ARZUDAN O YANA
Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək, əvvəlki tək sən, ürəyi daş,
Elə əvvəlki tək saymaz olaydın...
Bu istilik hardan, san ki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün...
Sən, mənə əlçatmaz bir ulduz idin,
Göylərdən qolumun üstünə düşdün.
Bu da vüsal günü... Yox sevinmirəm,
İndi darıxıram, bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün...
Dünənə yol yoxdur zaman apardı,
Təəssüf zamana çatarmı görən?
Daha sənə gələn yollar qurtardı,
Arzudan o yana yol varmı deyə.
Ötən günlərimə bir ümman dedim,
Boşalıb ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur...
MƏNƏ İNANMIRSAN
Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, ehyamlar
oyaq.
Yox, mən istəmirəm
bir çoxu kimi
Yaşayaq bu sayaq,
Ölək bu sayaq...
Niyə baxışların üşüdür məni;
Qəlbin ki qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir,
Nə nifrət yeni;
Elə tərəddüd də köhnədir,
yetər!...
Bəlkə də adıma çox söz deyirlər,
İstəsən inanma,
İstəsən inan...
Ayıq ol...
Adama çox söz deyərlər
Gör hansı doğrudur,
Gör hansı yalan.
Yaxın gəl,
Oduna gir bu ürəyin,
Sevənlər payıza, qışa bürünməz.
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi
bilinməz...
Hərdən zəng edirsən,...
Susursan niyə ?
Sənin sükutun da tanışdır mənə.
Bir də zəng edirsən hirslənim
deyə,
Dəstəyi çırpıram əsəblərmə...
Bir dəstək gülüşlü,
Biri əsəbi.
Başlayır telefon oynu sonra.
Bilirəm susmağın nədir səbəbi;
Ox atıb gizlətmə yayını sonra...
Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, ehyamlar
oyaq,
Yox, mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq,
Ölək bu sayaq.
Nüsrət Kəsəmənli
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Şahdəniz"in işlənməsi üzrə müqavilənin müddəti 2048-ci ilə kimi uzadılır
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Saçlarınız üçün faydalı maskalar
Elmin hələ də aça bilmədiyi 15 sirr
В«FeysbukВ»un pilotsuz təyyarələrindən ucuz internet
Təbii qaza tələb çoxalıb
İdman tərzi ayaqqabılar
ETİRAFLAR:-"Oyuncaqsız uşaq valideynə nifrət edər?"
Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
Ermənilər yiyəsiz qalıb?
Bekhemin böyük oğlu ağladı-SƏBƏB
Türk serialında Nəsimi sözləri-VİDEO
Fərqli sırğalar
Çayların daşma təhlükəsi var?
XƏBƏRDARLIQ: Maqnit qasırğası gözlənilir
Həkim Bergüzar Korelə qadağa qoydu-SƏBƏB
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
Şvartsneggerin qızı ərə getdi-FOTO
"Türkiyənin Jennifer Lopezi" -dən FOTOsessiya
Leyla Əliyeva ilə Emin Ağalarov əkizlərinin AD GÜNÜNÜ BELƏ QEYD ETDİ - FOTO/VİDEO
Hava necə olacaq?
Bella Hadid yeni FOTOsessiya etdirdi
Ermənilərdən yeni hücum: Yaralı var
Avitaminoz
Babasilin təbii yollarla müalicəsi
İkibaşlı buzov doğuldu
Qadınları qıcıqlandıran 8 əsas səbəb
Küçədən rəsm əsəri aldı dəyəri milyonları aşdı-FOTO
Yeni uçan avtomobil hazırlandı
Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO
Duanın yerinə yetməsinə mane olan 8 hal
Hamiləlik etirafı
Məişət zəmnində baş verən cinayət hadisələrinin qarşısı necə alınmalıdır?
Kiçik mətbəx üçün dekorasiya modelləri
Prezidentdən işğaldan azad edilmiş ərazilərdə məskunlaşma ilə bağlı VACİB GÖSTƏRİŞ
Bəs dayanacağın pulunu kim versin?
Milyonlar onunla vidalaşır
Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib - VİDEO
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Telefon suya düşərsə nə etmək lazımdır?
Günün ulduz falı
Gürcüstanın yeni prezidenti and içdi
Azərbaycanda dekabr ayının hava proqnozu açıqlandı
Münasibəti korlayan və möhkəmlədən ifadələr
Azərbaycandan keçəcək siklonla bağlı AMEA-dan şərh
İyun ayının qalibləri!
ABŞ-dan ermənilərə zərbə
Azərbaycanda koronavirusdan rekord ölüm: 1465 yeni yoluxma
Dollardan üz çevirdi