Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19 may 17:41Feride Mənde beyenmisdim amma gozu sismisdi yorgundu
40446

İngiltərənin məşhur tarixi abidəsində türk izləri – FOTO

İngiltərənin məşhur tarixi abidəsində türk izləri – FOTO


İngiltərənin ən məşhur tarixi abidəsi olan Staunhencin Anadoludan köçənlər tərəfindən yaradıldığı müəyyən edilib.

Qadin.Net teleqraf-a  istinadla xəbər verir ki, tədqiqatçılar İngiltərədə Neolit dövründən qalan insan qalıqlarından əldə edilən DNT-ni Avropada o vaxt yaşayanların DNT-si ilə qarşılaşdırıblar.

Araşdırma göstərib ki, İngiltərədəki insanlar buraya Anadoludan gəliblər.

Anadoludan başlayan böyük köç dalğası zamanı bir qrup insan Orta Avropaya yönəlib, bir qrup isə Aralıq dənizi boyunca gedərək İspaniya və Portuqaliya ərazisinə yerləşiblər. O dövrdə ovçuluqla məşğul olan tayfaların yaşadığı Avropaya əkinçiliyi gətirən anadolulular buradan İngiltərəyə keçiblər.

Həmçinin İngiltərədəki yerli tayfaların əsmər və mavi gözlü, Anadoludan köç edənlərin isə daha açıq dərili və qəhvəyi gözlü, qara saçlı olduğu müəyyən edilib.

Neolit dövrünün köç edən tayfaları əkinçilikdən başqa böyük daşlardan abidə yaratma adətini də İngiltərəyə gətiriblər. Londonun 130 kilometrliyində yaradılan Staunhenc də bunun bir parçasıdır

Səslərin sayı: 0
0
47
Loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )