Bu il mayın 1-dən qeyri-rəsmi olaraq plyonkalara icazə verildi. Ancaq buna qədər yalnız arxa yan şüşələrə jalüz-pərdə vurulmasına icazə verilirdi.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu il yol patrul xidməti əməkdaşlarına avtomobilinə qara plyonka vuran sürücüləri incitməmək tapşırığı verilmişdi:
“Sürücülər də buna əsaslanaraq plyonka vurmağa başladılar. Hətta qabaq yan şüşələrinə qara plyonka vuran taksi sürücüləri də oldu. Halbuki bu olduqca təhlükəli bir haldır. Qara plyonka da birdəfəlik məhsuldur. Yəni jalüz və ya pərdə olanda bu il çıxarıb, gələn il yenidən istifadə edə bilirsən. Ancaq plyonka bir dəfə taxıldısa, çıxarılandan sonra istifadəsi mümkün deyil. Bu da sürücüləri narahat etməyə başlayıb. Hesab edirəm ki, plyonkalarla bağlı olan qadağa ləğv olunmalıdır”.
E.Muradlı bildirib ki, əksər deputatlar və yol-nəqliyyat ekspertləri də arxa yan şüşələrə plyonka vurulmasını qadağan edən qanunun ləğvini dəstəkləyir:
“Hesab edirəm ki, arxa yan şüşələrə plyonka vurmaq olar. Bunun üçün beynəlxalq təcrübə də var. Ancaq təbii ki, qabaq yan şüşələrə pərdə, jalüz, qara plyonka vurulması tam qadağandır və buna icazə vermək olmaz. Çünki bizim sürücülər qabaq yan şüşələrə plyonka vurdursalar təhlükəsizlik kəmərindən istifadə etməyəcək, telefonla danışacaq, qucağında uşaqla maşın sürəcək, azyaşlı uşağı qabaqda oturdacaq və sair. Yol polisi də pozulan bu qaydaları aşkar edə bilməyəcək”.
E.Muradlı bildirib ki, hazırki qaydalara görə, 15 noyabr tarixindən sonra pərdə, plyonka və jalüzləri açmayan sürücülər cərimələnəcək.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də iqlim şəraiti nəzərə alınaraq plyonka və jalüzlərlə bağlı 1 maydan tətbiq edilən güzəşt 15 noyabr tarixində başa çatır
XƏBƏR LENTİ
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
31 Avqust- Qubadlı
Dərmanların qiyməti ilə bağlı müjdə
Qızıl medallı Stadnik: Mən azərbaycanlıyam
Albalı (gilənar) mürəbbəsi (foto resept)
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı
Dəbli çəkmələr
Dünya qocalara qalacaq
Robin Ulliamsın oğlu evləndi-FOTO
Türkiyədə Ebola virusuna yoluxma halları ilə bağlı 45 xəstəxana ayrılıb
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Sosyopatı necə tanımalı? (2)
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İkimərtəbəli qatarların iyunun 5-nə kimi istismarı nəzərdə tutulur
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Marshmallovlu tart (foto resept)
Beyin üçün ən zərərli 3 qida
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Dovşan ətini yemək olarmı?
Rus Dili dərs-3
Məşqlər və miflər: kimə nə olmaz?
Arda Turan evləndi -FOTO
Muradla Aslı Yeni İli Barselonada qarşılayacaq-FOTO
Tarkan qızının adını açıqladı-FOTO
"Alatoran"ın məşhur ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Erməni mediası: "Yaralıar yollarda keçinir, dərman çatışmır"
Oskar mərasimindən ən yadda qalan geyimlər
Obama Putinlə məzələndi
Baş epidemioloqdan qrip açıqlaması
Rusiya XİN-dən Qarabağda sülhməramlılarının sayının artırılması məsələsi ilə bağlı AÇIQLAMA
Avtobuslar 24 saat işləyə bilər
Çində ilk dəfə...
62 yaşlı beş uşaq anası cəlbediciliyinin sirlərini açdı - FOTO
Öskürəyə qarşı müalicələr
Bergüzar Korel də etiraz səsini ucaltdı
63 dəfə küsüb barışdılar - FİLM
Dəri gözəlliyi üçün 6 qida
Dadlı və ətirli piroq (foto resept)
Hava haqqında - 30.11.2013
Bu rayonlarda işləyən müəllimlərin MAAŞLARI ARTACAQ
Sumqayıtda köhnə işıqfor qalmayacaq
2015-in bizdən aldığı məşhurlar
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Yeni ana olanlar üçün gözəllik tövsiyələri
Dünyanın ən hündür tonqalı - FOTO
Almaniyada toqquşma
İshal təhlükəli ola bilər
- ŞƏRHLƏR