Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirmişdir.
Cabbarlının yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. 1916-cı ildə qələmə aldığı "Nəsrəddin şah" C.Cabbarlının ilk tarixi pyesidir.
Cəfər Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair "Ulduz və ya Trablis müharibəsi" və "Ədirnə fəthi" pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür.
Cəfər Cabbarlı "Trablis müharibəsi" tarixi faciəsi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur. Yazıçının "Bakı müharibəsi" əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı.
C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi "Aydın" (1919) və "Oqtay Eloğlu" (1921) pyesləri olub. 1923-cü ildən başlayaraq C.Cabbarlı "Qız qalası" adlı əfsanəvi poemasını "Maarif və Mədəniyyət" jurnalında dərc etdirmişdir. "Qız qalası" 1922-1923-cü illərdə yazılmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini yazmışdır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə "Sevil"in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.
C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə başlayıb. 1931-ci ildə C.Cabbarlı "1905-ci ildə" pyesini tamamlayıb teatra vermişdir. Əsər xalqlar dostluğundan bəhs edir.
Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də, səhər saat 4-də vəfat edib.
XƏBƏR LENTİ
Dünyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü
Azərbaycan tarixi kitabı erməni bayrağı rəngində
Fərqli spaqettili maffinlər (foto resept)
Günün qoroskopu: bəzi məsələlərin çözümünü ertələmək olar
HAVA necə olacaq?-22 İyul
Miqrantlar rus ordusunda xidmət edəcək
Dünyanın ən hündür tonqalı - FOTO
Azərbaycanlı körpəni erməni gülləsindən möcüzə qurtardı
Hərəkətsiz qalmayın
Valideynlərin diqqətinə!
Qatillərin ən çox hansı bürcdən çıxdığı açıqlandı (2)
Mərcimək şorbası (foto resept) və video anlatım
Lady Qaqa
Qızardılmış balıq küftəsi (foto resept)
ÜST-dən qorxunc COVID-19 statistikası: Dünya üzrə yeni rekord
Kenan da Bereni sildi
İnsanı çürüdən xəstəlik
Ən gülməli heyvanlar
Facebook-a qarşı təhqiqat başlanıldı
“Qartal” ləqəbli cəngavərimiz: Onun adı gələndə düşmənin canına qorxu düşürdü - VİDEO
"Bir nömrəli məsələ Yanukoviçin istefasıdır, başkəsənlər və diktatorlarla kompromis olmaz"
Doğuşdan sonra qadın sağlamlığı
47 mindən çox şagird buraxılış imtahanı verəcək
Hava XƏBƏRDARLIĞI
Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq
Sadəcə mütəxəssislərin bildiyi təmizlik hiylələri
İyun, İyul aylarının qalibləri!
Nur Yerlitaş bu müğənniləri həyatından sildi!-SƏBƏB
Karantin cərimələrini ödəməyənləri nə gözləyir?
Sabah bu ərazilərdə SU OLMAYACAQ!
Hava necə olacaq?!
Ayaqqabılar
Dünya mətbəxi - Yunanıstan
Bir sıra ölkələrdəki ermənilər döyüşmək üçün Dağlıq Qarabağa gəlib
Bu mahnı insanı ölümdən xilas edir - VİDEO
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Günün qoroskopu:Səbrli olun!
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dünyanın ən məşhur brauzeri
Dizaynlı isitmə sistemləri
Azərbaycanda qadın alimlərin sayı artır
Gələcəkdə ən çox tələb olunacaq peşələr
Yürüyüş zamanı meditasiyanın faydaları
Azərbaycanda varlı balalarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır
Məşhur cütlük Ayrıldı-FOTO
Nar salatı (foto resept)
Acun Baba olur-FOTO
Dünyanın ən bahalı gəlinliyi
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR