Yadplanetlilərin hücumuna məruz qalmış əhali. Beş nəfər-kiçik uşaqla olan iki cavan ər-arvad və iki yaşlı ər-arvad maşına minərək canlarını qurtarmağa çalışırlar. Hava çox duman olduğundan görmə dərəcəsi çox aşağıdır. Dumanın içində arada nəhəng hörümçəklər görünürdü, qorxunc səsləri gəlirdi. Maşının benzini bitir və filmin qəhrəmanları belə qərara gəlirlər ki, dəhşətli ölümdənsə, canlarına qəsd etsinlər. Maşındakı gənc kişinin əlindəki silahda cəmi dörd güllə var, bir nəfərə güllə çatmayacaq. Kişi dörd güllə ilə oğlunu, yoldaşını və yaşlı ərlə arvadı öldürür.
Etdiyinin dəhşətindən bir az ayıldıqdan sonra maşından enərək özünü ölümün önünə atır. Gözləri dumanın dərinliklərində ölümünü axtararkən, birdən qarşısına gecikmiş qurtuluş çıxır-içi insanlarla dolu hərbi maşınlar. Əhalini xilas etməyə gəlmişdilər.
Bu, bir axşam kanalları çevirərkən qarşıma çıxan fantastik filmin sonundan bir parça idi.
Film qəhrəmanlarının çıxılmaz vəziyyətini görəndə, özümü elə bir şəraitdə təsəvvür etdim, "Mən nə edərdim?" deyə özümə sual verdim. Ən asan yol elə canına qəsd etməkdir, amma reallıqda belə seçimlə rastlaşsam, bunu edərdimmi?. "Çox tələsdi, həm də yenə də olmaz! Allahın verdiyi canı almaq olmaz!"-bu düşüncələr içindəykən filmin qəhrəmanı da düşdüyü dəhşətli vəziyyətin fərqinə vardı.
Bunu niyə sizlərlə bölüşürəm? Bir düşünün, əslində elə həyatımız da duman içində davam etmirmi? Bir saniyə sonra başımıza nələr gələcəyini bilirikmi? Ölüm, hər şeyi itirmək-addımbaşı bizi izləmirmi? Amma nə edirik? Yaşamağa davam edirik. Heç kim "Bəlkə axşama sağ çıxmadıq" deyə axşam yeməyi hazırlamaqdan imtina etmir. Həyatımıza bunları düşünmədən davam edirik. Amma, həyatın bu qatı dumanı içində atdığımız hər addım doğrudurmu? Ola bilər etdiklərimiz, verdiyimiz qərarlar filmdəki qəhrəmanın silahında çıxan güllələr qədər nəticəsini o anda göstərmir. Bu dünyada verdiyimiz qərarların nəticəsi uzun zaman sonra görülməsə də, axirətdə mütləq bütün əməllərimizin nəticəsini görəcəyik.
Bəs belə duman içində ayağımızı necə doğru ataq? Gözü görməyən insanın əlindən tutanlar olur, vasitəçiyə sanki təslim olur kor insanlar. Zaman keçdikcə alışdığı mühitdə o insan daha rahat yaşayır. Həyat ümumilikdə belədir. Bəndə Yaradana təslim olarsa, necə olacağını düşünmək ehtiyacı olmadan yaşamaq daha rahat olmazmı? Sadəcə təslimiyyət, yəni İslam. Keçid dünyanın bitməz sualları arasında təslimiyyətlə ömür sürmək ən ağıllı yoldur. Güllə və ya dəhşətli ölüm arasındakı seçimdə də təslimiyyətimiz qədər heç nə yardımcımız olmayacaq. Təslimiyyət-elə Hidayətin özüdür. Hidayətsə tək başına mümkün deyil, mütləq vasitəçi gərəkdir. Allah Quranda buyurur ki, dəlalətdə qalana hidayətçi tapılmaz. Demək ki, hidayətdə olmaq üçün mütləq hidayətçi lazımdır. Təriqət, mürşid yoxdur deyənlər isə Qurana müraciət etsinlər. Quranda "təriqət", "mürşid" sözləri var. Həmçinin Peyğəmbərimiz (s.ə.v)-in də mürşidi Cəbrayıl (ə) idi. İslamı Onun vasitəsiylə öyrənirdi. Biz kimik ki, mürşidsiz hidayət olunaq. Odur ki, əziz insanlar, həyatın dumanı içində itmək istəmirsinizsə, mütləq sağ ikən, dünyada ikən Allaha çatmağı diləyin. Allah qəlbinizə baxacaq, əgər o qəlbdə Özünə vuslat olmaq istəyi görsə, mütləq hidayətçinizi sizə göndərəcək. Heç kim bir mürşidə tabe olmadan hidayət olunduğunu iddia edə bilməz.
Şura /13 - Allah dilədiyi kimsəni özünə seçər və Ona yönələni özünə ulaşdırar.
Kəhf /17 - Allah kimi Özünə ulaşdırarsa, o, hidayətə ərmişdir. Və kimi dəlalətdə buraxarsa, artıq onun üçün vəli mürşid tapılmaz.
XƏBƏR LENTİ
UNO qatarı haqlamaq istədi
İlham Əliyev fəxri adlar verdi
Ərik mürəbbəsi
Prezidentdən yanğın tapşırığı
Qırışlar üçün maskalar
Heydər Əliyev Fondu Rumıniyada uşaq evinə yardım edib
Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)
Feyxoa cemi və ya mürəbbəsi
Hava haqqında
İrem Dericinin Ayrılıq xəbərləri yayıldı-FOTO
Hamiləlikdə özünə qulluq
Ukrayna bu şəhəri itirdi
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi
Sukerberqin sərvəti 23 milyard azaldı
Bakı metropolitenində nəzarət profilaktik tədbirləri gücləndirilib
Makiyaj (əvvəl və sonra)
Pişik qatili dahi bəstəkar – YANLIŞ BİLDİKLƏRİMİZ
Yeni il manikürü
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Taksiyə mindi, 18 min avro borcla düşdü
Sabah qar yağacaq
Rusiyanın peyvəndi ilə bağlı üzücü xəbər: 6 ay sonra...
Qadın və ananın həqiqi məqamı
Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab çap ediləcək
Xaçmazda daha 12 kənd qazla təmin olunacaq
Bu da yeni Nissan Qashqai
Karandaşdakı ibrət
Limondan 7 gözəllik sirri
İspan dili 16-cı dərs
Şoyqu sülhməramlıların Qarabağda yerləşdirilməsi planlarından danışdı
Gecə yemək sindromu
Atılmışdı, ev tapdı
Sosyopatı necə tanımalı? (2)
Rəqəmləri birləşdir-6
Şahzadə Diananın avtomobili Satışa Çıxarıldı - ŞOK MƏBLƏДћ
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
Məntiqi çalışmalar
Yediyimiz toyuqlar belə şişirdilir
Bu qız minlərlə adamı müsəlman edib
Dünyanın ən ucuz smartfonu istehsal ediləcək
Noyabrın 7-də Göyçay bayram edəcək
Ağır şəraitdə yaşayan ailələrə şad xəbər...
Günün ulduz falı
Azərbaycanda koronavirusa 4 451 yeni yoluxma qeydə alınıb, 39 nəfər vəfat edib
7 yaşlı dəb şəhzadəsi
Şükufə Yusupova "Şöhrət" ordeni ilə təltif edildi
Yay aylarında enerjimizi qoruyaq
Çay və qəhvə haqqında bilmədiklərimiz
Onlar yaşlanmaq əvəzinə daha da gözəlləşiblər
Azərbaycanda quraqlıq yumurtanı da bahalaşdırdı
- ŞƏRHLƏR