Qoç - Xırdalıqlara əhəmiyyət verməyin. Möhtəşəm planlar, yaxşılığa doğru böyük dəyişikliklər, irimiqyaslı döyüşlər və müvafiq qələbələr günüdür. Bədxahlarınızın qarşınıza çıxarmağa heç nələri yoxdur. Aydındır ki, gücləriniz bərabər deyil və siz çox-çox üstünsünüz.
Sizə inanan, sizinlə qürur duyan və bunu gizlətməyən insanlarla ünsiyyət xoşunuza gələcək. Sizi tərifləyənlərə qulaq asın, komplimentlərdən həzz alın - hamısı ürəkdən gələn sözlərdir. Bu gün sizi təkcə gözəl sözlər, sevgi etirafları, həmçinin qiymətli hədiyyələr gözləyir.
Buğa - Başqa adama həvalə etmək, yaxud qeyri-müəyyən müddətə təxirə salmaq istədiyiniz işlərə xeyli vaxt sərf etməli olacaqsınız. Həm çətin, həm asan məsələləri məhz özünüz həll etməlisiniz. Planlaşdırmadığınız xərclər, dəyərli bir əşyanı itirməyiniz mümkündür.
Asanlıqla nəyəsə həvəsiyir, başınızı itirir, dəlicəsinə aşiq olur, hadisələrin inkişafını sürətləndirir, yeni münasibətləri daha ciddi məcraya yönəltməyə çalışırsınız. Bu da boşuna deyil: intuisiyanız deyir ki, siz öz qismətinizi tapmısınız.
Əkizlər - Nə istədiyinizi və bunun üçün nələrdən keçəcəyinizi yaxşı bilirsiniz. Sizinlə sövdələşmək mümkün deyil: öz mövqeyinizdən bir addım da geri çəkilmək fikriniz yoxdur və güzəştə getmirsiniz. Belə mövqe sizə yaraşır: ən azından ətrafınızdakılar sizə tez-tez diqqət yetirir, gah gizli, gah da aşkar şəkildə xarakterinizin gücünə həsəd aparırlar.
Enerjinizi lazımi məcraya yönəldə bilsəniz, gününüz uğurlu olacaq. Əks halda münaqişələr, mübahisələr, ciddi fikir ayrılıqları yarana bilər. Gəzintiyə çox vaxt ayırın. İdman və fiziki işlə məşğul olmaq xeyrinizədir.
Xərçəng - Özünəinamlı və diqqətsizsiniz. Tənqidi qeydləri, məsləhətləri qulaq ardına verməyə meyllisiniz, başqasının təcrübəsi nəzərə alınmalı olan yerdə öz intuisiyanıza güvənməyə üstünlük verirsiniz. Amma bəxtiniz gətirir: hətta əgər səhv də etsəniz, onun nəticəsi elə də ağır olmayacaq.
Bu gün sizi çox sərt danışmaqda, güzəştə getməməkdə qınayacaqlar. Onların buna tam haqları da çatır. Amma maraqlıdır ki, bu hərəkətiniz sizin üçün doğrudan da vacib olan insanlarla münasibətlərinizə kölgə salmır. Sizin xasiyyətinizə bələd olduqları üçün bu gün onları qorxutmursunuz.
Şir - Nə qədər müqavimət göstərsəniz də, xoşagəlməz vəziyyətə düşürsünüz. Bədxahlarınızın sayı durmadan artır, yeni tərəfdaşların peyda olacağına isə ümid etməyin. Kimsə kömək təklif edirsə, bunu elə ağızucu deyir ki, məsələnin nə yerdə olduğunu həmin dəqiqə anlayırsınız.
Odur ki, müstəqil hərəkət edəcəyinizə əvvəlcədən hazır olun. Bu, bir az yorucudur, amma səmərəsi az deyil və maraqlıdır. Üstəlik, yeni və faydalı nəsə öyrənə bilərsiniz. Uzunmüddətli səfərlər məsləhət deyil, gəzinti və piyada ekskursiyalar isə yaxşı keçəcək.
Qız - Sizin nailiyyətləriniz və zəhmətiniz kölgədə qalmır. Ancaq sizi tərifləyənlərin heç də hamısı bunu səmimi qəlbdən etmir. Mürəkkəb, qarışıq situasiyaya düşməmək üçün hər kəsə inanmayın. Əks halda çox dəyərli saydığınızdan məhrum ola bilərsiniz. Bədxahlarınıza yaltaqlıq vasitəsilə etibarınızı qazanmağa imkan verməyin.
Ətrafınızda baş verənlərlə bağlı çox fikirləşirsiniz, amma qəti bir nəticəyə gəlmirsiniz. Tələsib qəti qərarlar verməyin, əlaqələri qırmağa can atmayın.
Tərəzi - Ciddi mövzularda söhbət, birbaşa sizin peşəkar fəaliyyətinizlə bağlı sualların müzakirəsi üçün əla gündür. Köməyinə ümid etdiyiniz nüfuzlu adamlar etibarınızı doğruldacaqlar. Üstəlik, elə təkliflər alacaqsınız ki, ilk dəfədən öz xoşbəxtliyinizə inanmağınız gəlməyəcək.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Öz yarlarını axtaran Tərəzilər maraqlı tanışlıqlara və taleyüklü görüşlərə hazır olsunlar. Sevgililər gözəl vaxt keçirəcəklər.
Əqrəb - Qələbə qazanmaq şansınız böyükdür. Bunun üçün elə də çox şey lazım deyil: azca özünüzə inam və riskə getmək hazırlığı. Sizi qorxutmaq istəyən, təhlükələri böyüdən insanlara qulaq asmayın. Həyəcanlı tanışlarınızın gözləntilərinə rəğmən hər şey çox gözəl keçəcək.
