Bakıda hava 10°
USD AZN
EUR AZN
09:31aysel hesenli Siznen bahem 08:38Xəyalə Murad Cüməniz mübarək! 08:37Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41224

Cem Yılmazdan 700 manat açıqlaması

Cem Yılmazdan 700 manat açıqlaması


Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz bu gün Bakıda mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Cem Yılmaz bu sözləri deyib:

"Çox həyəcanlıyam. Bakıya gəldiyim üçün çox xoşbəxtəm. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Burada məni özi zarafatlarımla qarşıladılar. Hətta pasportuma möhür vurmadılar.

Bakı Konqres Mərkəzi çox gözəldir. Burada İstanbulun ən cəld komediya aktyoru səhnəyə çıxacaq. Bakıya gəlməyi çox istəyirdim".

Cem Yılmaz Azərbaycan müğənnilərini dinlədiyini də deyib: "Azərbaycan musiqisini dinləyirəm. Buranın mədəniyyətini öyrənməyə iki gün bəs etməz. Konsertim uğurlu keçsə, bütün dostlarımı Bakıya gətirəcəyəmm. Bakıdan tar alacağam və Türkiyəyə getdikdən sonra tar ifa etməyi öyrənəcəyəm".

Cem Yılmaz onun konsertinə biletin qiymətinin 700 manat olmasına da münasibət bildirib: "Biletin qiyməti açıqlandıqda Tarkanın gəldiyini zənn ediblər(gülür). Tarkanı vücudumda gətirdim. Burada bir həftə qalsam, Miri Yusif kimi Xalq artisti olaram".

Komediya aktyoru Miri Yusifi, Aygün Kazımova və İradə İbrahimovanı tanıdığını deyib.

Cem Yılmaz onu da qeyd edib ki, sabah günorta saatlarında ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək

Səslərin sayı: 0
1
134
loading...
Şərhlər
Offline
PERI
Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz bu gün Bakıda mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
16 noyabr 2019 20:46
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış