyanın ən gözəl 12 körfəzi
Dizlərdə menisk yırtığı
Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı
"Gələcəyə dönüş"-filmində 2015-ci il
Ata Demirer 150 minə tablo aldı-FOTO
Azərbaycanın birinci xanımı mükafatlandırıldı
Google-da işə katerlə gedirlər
Azərbaycanda istilik sayğacları quraşdırılacaq
Un və çörəyin qiyməti endirildi
Kayli Cennerin qızı bahalı oyuncaqları ilə diqqət çəkdi
Yaponlardan SAQQAL QADAДћASI
Günün qoroskopu:Geri çəkilməyin!
Bakının bir rayonunda qaz olmayacaq
Sinə xərçəngi haqqında
Quranda adı çəkilən yeganə ədviyyat
JeepВ® Compass yeniləndi
Xoşbəxt olmanın asan qaydaları
Ana südünü necə saxlamaq olar?
- ŞƏRHLƏR