Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
10:25Sima kate ana olacagmiss,saray qarisacag)) 10:17Sima heyooo qizlar necsiz salam herbirinize 10:04PERI sizinde sabahiz xeyir necesiz 09:37Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər! 09:37Xəyalə Murad Yeni gün hər birinizə uğur gətirsin!
39303

QAYNANALARA VƏ GƏLİNLƏRƏ...

QAYNANALARA VƏ GƏLİNLƏRƏ...


Qayınana - Gəlin problemlərinin tarixçəsi çox qədim dövrlərə söykənməkdədir.
Sevdikləri eyni kişinin gözündə əhəmiyyətli olma istəyi qayınanalar və gəlinlər arasında bitməz tükənməz çəkişmələr yaşanmasına gətirib çıxarmışdır. Qısqanclıq və bir-birilərini çəkə bilməməzlik zaman- zaman mərhələlərə çıxmış və iki qadının bir-birlərini üzmək üçün inanılmaz pisliklər etdikləri müşahidə edilmişdir. Nəticədə kim qazanar bu döyüşü?Heç birinin qazanmadığını söylərsək,yanılmarıq.Bu döyüşdə bir çox insanın canı yanar; ən başda hər iki qadının, arada əzilən yoldaşın, varsa uşaqların və bəzən də digər ailə fərdlərinin.

Bəs bu tarixi problemə heç həll tapıldımı? Ümumiyyətlə ailələrə baxdığımız zaman:
* Evliliyin başında: Qayınana agresif, güclü, xoşbəxt... Gəlin isə passiv, zərər çəkmiş və bədbəxt...
* Evliliyin ortalarında: Qaynana və gəlin bir-birinin ayaqlarına basmamağa çalışar. Aralarında gizli çəkişmə sürər amma görünüşdə razılaşmış görünərlər. Əgər gəlin bu vaxt güclənmişsə qayınana artıq geri çəkilməyə başlamışdır. Əgər qayınana hələ dominant isə gəlin görünüşdə diqqətlidir amma fürsəti tapınca da hücum etməkdən qaçınmaz. Gəlin artıq qayınanadan uzaqlaşar. Mümkün olduğu qədər onu da uzaqlaşdırmağa cəhd göstərər.
* Evliliyin yetkin dövründə: Artıq gəlin ağırlığını yaxşıca evdə hiss etdirər. Gəlin agressif və xoşbəxt (intiqam alan) qayınana əzilmiş və acı çəkən vəziyyətə gəlir.

Bəs bir-biri ilə dolanan gəlin-qaynana nümunələri yoxdurmu?

Təbii ki bir çox yaxşı dolanan, hətta ana-qız kimi olan qayınana-gəlin olmuşdur və vardır, olacaqdır da.Əgər həm qayınana ,həm gəlin qarşı tərəfin haqlı ola biləcəyi tərəfləri tapa bilsə, nə hiss etdiyini anlamağa çalışsa, özünü qarşı tərəfin yerinə qoya bilsə, hörmətli ola bilsə yaşanan problemlərə müəyyən nisbətdə həll çıxarıla bilər.

Gəlin birlikdə fərqli vəziyyətlərdəki gəlin və qaynanaların düşüncələrini incələyək�

Gəlinini problem edən bir qaynana nə düşünər?

"Bu uşağı mən doğmuşam, onu böyüdənə qədər min bir əziyyət çəkmişəm. Onun üçün canımı verərəm. Onun mənə həmişə ehtiyacı var. Onu qorumalıyam. Ona zərər verəcək şeylərə mane olmalıyam. Bu gəlin oğulumu əlimdən aldı. Oğulumu xəbərdar etməliyəm. Oğulumun yaxınında olmalıyam. Oğlum məni unutmasın. Mən bu qədər zaman oğlum üçün çalışdım, indi növbə oğlumda və gəlinimdə, onlar da məni xoşbəxt etsinlər və mənim arzularımı yerinə yetirsinlər. Hələ nəzarətin məndə olduğunu onlara göstərməliyəm.Oğulumun evi mənim evimdir.O,mənim oğlumdur!!!"

QAYNANALARA VƏ GƏLİNLƏRƏ...



Gəlinini problem etməyən bir qaynana nə düşünər?

"Mən oğlumu çox sevirəm və onun xoşbəxt olmasını, öz həyatını yoldaşı ilə birlikdə davam etdirməsini istəyirəm. Oğlum mənim sahib olduğum bir mal deyil, varlığından xoşbəxt olduğum bir şəxsdir. Artıq öz ayaqlarının üzərində dayana bilir, başqa sözlə yoldaşından qorunmağa ehtiyacı yoxdur. Əlbəttə ki, yoldaşı ilə həyatı paylaşarkən problemləri də olacaq. Onlar bu vəziyyətdə birlikdə hərəkət edəcəklər və öz təcrübələrini qazanaraq birlikdə yaşamağı öyrənəcəklər. Mən araya əsla girməyəcəyəm. Əlbəttə ki, əgər gəlinimi də mənim qızım olaraq qəbul edəcəyəmsə, onunla səmimi bir əlaqə yaratmağa cəhd göstərməm lazımdır. Fərqliliklərini xoş görüb oğlumun yoldaşını dəyişdirməsini istəməyəcəyəm.Mənim və oğlumun yoldaşı arasında bir problem var isə bunu gəlinim ilə həll edəcəyəm, oğlumla deyil. Bir ehtiyacları olduğu zaman mən həmişə onlar üçün var olacağam, amma bu onların həyatlarına qarışmaq və ya istiqamətləndirmək mənasını daşımayacaq. Onlara hörmət etməyə və anlamğa səy göstərəcəyəm.�

Qaynananı problem edən gəlin nə düşünər?

Qaynanam evliliyimizin tək problemidir. Bu qadın hər mövzuda həyatımıza qarışır. Davamlı olaraq mənə nə etməm lazım olduğunu söyləyir. Oğluna xidmətçi tutmuş kimi davranır. Davamlı dedi-qodumu edir, orada burada məni insanlara pisləyir. Hər fürsətdə oğluna mənim haqqımda pis sözlər söyləyib şikayət edir, bizi döyüşdürür. Oğulundan məni ayırmaq üçün əlindən gələni edir. Oğulu da onu susdurmur, məni müdafiə etmir. Ya anasını seçməli ya da məni. Bu qadın hər fürsətdə mənim səhvlərimi ortaya çıxarmaqla məşğul olur. Onun üzünü görmək bir tərəfə qalsın, səsini belə eşitməyə dözmək çətindir. Bu qadından necə xilas ola bilərəm Allahım? Nifrət edirəm, nə olardı sanki yox olsaydı. Uşaqlarımın bu qadının yanına getməsini istəmirəm.Qəti olaraq mənə qarşı uşaqlarımın başını doldurur. Evimə gəlməsini istəmirəm, əşyalarımı qarışdırmasından nifrət edirəm, evimi düzəltməyə qalxmasından və məni bacarıqsız kimi göstərməsini heç sevmirəm. Hələ də mətbəxə girib oğluna ən sevdiyi yeməkləri bişirməyə qalxması və oğlunun gözündə məni qeyri-kafi göstərməyə çalışması... Bu qadından nifrət edirəm..."

Qaynananı problem etməyən gəlin nə düşünər?

"O, mənim yoldaşımın anasıdır. Təbii ki, mənim anamdan fərqlidir. Onu olduğu kimi qəbul etməm lazımdır. Anlayışlı, səbirli və xoşgörüşlü olmalıyam. Bizim həyatımıza qarışmağa çalışdığı zaman gözəl bir dillə yoldaşımla birlikdə düşünüb qərar verdiyimizi söyləmək lazımdır. Davranışlarını fərdi qəbul etmək yerinə, oğlunu itirməkdən qorxan bir qadının çaxnaşması olaraq düşünüb anlamağa çalışmalıyam. Açıq və səmimi olmalıyam. Qaynanamın məni üzməsinə icazə verməyəcəyəm amma mən də qayınanamı üzmək üçün çalışmayacağam. Qayınanam ilə bir problemim var isə bunu mənim adıma yoldaşımın həll etməsini gözləməyəcəyəm. Yoldaşımı ikimizin arasına soxmayacağam .Yoldaşımın anasına hörmət edirəm və mümkün olduğunca razılaşmanın bir yolunu axtarıram..."

Bəli sevimli oxucular, Qayınana - Gəlin problemlərinin həqiqətən həlli var, bütün məsələ anlayışlı olmağı, münasibətlərə yaxşı niyyətlə yanaşmağı və hər şeydən əhəmiyyətlisi döyüşə girməməyi bacara bilməkdədir. Bunu bacara bilən bütün qayınanaları və gəlinləri təbrik edirəm, çünki həqiqətən də bacarılması deyildiyi qədər asan deyil.
Bütün qayınanalara və gəlinlərə hörmət, sevgi və anlayışa söykənən bir əlaqə qura bilmələri diləklərimlə�

Selcan_Xatun



Səslərin sayı: 13
64
16150

loading...
Şərhlər
Offline
Xema Agamirova
kaşki mənim qaynanam bütün dünyanın sahibi olduğunu düşünməsəydi
11 fevral 2015 00:21
Offline
Shefa Ahmedova
MAHİRƏ X. dÜZ DEYİRSİNİZ. AMMA ONU DA DEYİM Kİ, HƏR ŞEY KİŞİDƏN ASILIDIR. kİŞİ ÖZÜNÜ SAYDIRMALIDIR. DÜZDÜR HƏYASIZLA ÇƏTİN MƏSƏLƏDİ. AMMA AĞZININ ÜSTÜNDƏN VURMAQ LAZIMDIR Kİ "QUDURMA"SIN. Allah elə glilərin qabağına özü kimisini çıxartsın. Mən belə yazra elə biləcəysiniz ki, mən qaynanayam. Hələ çox var. Anam var mənim. Mən də çox şey gördüm və eşitdm. dash
10 fevral 2014 21:18
Offline
konul hesenova
qayinanamdan raziyam amma ifrite baldizimi goren gozum yoxdur.cox yaxsi oldum baldizima amma basa dusmedi,indi ise onla danismiram,
28 yanvar 2014 08:30
Offline
♥NiLuFeR♥
HELE AILELI DEYILEM dance1
6 yanvar 2014 00:41
Offline
Rzayeva Guler
Qaynana qaynanadi Oglun qisqanir gelinden
12 sentyabr 2013 12:14
Offline
Bahar Yashar
qaynanada bilmelidir ki qizi kiminse gelinidi.... bu yersiz qisqancliqdida. ana oglunu gelini ile paylasa bilmir. bir terefden baxanda duz reaksiyadir. ya ogluma yaxsi baxmazsa, ya menimkimi qaygisina qalmazsa, ya ustu aciq qaldisa ya ac qaldisa ya yaya amma bizim qaynanalar bunu eqaistcesine kinle hirsle bildirirler. sakitcilikle evvelden agilli qaynana her seyi nizama sala biler.
2 sentyabr 2013 19:52
Offline
Murad Ugur (Djaka)
Sadece hami bilsin her gelin bir gun qaynana olacq.wukur menimle qaynanam,niwanlimlada anam cox super anlawr
28 iyul 2013 00:56
Offline
Aygun ibrahimova
Qaynanalara xitaben seslenirem. am Ey gelinleri sozleri,dedi qodulari ile inciden qaynanalar,sizin de qiziniz bir qapida gelin olacaq.Dusunmursunuz ki,sizin canindan bezdirdiyiniz gelininiz kimi sizin de qizinizi bezdirib incidecekler.Axi ILahi Edalet diye bir sey var girl_ang .Etmeyin!Gelinlerinize zulm etmeyin!Hec kim eziyyetle boyutduyu ovladinin pis gun gormeyini istemez.Sizin dusunmeden haqqina girdiyiniz insan bir ananin omrunun feda etmesinin behresidir.Analarin ahini almayaq.MEn yeni ana olmusam.Ve ana olmagin ne demek oldugunu artiq bilirem.Allah pis qayinana eline dusen qizlarimiza ve onlarin analarina sebr versin ,komek olsun.AMIN.
28 iyul 2013 00:44
Offline
Beren Saat.
Allah hamiya insaf versin.deyirem burda kurekenlerde yazsaydi ne caxnasma olardi.
25 iyul 2013 22:44
Offline
BABASHOVA TAMILLA
qaynana gelini hemise ogluna qisqanib ogluna men ayri yasayiram arada bizimde problemlerimiz olur ekser vaxti qaynanam sehf olur
25 iyul 2013 21:53
Offline
anonimka_bakinka
KEMALE MEMMEDOVA hemiwe bele mehriban olasuz, allah butum yaxsi qaynanalarin, yaxsi analarin, yaxsi gelinlerin canini sag elesin.
3 iyun 2013 11:04
Offline
wwwwwwwwwwwwwwwww
QAYNANAM MENIM ARXAM DAYAQIM OLUB HEMISE.ONU COX SEVIREM,MENI HEC VAXT NEYINSE USTUNDE YOLDASIMA PISLEMEYIB.HEMISE MENE DAYAQ OLUB.ALLAH ONA CAN SAQLIQI VERSIN.
3 iyun 2013 02:14
Offline
anonimka_bakinka
men qaynanami sevmirem, cunki cox paxil ve qisqancdi, halbuki men gelin gelende caliwirdim o ne diyir, sehvde edirdi men ana kimi gorub susurdum sebr edirdim, ama gordum yox e qoyub ustune saatda 120.

en yaxwisi, en salamati ayri yawamag, i vse

yaxwi qaynanalarin Allah canini sag elesin, pis qaynanalarin Allah bildiyi kimi elesin. ne olsunki qaynanadi hikkesiynen boyuna minesi deyilki, o qaynanani esl ana kimi sayaramki, mene qizi kimi davransaydi, oglu meni ezizleyende reng ruhu deyiwmezdi, paxillig cekmezdi, imkan tapan kimi menim qacib qaynatama daniwmazdi, Amma Allah var qaynatam yaxsi kiwidi hemiwe qaynanamin ustune qiwqirirdi bu hereketlerine gore.
3 iyun 2013 02:05
Offline
aliyeva sebis
salam qizlar men sayta yeni qosulmusam bu movzu barasinde onu demek isteyirem ki 6 ildir ki aileliyem lakin qaynanamin mene etdiklerini ona baqislaya bilmirem ne qeder calisiram ki yadimdan cixarim amma bacarmiram evveller uwaq kimi ne etdiyine ehemiyyet vermirdim insan yasa dolduqca gorurki o ne qeder haqsizliqlarla uzbeuz qalir usaqim bir az gec oldu hemde kistamdan emeliyyat olmusdum her ay menustrasiya olanda nastrenisi korlanib deyirdi- birden usaqin olmaz indi ALLAHa sukurler olsun iki evladim var lakin nevelerini hesret cekmis nene kimi sevmir.
21 aprel 2013 01:47
Offline
Mahira
vallah cox gelinler gunahi qaynanada gorurler hercend menim qaynanam yoxdur(rehmete gedib)ama menim anamin bir refiqesi gelin getirdi gelin gormediyi gune geldi duwdude evinde Allahin hamaminda kafel metlaqi yox idi geldiyi aile ise bolluq icinde yawayan aile idi.vara dovlete soz elemirem sadece qizin etdiyi herektleri demek isteyirem.4 aydan sonra day qaynanaya demediyi soz qalmadi gorum qizin etsin ere qayidib ustuve gelsin.bu kimi sozler.kecen defede anam gedib onalra qonaq buda gelib qaynansigile anam nese deyib bu menim anama cavab qaytarib qaynanada aqzindan vurmayib ki,az menim evime qonaq gelib bu ne daniwiqdi mamam inciyib refiqesinden.yiqdim men o arvadgile dedim ayib olsun sene menim anam senin evine gelmisdi o ne daniwqdi senin gelinin menim anamla o tonda daniwib terbiyyesiz ne vaxt onun evine geler onda sifet eder.sende gedib aqzindan vurmamisan ki ay qiz kes sesini.dedim incime wexsen men orda burda oturanda demeyecem o gelin deyecem filankesin gelini terbiyyesizdirsozumun cani odur ki, ele gelinlerde var ne boyuk sayir, ne kicik.menim bir sehvim olanda yoldasimin ailesi meni laziminca bawa salirlar ve uwaqdir deyib kecirler.men de day o uwaqdir sounun altindan wiltaqliqda etmirem caliwiram etdiyim sehvleri duzeldim.her iki teref gerek bir birini bawa duwmelidir.qaynanada ne vaxtsa gelin olub,gelinde ne vaxtsa qaynana olub onuda bu yollar gozleyir.
14 aprel 2013 15:56
Offline
Gunel Eliyeva
Men hele evlenmemiwem ama ozume soz vermiwemki qaynanamla ana kimi olacam.Hette gunahi olsa bele,o mene pis olsada men onnan inciyib kusmerem dava salmaram.Cunki o pisliyini yere qoymursa men niye yaxwiliqimi atim.movzuya gore twk
14 aprel 2013 15:44
Offline
Рояна Акперова
ANAM QAYNANADI QARDASIM EVLIDI, anamin geline, gelinimizinde anama olan munasibetini izleyirem kenardan, cox yaxsi dolanirlar
24 mart 2013 17:08
Offline
Ayan eliyeva
Menim gelin olmagima hele 1ay var,mence qaynanamla muveqqeti 1yerde yasayacagiq.bu nisanlimin isiyle baglidir.Insallah her sey yaxsi olar
19 mart 2013 19:39
Offline
Gunel
AMIN ALLAH HAMINI BIZIDE ONUN ICINDE XOSBEXT ETSIN.
15 mart 2013 14:06
Offline
MELEK
butun qaynanalar gozeldir cun ki onlarda anadir girl_ten
6 mart 2013 11:55
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )