Canlı həyat faktları yaltaq,ikiüzlü adamların bəzi hallarda müvəqqəti də olsa həqiqətən müvəffəqiyyətlər qazandığını göstərir.Lakin yenə məhz həmin həyat faktları göstərir ki,əvvəla belə müvəffəqiyyətlər çox az davam edir.Çünki el arasında deyildiyi kimi ,yaltaq,ikiüzlü adamlar hamını özlərindən razı salmağa çalışsalar da,əslində heç kimi özlərindən razı sala bilmirlər,bəzən hətta özlərinə qarşı açıqca nifrət doğururlar.Yaltaq və ikiüzlü adamlar həyatda xoşa gəlmək,vəzifəli şəxsin rəğbətini qazanmaq üçün çox manevr etməli,müxtəlif donlara girməli,bəzən də aşkar sürətdə alçaq vasitələrə əl atmalı olurlar ki,bu da öz növbəsində çoxlu hədər vaxt,enerji və əsəb itkisinə səbəb olur.Necə deyərlər bunun zərəri qazancından çox olur.Yaltaq və ikiüzlü adamlar bir qayda olaraq həmişə öz fikir və əqidələrini gizlətməli olurlar.Əqidə və fikri daim gizlətmək cəhdi isə insanı psixi cəhətdən yorur,mübarizəni xaricə deyil,daxilə çevirir,həyatı maraqsız,üzücü,yorucu və mənasız edir.Belə adamlar bir qayda olaraq öz qüvvələrinə və imkanlarına deyil,başqasının mərhəmət və rəğbətinə güvənirlər.İnsan üçün ən vacib olan müstəqilliyi əllərindən alır,daxili səfərbəylikdən məhrum edir.Başqasının mərhəmət və rəğbəti isə heç vaxt insana etibarlı dayaq ola bilməz.
Bütün bunlar göstərir ki,yaltaqlığı və ikiüzlülüyü fərasət,zirəklik kimi düşünmək son dərəcə yalnış və zərərlidir,insan şəxsiyyətini alçaltmaq deməkdir.Ömür boyu həyatla oynamaq,hətta özünə qarşı da səmimi olmamaq insan həyatını tam mənasız edir.Çünki,daim ikiüzlülük edən,həyatda həmişə artist kimi çıxış edib heç vaxt öz rolunu oynamayan,yad rolunda çıxış edən,həmişə səmimiyyətdən uzaq olan adam əslində öz ömrünü yaşamır,onun ömrü saxta olur.
Sizcə insanlari ikiüzlü olmağa nə vadar edir?
Niyə görə insanlar düşüncələrini içlərindən gəldiyi kimi yox,qarşi tərəfə xoş getsin deyirlər?
XƏBƏR LENTİ
Dünyada topla ən sürətli qaçan futbolçusunun adı
Həkim müalicə edir, təbiət sağaldır...
Dərman ehtiyatı artırılacaq
Azərbaycanda ərzaq qıtlığı yarana bilər? - RƏSMİ AÇIQLAMA + VİDEO
Həqiqət
Körpəniz hər şeyi ağzına aparır?
Məşhur tərzi: Camila Morrone
İlin transfer bombası partladı - 31.5 milyon avro
"Facebook"a qarşı sərt tədbirlər görüləcək
Naxçıvanın muxtariyyəti müzakirə olundu
Köhnə trend geri qayıtdı: İlan dərisi
Prezidentdən yanğın tapşırığı
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa götürüldü - RƏSMİ
"Baunti" tortu(foto resept)
Burcu Esmersoyun yeni sevgilisi- FOTO
Çində robot keşikçi sınaqdan keçirilir-FOTO
Suriyada hava zərbələri nəticəsində 23 dinc sakin ölüb
BÜRCLƏR bizə nə vəd edir? - 8 MAY
Ağlamağı qəbahət hesab edənlər, oxuyun!
Əllərimiz mikrob mənbəyidir
Putin "erməni qərarı"nı verdi
Keti Perrinin hamiləlik xəbərləri yayıldı- FOTO
Koronavirusa yoluxan azərbaycanlıda Sibir xorası da aşkarlandı
İlk mavi gözlülər harda yaşayıb?
Bakının piyada kamikadzeləri
Riqada Serjə niyə zurna verdilər?
Əl baxımınıza laqeyd yanaşmayın
Murat Boz evlilik təklifindən danışdı-FOTO
Sabahdan hava dəyişir
"Gəncliyin ən yaxşısı" - (İtaliya-2003)
"Ermənilər əvvəlcə 5, sonra 2 rayonu boşaltmalıdırlar"
İslam bankçılığının Azərbaycana hansı xeyirləri ola bilər?
Memarlarının güldürən əl işləri
Robot pişik təqdim olundu
Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?
Holland pendirli qapalı pide (foto resept)
Azərbaycanlı tələbələrdən QEYRİ-ADİ İXTİRA
İnteryerdə Yeni il
Qurban ətini necə yeməli?
Sarkisyanla bağlı şok etiraf
Ürküdücü yerlər-2
Qocalığın qarşısını necə almalı?
Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı
Həyatın mənasını itirənlər üçün psixoloji və dini cavab
Facebook-da daha bir yenilik
Gürcüstanda COVID-19-a görə fövqəladə vəziyyət elan olundu
Azərbaycanın dahi filosofu
Yeni evlənən kral BOŞANIR-SƏBƏB
Rusiya BMP-ləri Azərbaycana göndərir
Alma piroqu (foto resept)
- ŞƏRHLƏR