Bakıda hava 30°
USD 1.7000 AZN
EUR 1.9874 AZN

Akrobatlar eniş edən təyyarəyə təhlükə yaratdılar -FOTO

Akrobatlar eniş edən təyyarəyə təhlükə yaratdılar -FOTO


Ukraynalı akrobatlar Karib dənizindəki Maarten-Martin adasında təyyarənin enişi zamanı çimərlikdə etdikləri akrobatik hərəkətləri ilə diqqəti çəkib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, təyyarənin enişi zamanı Yuliya Nos adlı xanım həmkarı Oleq Kolisniçkonun başı üzərində tək əllə mil dayanıb.

Bu zaman eniş edən təyyarə ilə akrobat qadın arasında bir neçə metr məsafə olub. Bununla ukraynalı idmançılar həm özləri, həm ətrafdakı, həm də təyyarədəki insanlar üçün təhlükə yaradıb.

Oleq Kolisniçko bu təhlükəli anın fotosunu sosial şəbəkələrdə yayıb. Sosial şəbəkə istifadəçilərdən biri isə idmançılara məsləhət görüb ki, sadəcə özlərini deyil, digər insanların da həyatını təhlükəyə atdıqlarının fərqində olmalıdır.

Akrobatlar eniş edən təyyarəyə təhlükə yaratdılar -FOTO


Səslərin sayı: 0
0
38
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )