Qoç - Uğurlu gündür. Müsbət tendensiyaların təsiri güclüdür və həyatın bütün sahələrində hiss olunacaq. Hətta ən təmkinli və qapalı insanlar da şəffaflığa meylli olacaqlar. Bu baxımdan, istənilən formada ünsiyyət, birgə əyləncə və istirahət üçün əlverişli gündür. Həyat potensialı artacaq. Musiqi və rəssamlıqla məşğul olmaq ruhi tarazlığa nail olmağa yardım edə bilər.
Buğa - Həyat potensialı yüksək səviyyədədir. Enerjiniz çox olsa da, onu layiqincə sərf edəcəyiniz yeri tapmaq asan deyil. Gün aktiv istirahət, təmiz havada idmanla məşğul olmaq, səs-küylü əyləncələr üçün münasibdir. Qeyri-formal şəraitdə ünsiyyət üçün pis gün deyil. Yeni tanışlarla yola getmək asandır, nəinki yaxınlarınızla.
Əkizlər - Bəxtiniz gətirib, gününüz çox yaxşı keçəcək. Yeni vəzifələrin öhdəsindən uğurla gələcəksiniz. Biliyiniz çatmadığı yerdə intuisiyanızı işə salırsınız və bu, işə yarayacaq. Tamamilə yeni işə başlamaq kifayətdir ki, dərhal kömək etməyə, məsləhət verməyə hazır olan insanlar ortaya çıxsınlar. Tanışlıqlar və istənilən xarakterli münasibətlərə başlamaq üçün əla gündür. Əgər həyatınızda dəyişiklik istəyirsinizsə, evdə oturmayın. Sizdə güclü hisslər oyadacaq insanla qarşılaşmaq şansınız var.
Xərçəng - Üç uğursuz günün sonuncusudur. Kardinal dəyişiklər çox uzaqda deyil. Lakin hadisələri tələsdirməyin, səbrlə gözləyin. Bugünkü başlanğıclar problemlə müşayiət olunacaq. Ona görə də həqiqətən vacib hesab etdiyiniz işləri təxirə salın.
Həyat enerjisi ehtiyatı böyük deyil, tez yorulacaqsınız. Ona görə də bu günə yorucu işlər təyin etmək, idmanla, fiziki işlə məşğul olmaq məsləhət deyil. Səhər saatlarında əhval-ruhiyyəniz yüksək olmayacaq. Axşama doğru isə özünüzü daha yaxşı hiss etməyə başlayacaqsınız.
Şir - Gün sizə pis sürprizlər gətirəcək. Çətinliklərdən qorxmasanız da, çətin ki, mənfi emosiyalardan yayına biləsiniz. Yaxınlarınızla qarşılıqlı anlaşma çox çətin olacaq. Səbəbinin nə sizə, nə də ətrafdakılara aydın olmadığı qarşıdurmalar mümkündür. Ciddi xərclər (o cümlədən, planlaşdırılmamış) mümkündür. Pulla vidalaşmaq xoş deyil. Lakin sonradan başa düşəcəksiniz ki, onları hədər yerə xərcləməmisiniz. Həyat potensialı aşağıdır. Səhhətinizlə bağlı problem yaranması ehtimalı var. Odur ki, özünüzü qorumalısınız.
Qız - Yaxınlarınızdan pis sürpriz gələcək. Sən demə, sizin uzun müddətdir fikrinizdə tutduğunuz və böyük ümidlər bəslədiyiniz planlar onların ürəyincə deyil. Bəzi Qızlar bu günə nəzərdə tutulan səfərlərdən və digər əyləncələrdən imtina etməli olacaqlar. Maddi itkilər də istisna deyil.
Tərəzi - Fürsət gözləmək və hərəkətsiz dayanmaq lazım gələcək. Bu, sizə əzab versə də, bununla barışmalı olacaqsınız. İşgüzar aktivliyin aşağı olması bu gün sizin üçün vacib işləri həll edilməmiş qoyacaq. Bu, ciddi əsəbilik yaradacaq, əhvalınız korlanacaq.
Əqrəb - Bekarlığa meyllilik şəxsi həyata da təsir edəcək. Bu günə təyin olunmuş görüşlər boş səbəblər üzündən təxirə salınacaq, təşəbbüslər isə soyuq qarşılanacaq. Əvəzində axınla getmək və bekarlıqdan həzz almaq olar.
Oxatan - Çətin ki, bu gün məhsuldar işləyə biləsiniz. Danışıqlarda da uğura bel bağlamağa dəyməz. İşgüzar aktivliyiniz aşağı olacaq. Hətta kimsə özündə bir balaca əmək entuziazmı tapsa belə, təkbaşına hünər göstərməli olacaq. Bu isə uğur şanslarını əhəmiyyətli dərəcədə azaldır. Enerjili həmfikir tapmaq ehtimalı isə yox dərəcəsindədir.
Oğlaq - Ulduzlar hələ də sizin tərəfinizdədirlər. Dünən çatdıra bilmədiyiniz işləri bu gün müvəffəqiyyətlə başa vura bilərsiniz. Bundan başqa, gün işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün münasibdir. Siz hər şeydə haqlı olduğunuza istənilən həmsöhbətinizi inandırmağa qadirsiniz. Hətta ən inadcıl opponent də bu gün fikrinizi dinləyəcək.
Dolça - Sizə tamamilə aydındır ki, nəsə faydalı və vacib işlə məşğul olmaq lazımdır. Lakin o da aydındır ki, bunu heç istəmirsiniz. Ancaq ulduzlar bütün problemləri şəxsən həll etməyi, icraçı axtarmamağı tövsiyə edir. Güvənməyə öyrəşdiyiniz adamlar bütün məsələlərdə sizi pis vəziyyətdə qoya bilərlər.
Balıqlar - Deyəsən, bu gün heç kim əməlli-başlı işləmir. Ona görə də nə qədər möhtəşəm və gözəl planınız olsa da, müttəfiqləri yalnız Buğalar, Qızlar və Oğlaqlar arasında axtarmaq lazım gələcək. Digər bürclərin nümayəndələri ilə danışıqlar hədər vaxt itkisidir. Yaxşı işin mükafatı əla istirahət olacaq. Bu gün ürəkdən əylənə və şənlənə bilərsiniz. Bunun üçün yoldaş tapmaqda çətinlik çəkməyəcəksiniz. Səfərlər və ekskursiyalar üçün əla gündür
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda məktəblərdə bufetlər necə işləyəcək?
O, mənə xəyanət edir!
Azərbaycanda uşaqların daha çox qana ehtiyac duyduğu rayonların adı açıqlandı
Beren Saat sərxoş halda görüntüləndi-FOTO
Astmalı xəstələr üçün məsləhətlər
Milyarderlərin hesabını ələ keçirib 200 min qazandılar
Bu gözəl xanım qəhrəman seçildi
Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?
Timoşenko koronavirusa qalib gəldi
Günün qoroskopu: dözümlü və səbrli olun
Bakı metrosunda pulsuz internet?
Dünya futbolunun yeni 16 yaşlı ulduzu
Sarkisyan Ərdoğanın dəvətini “nəzakətlə” rədd etdi
İrem Dericidən qəribə açıqlama
Ermənistan Firuz Fərəcovu erməni İnciqulyanla dəyişmək istəyir
Gözəl göz makiyajları
18 oktyabr Milli Müstəqillik günüdür!
Günün ulduz falı
iPhone-da yeni oyun: əsas alət çexoldur
Min bir dərdin dərmanı
Azərbaycanlı idmançı Belarusda "Ümid kuboku" beynəlxalq turnirində rekorda imza atıb
At quyruğuna qonmuş kəpənək fotoqrafı
“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEO
Gəncə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçildi
Facebook pullu ola bilər
Hadisənin geyimi sevənlərini heyrətləndirdi-FOTO
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
HAVA necə olacaq? 25 MAY
Ev dekorasiyasında yol verilən 4 xəta
Termit yuvaları
TQDK "2" alanların sayını açıqladı
Uşaqlarda otit xəstəliyi
Məşhur aktyorun davranışı haqqında araşdırma başladı-SƏBƏB
Kirayə mənzillərə müraciət başladı
Ebru Şallının toyu oldu-FOTO
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Gülben Ergen haqqında ŞOK məlumat
Şüşədə buzlu naxışlar
Kişilərin göz qırpmadan dediyi 15 yalan (2)
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
6000 illik möcüzə bitki qurd üzümü
Millimizin utanc siyahısı
"Bermud üçbucağı"nın sirri tapıldı-inanılmaz FAKT
Vətən həsrətinin simvolu Xarı bülbül: İndi hər kəs onu sinəsində gəzdirmək istəyir - VİDEO
Türkiyənin ən yaraşıqlı kişiləri bunlardır
İmmuniteti möhkəmləndirməyin əsas qaydaları
Azərbaycanda hava kəskin dəyişəcək
Ölümə qarşı döyüşən Azərbaycan alimləri
Ad günü keksi
Günün ulduz falı - 28.08.2013















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]