Ölkə ərazisində heç yerdə qeydiyyatda olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi necə verilir? "Çip"lər nə vaxtdan aktivləşir?
Qadin.Net xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis mayoru Jalə Nəsibova Lent.az-ın yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı suallarını cavablandırıb. Şöbə rəisi heç yerdə qeydiyyatı olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi prosesinə aydınlıq gətirib:
"Öncə onu qeyd etmək lazımdır ki, vətəndaşlar bir yerdən digər yerə köçdükdə məhkəmə qərarı olmadan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmır. Ancaq məhkəmənin qərarı ilə vətəndaşı icra hakimiyyəti qeydiyyatdan çıxara bilər. Bu zaman həmin vətəndaş şəxsiyyət vəsiqəsi almaqdan ötrü inzibati qeydiyyata düşməsi üçün polis bölməsinə müraciət etməlidir. Buna görə də vətəndaşlar bir yerdən başqa yerə köçdükdən sonra yeni yaşayış yerində qeydiyyata alınmasalar da, əvvəlki qeydiyyat əsasında onlara şəxsiyyət vəsiqəsi verilir. Əgər yeni yaşayış yerində qeydiyyata düşərsə, yaxınlıqda olan polis bölməsinə və ya "Asan Xidmət" mərkəzinə müraciət edərək, "çip"də qeydiyyat sahəsini dəyişə bilər. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əldə etməsi isə səfirliklərin müraciəti əsasında gerçəkləşir. "Çip"lər şəxsiyyət vəsiqəsi verildiyi andan, vətəndaşın barmaq izi təsdiq olunduqdan sonra aktiv edilir".
Qeyd edək ki, Azərbaycanda ötən il sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlanılıb. Vəsiqələrə əlavə olunan "çip"lər vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcıdır. Yeni vəsiqələr 6 dövlət qurumunun (Ədliyyə, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri, Əmlak Məsələləri Dövlət Komitəsi) məlumatları əsasında hazırlanır
XƏBƏR LENTİ
Rusiyanın hərbi gəmiləri Bakıda - FOTO/VİDEO
Bakıda Novruz yarmarkaları
Qan yaddaşımız
Gülməli şəkillər
Azərbaycanda daha 79 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Dadlı toyuq qızartması (foto resept)
“Təbii artım Avropa ölkələri arasında ən yüksək göstəricidir”
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Həyəcan başladı
Övlad qatili
Meşədə balina tapıldı - QƏRİBƏ HADİSƏ
Niderland Türkiyədən üzr istədi
Maraqlı tarixi şəkillər
Əlillələrə iş imkanı
Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”
Sellüliti aradan qaldıran pəhriz.
Məşhur aktrisa 36 il sonra BOŞANIR-SƏBƏB
Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirildi
Bürclər və daşlar
Gəlin toy günü həyəcandan öldü
O şəhərdə göz-gözü görmür
Bu, son 500 ildə 3 dəfə olub
Fikrət Qoca infarkt keçirdi
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Məşhur aktyor ata oldu-FOTO
Güləşçimiz FİLA-nın reytinq siyahısında ilk onluqda
O an...
Oruc tutanlar imsaqda çay içməsinlər
Günün qoroskopu: Mübahisə etməyin!
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Bu gün Bakıda 40 dərəcə isti olacaq
İştahı kəsən qidalar
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır"
Dəniz duzunun faydası
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Sağlam kökəlməyin yolları
Sürətli kökəlmə proqramı-1
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
Otellərdə rastlanan qəribə hallar
Qar yağacaq - Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Azərbaycanda zəlzələ oldu
Dünyanın ən böyük fənər sərgisi
DÇ-2014: hansı oyun, hansı kanalda?
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
Tələbələr ordumuza dəstək mitinqi keçirdi
Balaca qızlar üçün yaz geyimləri
Bahalı əməliyyatları bahalı edən nədir?
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Azra Akın ana oldu-FOTO