Yeni təəssürat axtarışındasınız və bu həvəsinizi təmin etməkdə pis heç nə yoxdur. Eksperimentlərdən, yeni tanışlıqlardan qorxmayın, öz hissləriniz barədə açıq danışın. Nə qədər cəsarətli olsanız, bir elə yaxşıdır. Alış-verişə çıxa bilərsiniz.
Oxatan - Gün asan başlamır. Hər dəqiqə verdiyiniz vədləri yada salırlar. Bunların bəzilərini isə siz heç yerinə yetirmək fikrində deyildiniz. Hiyləgərlik etməli olursunuz, amma bütün sirləriniz bir-bir faş olur və nüfuzunuza xələl gətirir. İntriqalardan uzaq durun: bunların üstü açılacaq və məhz siz ziyan çəkəcəksiniz.
Günün ilk yarısı yaxşı olan səhhətiniz axşama doğru pisləşə bilər. Xroniki xəstəliklərinizin güclənməsi mümkündür. Bu gün tək müalicəyə deyil, eyni zamanda diqqətə ehtiyacınız var. Yaxınlarınız sizi qayğıyla əhatə etsələr, daha tez sağalarsınız.
Oğlaq - Günün çox hissəsini köhnə səhvləri düzəltməyə həsr edəcəksiniz. Bunlarınsa çox az hissəsi sizə aiddir. Özgələrin ideyalarını həyata keçirməli, başqalarının aralarında olan münaqişələri yoluna qoymalı olacaqsınız. Öz işlərinizə diqqət ayırmaq üçün yalnız axşam vaxtınız olacaq.
Romantik görüşlər, gəzintilər, qeyri-formal şəraitdə ünsiyyət üçün yaxşı gündür. Gələcəyə nikbinliklə baxan adam təsiri bağışlayırsınız, bu səbəbdən də yeni tanışlarınızın rəğbətini qazanırsınız.
Dolça - Hətta ən yaxın adamlarınızın təqdir etməyəcəkləri qərarlar verməyə qadirsiniz. Bu gün "bir nəfər hamıya qarşı" situasiyasındasınız. Həsəd aparılası halda deyilsiniz, amma şərait öz gücünüzü düzgün qiymətləndirməyə imkan yaradır. Bundan başqa, məhz nəyi istədiyinizi, yeni məqsədlərinizi təyin edə bilərsiniz.
Unutmayın, həqiqi həmfikir tapmaq şansınız çox deyil. Sizin tərəfinizdə olduqlarını bəyan edən insanlar arasında bədxahlarınız, hətta ikiüzlü satqınlar az deyil.
Balıqlar - Çox dəyər verdiyiniz şeyləri itirə bilərsiniz. Səbəb isə odur ki, real vəziyyətlə barışmaq istəmirsiniz. Bu gün çox şeyə qadirsiniz, amma hər şeyə deyil! Bununla barışın, o zaman həyatın acılığından şikayətiniz olmaz.
Ağlınıza çoxlu xoşagəlməz fikirlər gələcək, özünütənqid, kökündən dəyişmək hissi güclənəcək. Sakit olmağa çalışın, ciddi ədəbiyyat oxuyun, ağıllı filmə baxın - bir sözlə, düşünmək üçün özünüzə şərait yaradın
XƏBƏR LENTİ
Balıq bazarının mövcud durumu
Ölmədiyini sübut edə bilmədi
Evlilikdə seçim və münasibətlər
Telefonunuzu açıq tutun, polis sizə yazacaq
Kabak qızartması (foto resept)
Banklar dollar kreditlərində bizi necə aldadır?
İnsan üzlü buzov doğuldu-FOTO
Ən kasıb ölkələr açıqlandı
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - RƏSMİ
Günün ulduz falı
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Oğurlanan 6 milyonluq unitaz
Pomidor şorbası (foto resept)
Qocalmağa başlamışıq
Könüllü işləmək istəyənlərin nəzərinə
İdeal bayram süfrəsi
Beyonce və Cey Zi 4 milıyonluq saatla diqqət çəkdilər_FOTO
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Azərbaycan ordusunun Kəlbəcərə daxil olması “Haber Global”da - VİDEO
Məşhur oyunlara qadağa qoyuldu
Kibritdən hazırlanan əşyalar
Neon rəngli çanta və ayaqqabılar
Dünyanın ən bahalı atı-FOTO
Həm düşünək, həm gülək
Məşhur aktyor AÇIQLAMA VERDİ-FOTO
"Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 149 yeni yoluxma - RƏSMİ
Dünyanın ən böyük teleskopu
Yapon qadınlarının arıq olmasının sirri
Qışda artıq çəki probleminin həlli
Bavariya mətbəxindən sobada toyuq (foto resept)
Natavan: "Qürura görə sevgidən vaz keçməyin"
13 yaşlı idmançımız beynəlxalq turnirdə birinci oldu
Azərbaycanda ən çox qar yağan yer açıqlandı
Buraxılış imtahanın keçiriləcəyi şəhər və rayonların adları açıqlandı - SİYAHI
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
İnstagram fenomeni sərvət toplayır-FOTO
“Dərsdən sonra” teleproqramına start verilir
Qocalmağın qarşısını alan pəhriz
Evlərə "kupça"nı necə almaq olar?
Nəqliyyat Nazirliyi sürücülərə çağırış etdi
Məleykə Abbaszadə valideynlərə və abituriyentlərə xəbərdarlıq etdi: ehtiyatlı olun!
Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?
“Fikri oxuyan” qurğu yaradıldı - VİDEO
Qadın paxıllığı
Maraqlı əşyalar və dekorasiyalar
2020-ci ilin sağlamlıq QOROSKOPU