Keçmişdə - inqilabdan əvvəl qızlar 12-13 yaşından ərə verilirdi. Onlar ata-qardaş əlinə baxırdılar, boşanmış qadın ikinci, hətta üçüncü dəfə ailə qurmaq məcburiyyətində qalırdı, çünki ona arxa duran olmurdu. Qadınlar kimdənsə asılı vəziyyətdə idilər.
İndiki zamanda qızlar təhsil alır, hətta bəlkə də oğlanlardan daha çox yaxşı vəzifələrdə çalışır, hətta ata-anasına belə baxır. Amma buna baxmayaraq, bu psixologiya hələ də dəyişməyib – ailədə mütləq oğlan övladı olmalıdır. İnsanların övlad arzusunda olması normal haldır, amma övladlar arasında ayrı-seçkilik etmək düzgün deyil. Belə ailələri övladı olmayan ailələrlə bir yerə gətirmək lazımdır. O zaman onlar anlayarlar ki, onlar övlad sahibi olmaq üçün necə iztirablar çəkir, hansı yollardan, ağır müalicələrdən keçirlər.
İnsanlarda belə bir səhv psixologiya formalaşıb ki, əgər oğul övladı yoxdursa, qocalanda onlara dayaq duracaq kimsə olmayacaq. Elə bil ki, bəziləri övladlarını ancaq qocalanda ona baxması üçün dünyaya gətirir. Oğul istəmək də məhz bundan irəli gəlir. Övlad istəyən üçün əslində fərqi olmamalıdır ki, qızdır, ya oğlan. Əslində qız övladı valideynə oğuldan daha yaxın olur.
Çox zaman qadınlar bətnindəki övladı tələf etməyə məcbur edilir. Bu zaman qadının psixoloji vəziyyəti isə heç kimi maraqlandırmır. Amma bəzi qadınlar da var ki, özləri buna yol verir. “Oğlum olsa, ərim məni daha çox sevər” psixologiyası ilə oğlan uşağı dünyaya gətirmək həvəsində olanlar da az deyil. Qadınların əksəriyyəti bilmir ki, dünyaya oğlan və ya qız gətirməsi həyat yoldaşından asılıdır. Buna görə də özlərini daha çox günahlandırırlar.
Son zamanlar qız uşaqlarının tələf edilməsi halları artıb. Ultrasəs müayinəsində bətnindəki uşağın qız olduğu öyrənildikdə əri və ya qaynanası tərəfindən aborta məcbur edilən qadınlarımız çoxdur. Bəzi insanlar aborta adi əməliyyat kimi yanaşırlar. Onun hər an ananın həyatına son qoyacağını isə bilmirlər.
Çoxları abortun rəsmən qadağan edilməsinin tərəfdarıdır. Haradasa 60-cı illərdə abort qadağan edilmişdi. Və o zaman kriminal abortların sayı artmağa başladı. Ara mamalar evlərdə, gigiyenik olmayan şəraitdə abortlar etməyə başladılar, ana ölümlərinin sayı artdı. Buna görə də yenidən abortlara icazə verildi.
İslama görə, ana bətnindəki körpəni öldürmək cinayətdir. Bətnindəki övladın qız olduğunu bildikdən sonra onu məhv etmək xüsusilə günahdır. Qız uşaqları haqda Peyğəmbərimizin çox gözəl hədisləri vardır. Bir hədisdə buyurur ki, “Kiminsə qız övladı olarsa və oğlan övladını ondan üstün tutmazsa, o kimsə mənimlə Cənnətdə mənimlə birlikdə olacaqdır”. Yəni Peyğəmbərimiz (ə.s) qız uşaqlarına bu qədər əhəmiyyət vermişdir.
Qız övladını məhv edən analar bilməlidirlər ki, onlar gələcəyin analarını məhv edilər. Bu gün abort edilən hər bir qız uşağı gələcəyin anasıdır. Peyğəmbərimiz buyurur: “Cənnət anaların ayağının altındadır”. Odur ki, qız övladını abort etdirən hər bir qadın gələcək anaların qatilidir. Əziz qadınlar, gəlin öz gələcəyimizin qatili olmayaq.
XƏBƏR LENTİ
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Çuğundur və gavalı salatı (foto resept)
Məşhur aparıcıdan ETİRAF
Peraşki (foto resept)
Zövqlü xanımlar üçün
Qadını düzgün dəyərləndirək
Dəcəl Qadın.Net xanımları (2)
Azərbaycanda uşaq bağçaları yenidən açılır? - RƏSMİ
Yağları əridən içkilər
Bu gecə 24 oyun olacaq
İlham Əliyev Varşavada Əfqanıstan prezidenti ilə görüşüb - YENİLƏNİB
Dəbli cins kurtkalar
Gözümüzü qırpmasaq, nə olar?
Bu günün hava proqnozu - 08.11.2013
Petek Dinçöz Şəkiyə gəlir
Yuxuda bizi yoran vərdişlər
İnternetin qiyməti artacaqmı?
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi
Murat Dalkılıça Hande Erçeldən dəstək
1963-cü ilin gitarası 400 min dollara satıldı
Planetin ən yaşlı insanı vəfat edib
Yol polisindən sürücülərə xəbərdarlıq
Dahi Stiv Cobs: 59 il əvvəl...
Roma mədəniyyəti - 2
Qonaq otağı dizaynları
Tibbin aciz olduğu xəstəlik- FOTO
Savadsız həkimlərimizin sayı AÇIQLANDI
Körpələr üçün bələklər
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Lüks həyatı olan 16 yaşlı Raşid-FOTO
Revmatizma ağrısını aradan qaldıran bitkilər
Dəniz suyunun faydaları
Siena beynəlxalq şəkil mükafatları
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Uşağa nece xeyr demək olar
Güzgüylə dizayn edilmiş otaqlar
104 yaşını 400 nəvə-nəticəsi ilə qeyd etdi - FOTO
Azərbaycanda həkim çatışmazlığı var? - RƏSMİ
Məşhur aktyor müalicəsinə 120 min ödədi-FOTO
2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib
Sağlam pəhrizin incə məqamları
İrem Sak Kvançı təriflədi
Birlikdə keçirdiyiniz vaxt
Mobil qurğular məsləhətçiləri əvəzləyir
Ən yaxşı qısa saç modelləri
Yenəmi eyni hədiyyələr? Biz harada səhv edirik?
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər
Kəsmikli rulet (foto-resept)
Baş həkim beynəlxalq axtarışa veriləcək
Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir
- ŞƏRHLƏR