Sirli hadisələr xəbərinin bu sayını hazırlamaq fikrim yox idi. Başına gələn sirli hadisələri bizimlə bölüşmək istəyənlərin çox olduğunu nəzərə alaraq qərara gəldim ki, xəbərin davamını hazırlayım. Mənə göndərilən hər bir hadisəni oxuyarkən çox təsirləndim. Onları bizimlə bölüşən hər kəsə minnətdarlığımı bildirirəm. ALLAH hamımızı doğru yola yönəltsin...
Göndərdi: klub_nicka
Bir dəfə qohumlarla yığılıb Lənkəranda bir kəndə istirahətə getmişdik. Qızlarla kəndi gəzirdik. Yolda kənd qızlarını gördük və söhbət etməyə başladıq. Yolda gedirdik, sökük, qapısı açıq bir ev gördük. Kənd qızları dedi ki, bu evdə heç kim qalmır. Axşamlar bu evi daşlayırlar, bilinmir kim edir. Evə girdik. Birdən qapı bağlandı, pəncərə açıq idi, o da bərkdən cırpıldı. Evin damından gülüş və ayag səsi gəldi. Biz evdən qaçdıq. Ondan sonra qorxudan xəstə düşdüm. Kənd adamları deyir ki, evi daşlayan cinlərdi.
Göndərdi: Architect_of_lovE
Bu hadisə atamın başına gəlib. Bir gecə atam yuxudan durub balkona çıxır, təxminən saat 3-4 arası. Biz birinci mərtəbədə yaşayırıq. Evin qabağında bir dəmir dirək var, yuyulmuş paltarları asmaq üçün evdən ora ip gedir. Atam balkona çıxanda görür ki, həmin dirəyin üstündə bayquş oturub. Kənd yerində yaşasaydıq, təəccüblü bir şey olmazdı. Amma biz şəhərdə yaşayırıq, hər tərəfdə bina evləri var. Bu tərəflərdə adi sərçələr belə az olur, qalmışdı ki, bayquş gəlsin. Nə isə, atam buna əhəmiyyət vermir, bir neçə gün sonra isə atam çox ağır yol qəzasına uğrayır. Təxminən 2 il ayağa dura bilmədi. Amma indi şükür Allaha, hər şey yaxşıdı. Bu hadisəni bizə uzun müddət sonra danışdı. O bayquşun həyətdəki başqa dirəklərə yox, məhz bizim evin dirəyinin üstündə oturmağı bəlkə təsadüfdü, amma bu bir işarəyə daha çox oxşayır. Doğrusunu Allah bilir.
Göndərdi:xedice azer
Mənim 5-6 yaşım olardı, hələ məktəbə getmirdim. Biz o zamanlar Yeni Yasamalda qalırdıq. Həyət evini çox sevdiyim üçün tez-tez nənəmgilə gələrdim. Uzun yay gecələrinin birində mən divanda yatmışdım, nənəm də yerdə. Gecə yatdığım yerdə hiss etdim ki, kimsə başımın üstündə durub gülümsəyir. Sonra uzandı, yazdıqca çox qorxuram, məni vahimə basır. Tüklü qulaqlı, quyruqlu, hündür bir şey idi. Əvvəl qorxdum ki, nəsə edər, öldürər məni. Səsimi çıxarmadım, özümü yuxuluğa vurdum, guya yatmışam. Gözümü yarımçıq açıb hərəkətlərinə diqqət edirdim. Nəsə deyirdi. Mən tez durub yerdə uzandım ki, bəlkə gedər. Bir az keçdi, amma yatmamışdım. Gördüm yerdə başımın üstündə durub. Yenə qorxdum. Balaca olsam da mənim üçün bu əcaib məxluq maraqlı idi, həm də qorxulu… Ağzı üstə uzandım ki,mənim oyaq olduğumu bilməsin, o isə hələ də dayanmışdı. Sonra deyəsən Allahın adını çəkdim və o qeyb oldu. Səhər bunu nənəmə danışdım. Hamı yuxu olduğunu dedi. O gündən heç kimə bu haqda danışmadım ki, uşaq olduğum üçün heç kim mənə inanmayacaq. Hələ də onun gülüşü, görünüşü gözümün qarşısında durur: hündür kök rəngli qulaqları, uzun quyruğu var idi. Heyvan tipli bir şey idi. Allah özü bizi qorusun.
Göndərdi: BADENUR
Mən hardasa, 7-ci sinifdə oxuyardım. Bacımla balkonda oturmuşduq. Evdə tək idik. Anam da biz balaca olduğumuza görə qapını arxadan bağlayıb qonşuya verərdi. Biz balkonda olduğumuz vaxt gözüm koridora sataşdı. Elə bil kimsə ordan keçdi. Dedim yəqin gözümə gorünüb. Bu hadisə yenə baş verdi. Koridorda kimsə durdu və qonaq otağına tərəf getdi. Mən bacıma dedim ki, otağa kimsə girdi. Qorxa-qorxa otağa tərəf gəldik. İçəri keçəndə gördüm ki, balkonun pərdəsini külək atıb spiral sobasının üstünə, pərdə od tutub yanır. Yaxşi ki, həyətdə qonşular palaz yuyurdular. Onlar bunu görüb tez suyu bizim balkona tərəf tutub alovu söndürdülər. O qədər qorxmuşdum ki... Əgər mənim gözümə qaraltı görünməsəydi, yəqin ki, ev tamam yanardı. Anam sonra heç vaxt qapını bağlayıb işə getmədi. Çoxları dedi ki, o bir mələk imiş, sizi evdə olanlardan agah edib...
Göndərdi: Iceberg
Tələbə idim. İmtahanlarımız qurtarmışdı, evə getmək vaxtı idi. Amma pulumuz, ərzaqımız da qurtarmışdı. Otaq yoldaşlarımla belə qərara gəldik ki, kimin nə pulu varsa, qoysun ortaya, heç olmasa 1-2 dənə çay alıb içək,onsuz da sabah gedirik.
Mən gündüzdən son manatımın 40 qəpiyini fakültəyə gedəndə yol pulu vermişdim, qalmışdı 60 qəpik. Amma axtaranda 20 qəpik tapılmadı. Naəlac qalıb olan pulu verdim, qızlar çay almağa getdi. Məni fikir götürdü: "20 qəpik hanı bəs?" (gülməyin, tələbə vaxtı 20 qəpik də puldur) Təzədən çantanı töküb-töküşdürdüm, hər tərəfinə diqqətlə baxdım, kitabları vərəqlədim - qəpik yoxdur ki yoxdur. Nə isə, çay gəldi, içdik. Səhər dərsimiz olmasa da fikirləşdim ki, atam gələnəcən magistraturaya bir dəyim, tədris planını-filan alım, onsuz da yol yaxındır. Məktəbə az qalmış yaşlı bir qadınla rastlaşdım, qəribə nəzərlərlə üzümə baxırdı. Yanımdan ötüb keçdi. Amma üzü elə nurani idi ki, ixtiyarsız olaraq çevrilib ona baxdım. Gördüm ki, o da dayanıb mənə baxır. Ani tərəddüddən sonra dilləndi: "Qızım,mən kənddən gəlmişəm, 20 qəpik yol pulum vardı, onu da salıb itirmişəm. Səndə olar mənə verəsən 20 qəpik?”
Məni soyuq tər basdı. Məsələ onda deyildi ki, o, pulsuz qalacaqdı (məndən ötüb başqasından alacaqdı). Sadəcə, inanmazdı ki, mənim cibimdə hətta 20 qəpik belə yoxdur! Ümidsizliklə, mexaniki olaraq, sırf görsün ki,axtardım deyə çantanı açdım və... 20 qəpik gözümün qarşısında parıldayırdı. Sakitcə qadına verdim, qəpiyi alıb sevindi: "Görsəm qaytararam e" dedi və getdi.
Hələ də fikirləşirəm: bu təsadüfdür, ya zərurət..
XƏBƏR LENTİ
Bakıdan qorxan ermənilər
Gözəl sırğa modelləri(2)
Tramp və xanımı koronavirusa yoluxdu
Gəlin buketləri-2
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Metro 1-ə kimi işləyəcək
“Hababam Sınıfı”nın Mahmud hocası öldü (FOTO)
Kristina Agileradan gözlənilməz açıqlama
Heydər Əliyev Fondunun dəstəyi ilə Hamburqda Azərbaycan gecəsi keçiriləcək
Bürclərə görə ev dekorasiyası (2)
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Cazibədar görünmək istəyənlər üçün
Övladlarımızı sevgidən məhrum etməyək...
Kəsmikli-moruqlu kekslər (foto resept)
Reyhan Camalova "Forbes"in siyahısına düşdü
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Günün qoroskopu:Maddi perspektivlərinizi dəqiqləşdirin
Badımcan salatı (foto resept)
Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub - RƏSMİ
"Rafaello"-nun sahibi öldü
İstirahət gününün HAVAsı
Dubayda taksilər sürücüsüz olacaq
Koronavirusa yoluxanların sayı 16 milyonu keçdi
Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!
Sərnişinlərə xoş xəbər
Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab çap ediləcək
Bu gün Messinin 1 yaşı tamam oldu
Kəs və yapışdır-32
İnsanın daha bir əcdadı tapılıb
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO
ABŞ prezidentlərinin faciəvi taleləri
Bu robot qaçır, süzür, salamlaşır
Günün ulduz falı - 07.12.2013
Kişi klimaksı nədir?
Məşhur aktyorun keçmiş xanımı səssizliyini pozdu
Gökhan Təpə artıq çəkisi ilə diqqət çəkdi-FOTO
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Castin Timberleyk Ekranlara qayıdır-FOTO
"Amazon"da ən çox satılan kitab
Üç gün iş olmayacaq
Hamilə olduğunu unudan ana
Salma Hayek izləyicilərinə belə təşəkkür etdi-FOTO
Tövlədə gözəl, unikal xəzinə tapıldı
Dilqəmdən daha bir mərdlik
2012-ci ilin səndəl modelləri
Nadir canlıların evi olan Sokotra adası
Köhnə avtomobillər Bakıdan yığışdırılır
Göyərtilərin faydalı xüsusiyyətləri
Murad 7 dəfə estetik əməliyyat etdirib-SƏBƏB
Ancelina Coli qaçqınlar arasında
- ŞƏRHLƏR