Saat 6-ya az qalır. Masamın üzərindəki sənədləri yığışdırmağa çalışıram, tələsirəm. İşdən çıxmağa tələsirəm. Hara? Əlbəttə ki, evə. Niyə? Amma bunu bilmirəm. Tələsik addımlarla evə çatmağa tələsirəm. Yol boyu insanların yanından ötüb keçərkən üzlərində donmuş baxışlar səni düşündürür. Aman Allah, bircə evə tez çatsaydım. Gün boyu işdə olan problemlərdən uzaqlaşmaq üçün evə tələsirəm. Aha, deyəsən evimə, yuvama çatıram. Amma içimdə bir boşluq var. Həyətə daxil oluram, qapıya yaxınlaşıram. Açarlar - hara qoymuşam, axtarıram və tapıram. Qapını açıram, amma içəri girmək heç istəmirəm.Bir az əvvəl evə tələsirdim, indi isə içəri girmək çətindir. Otağın buz divarları üstümə gələcək. Kim məni qarşılayacaq bu soyuq evdə? Heç kim. İçəri daxil oluram, işığı yandırıram.Çantanı bir yana atıb bir az dincəlmək istəyirəm. Amma divarlar... Bu divarlar da məni lap bezdirdi. Kresloya oturub, düşüncələrə dalıram. Suallar məni yorur. "Nədən mən belə oldum", öz-özümə fikirləşirəm. Nədən? Amma mənə heç nə olmayıb, yalnız təkəm.Bu təkliyi mənə unutdura biləcək biri yoxdur. Bəlkə də var, mən bunu sadəcə görmürəm.Qışqırmaq, hayqırmaq istəyirəm: "Ey, insanlar, bir az da mənə yaxın olun". Amma insanlar mənə çox yaxındır.Yəqin mən bunu görmək istəmirəm, ya da görmürəm. Düşüncələr məni yorur.Ömrümün yarısı qurtarmış, baharım geridə qalmışdır. "Nəyə nail oldum ki?" deyə düşünürəm. Hər şeyə - oğlum, evim, həyat yoldaşım, amma məni başa düşə biləcək kimsə olmadı. Mən hər kəsi başa düşməyə çalışdım. Özümü həmişə tək sandım. İçimdə bir boşluq oldu.Tamamlanmayan bir boşluq.Daim məni özünə çəkdi.Nə istədim, özüm də bilmədim.Bəlkə də məni başa düşə biləcək biri olmadı.Eh, kim məni başa düşə bilərdi ki. Telefonuma zəng gəlir. Hmm, oğlumdur, ali təhsil alır. Danışırıq, amma yenə də təkəm. Sağollaşıb, düyməni sıxıram. Bir neçə saatdan sonra yenə sabah olacaq. Bu sabahlar... Ömrüm hardan gəldi-getdi... Daim sıxıntılar, sonu görünməyən düşüncələr. Mən nə istəyirəm? Sabah yenə işə tələsəcəyəm...
XƏBƏR LENTİ
Ermənilərdən azərbaycanlılara Qarabağ dəvəti
Mütləq izlənməli 7 İtaliyan filmi
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Macəra axtaran pişiklər
Miranda Kerridən AÇIQLAMA
Azərbaycandakı şizofrenlərin sayı açıqlandı
Qışda necə geyinək?
Övladlarının cinsiyyəti bəlli oldu
İskender kababı (foto resept)
Bu gündən Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa ediləcək - SİYAHI
Alman politoloq: "Vyana görüşündən sonra 7 rayonun qaytarılması..."
Yeni Chevrolet Volt
Bu qızla kim evlənsə 10 milyon alacaq-FOTO
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Karantin rejimində toylar keçirilsin - TƏKLİF
Bu şəhərdə daha çox qadınlar yaşayır
"Qarabağ" "Xəzər Lənkəran"a, "İnter" "Neftçi"yə qarşı
İman edən alimlər-5
Bu günün hava proqnozu
"Formula 1"in ikinci günü başladı
BÜRCLƏR bizə nə vəd edir?-18 yanvar
“Hababam Sınıfı”nın Mahmud hocası öldü (FOTO)
2019-un manikür trendləri
Qumdakı rəsmlər
Hava haqqında
İçindəki qadını həbsdən çıxar
Gənc xanımlara yaz-yay donları
Bu 5 yanlış haqda doğrular bütün təsəvvürlərinizi alt-üst edəcək
Bakı metrosu gün ərzində 5 saat işləyəcək
"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi
5G şəbəkəsi gəlir
Rəngarəng geyim nümunələri
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib
Yeni tədris ilində neçə şagird təhsil alacaq?
Epidural anezteziya və hamiləlikdə bel ağrısı
Palanqada ailəvi ev - FOTO
Azərbaycanda hava kəskin dəyişəcək
Dünyanın ən məşhur muzeyləri
Neftçilərin axtarışı dayandırıldı?
Qadınlar ən çox bu kişiləri sevirlər
Seda Sayan gəncliyinin sirrini bölüşdü-FOTO
Hava haqqında
Megan Marklın "ekizi" tapıldı-FOTO
Səni sevmək...
SMS icazə ilə yaxın qohumun dəfninə getmək mümkün olmayacaq - RƏSMİ
Qeyri-adiliyi sevənlər üçün
Azərbaycanlılar Almaniyada ayağa qalxdı
Bu ilin ilk Ay tutulması başladı
Qarğıdalı şorbası
Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada göstərəcəklər
- ŞƏRHLƏR