Bakıda hava 23°
USD 1.7000 AZN
EUR 1.9960 AZN
11:01Sima salam necesiz
39209

HAVA necə olacaq?

HAVA necə olacaq?


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Böyük və Kiçik Qafqazda sentyabrın 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilsə də, sentyabrın 16-da gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara bölgəsində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.Paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi sentyabrın 16-da mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Səslərin sayı: 0
0
49
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )