Bu yaxınlarda 70 yaşını geridə qoyan futbolçu İbrahim Cəmilov ilə Bərdənin idman meydançasında görüşürük. Söhbətə başlar-başlamaz onu qiymətləndirib ad gününü qeyd edən dostlarına, idmansevərlərə təşəkkürünü bildirir. İbrahim dayı futbol meydançasındakı uşaqlarla məşq edə-edə söhbətimizi davam etdiririk.
Qeyd edək ki, İbrahim dayı Bərdə şəhər Uşaq İdman Məktəbinin məşqçisi Şakir Məhərrəmovun uşaqların hazırlığı üçün ayırdığı günlərdə müntəzəm olaraq onlara qoşulur. Ömrünün bu çağında belə, aşıb-daşan futbol həvəsi uşaqlara xoş təsir bağışlayır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, İbrahim dayıya, yaşından asılı olmayaraq, hamı "Petka" deyir. Balaca uşaqlar da onu belə çağırır. Burda o, hamı ilə yaşıd, tay-tuşdur sanki. Onu Petka deyə çağıran hər kəsə hay verir. Ola bilsin ki, yaşının bu çağında belə gümrah, cavan olmağının səbəblərindən biri də elə səmimi, sadə insan olmasıdır. Söhbətimiz əsnasında öyrənirik ki, balaca olanda Çapayevin kinosuna baxan ailə üzvləri ona Petka ayamasını veriblər. Elə o vaxtdan da hamı ona belə müraciət edib və zamanla bu ad İbrahim dayıya doğmalaşıb.
Məşq bitəndən sonra həmsöhbətimiz bizə futbola necə gəldiyindən danışır: "Lap uşaq yaşlarımdan futbol oynayıram. Onda idman məktəbi yox idi deyə sinif yoldaşlarımla oynayırdım. Rəhmətlik Tofiq müəllim 16 yaşımda məni Bərdənin məhsul komandasına dəvət elədi. 2-3 il orda oynadım. Günlərin birində Bərdəyə "Araz- Naxçıvan" klubu gəlmişdi. O vaxt SSRİ birinciliyində oynayırdılar deyə təzə heyət yığırdılar. Rəhmətlik Tofiq Axundov Bonişevski, Markarovla bir dövrdə Neftçidə oynamışdı, oyunumu bəyəndi və məni komandaya daxil elədi".
İbrahim dayının təmsil olunduğu komandalar dəfələrlə SSRİ birinciliyi kubokunda iştirak edib: "Hərbi xidmətdə olarkən də futbolu davam etdirdim. Həmin vaxtlarda üzvü olduğum Sabirabad komandası Respublika Məhsul Cəmiyyətinin çempionu oldu. Əsgərlikdən gələndən sonra idman məktəbində işə qəbul olundum. Bundan sonra futbolda nailiyyətlərimiz davam etdi. Bərdənin "Məhsul" Cəmiyyəti respublika çempionluğunu qazandı. 1973-cü ildə Respublika Yığma "Məhsul" Cəmiyyəti adından Quba komandasının tərkibində SSRİ birinciliyində oynadıq".
Həmsöhbətimiz Bərdə komandasının iştirakı ilə əldə etdiyi qələbəni oyunlarının zirvəsi hesab edir: "Təmsil etdiyim bütün qələbələrdən daha çox doğma Bərdə komandamın qələbəsinə sevinmişəm. Ən yaddaqalan oyun da elə öz komandamızın - Bərdənin Respublika "Məhsul" Cəmiyyətinin çempion olmasıdır. Mənim üçün Bərdənin qələbəsi SSRİ birinciliyində oynamaqdan şərəfli idi".
O, futboldakı uğurlarına görə də Bərdə komandasına minnətdardır: "Məni bu torpaq yetişdirib. Futbolu bərdəli uşaqlarla oynaya-oynaya öyrənmişəm. Böyük futbolu görəndən sonra isə böyük futbolçulardan əsl futbolu öyrəndim".
İbrahim dayının yetirmələrinin də uğurlarına çox sevinir: "Vaqif, Əli, Naib, Namiq SSRİ birinciliyində ikinci yerə çıxdıqlarına görə ustalığa namizədlik adı alıblar. Onlar maneəsiz olaraq idman ustalığına namizəd olublar. Azərbaycanın "Məhsul" Cəmiyyəti SSRİ birinciliyində ikinci yerə çıxıb. Bunlardan böyük fəxr olunası nə ola bilər ki?!"
"Petka" kimi tanınan və sevilən müsahibimiz Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı haqqında fikirlərini də bizimlə bölüşür: "Moskvada baş tutacaq dünya çempionatında kimin birinci, ya ikinci olmasını demək qeyri-mümkündür. Tarixdə gözlənilməz oyunlar çox olub. Fransa öz müstəmləkəsi olan Əlcəzairə uduzub. Futbol mütəxəssisləri təqribi proqnozlar versələr də, oyunlardan qabaq nəticələr barədə fikir söyləmək çətindir. Kimin qalib olacağını oyunlar göstərəcək".
Qocaman futbolçu çempionluğun finalında oynayan komandaların hamısını birinciliyə iddialı hesab edir: "Almanlar stabil komandadır. Braziliya komandasına almanların komandası qədər güvənmirəm. İspaniya güclüdür. Ümumiyyətlə, orda hamı güclüdür. Gücsüz ora gedib çıxa bilmir. Məsələn, gözlənilmədiyi halda futbolun vətəni olan İtaliya futbolçuları oyundan kənarda qaldı".
Müsahibimiz komandaya deyil, gözəl futbol oynayanlara azarkeşlik etdiyini deyir. Ən çox da Messinin oyununu sevir. Hesab edir ki, o, çox təmkinlidir, paxıl deyil, komandanın xeyrinə oynayır.
"Petka" ürək ağrısı ilə Bərdə futbolunun problemlərdən də danışır: "Stadiona baxan, qulluq edən yoxdur. Ot örtüyü yanır, əlacsız qalıb özümüz suvarırıq. Ancaq idman məktəbi gücü nəyə çatırsa, onu edir. İsmayıl, Şakir, Vaqif, Cabbar müəllim burda zülm çəkir. Çalışırıq ki, uşaqlar məşqsiz qalmasın".
İbrahim dayı hər gün stadiona gəlir. Sağlamlığına görə futbola borclu olduğunu, həmçinin "nə qədər, canımda can var, oynayacam" deyir. İndi tək arzusu nəvəsinin də özü kimi futbolçu olmasıdır: "50 yaşında oğlum, 30 yaşında nəvəm var. Nəvələrimdən biri də burada uşaqlarla birgə məşq edir. İstəyirəm ki, qismət olsa, yolumu davam etdirsin".
Sovet dövründə futbolçuların ancaq maaşla dolandığından elə də böyük gəlir əldə edə bilmədiyini vurğulayan İbrahim dayı yaxşı dostlar qazandığına görə də futbola minnətdardır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Quş qripi" qayıdır
Kəs və yapışdır-9
Məşhur aktrisadan gözlənilməz FOTOlar
300-1500 manat maaşı olan iş yerləri açılacaq
Məşhur müğənni İrandan qovuldu-SƏBƏB
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
Yeni heyvan növü yaradıldı-FOTO
Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı
Şokoladlı dondurma banan (foto resept)
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Kosmosa 1 milyard dollar göndərildi
Hava haqqında
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Doğuşdan əvvəl makiyaj edən analar
1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı dəyişdi - FOTO
Anomal istilər nə vaxta kimi davam edəcək?
Meryem Üzerlidən estetik əməliyyat etirafı-FOTO
Məşhurlarin nadir xəstəlikləri
Beren Saat evinə qayıtdı
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
"Südlü" tort - tavada (foto resept)
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Qış şorbası (foto-resept)
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Dünyanın ən etibarlı evi - FOTOLAR
190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-6
Bu şəhərlər Yer üzündən silinəcək
Aleyna Tilki haqqında Cinayət İşi açıldı
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Arxeopteriks
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Məktəblərə şagird qəbulunda əsas PRİORİTETLƏR
Yatmağa kömək edən qidalar
Yararsız əşyaları dəyərləndirək
Bu günün hava proqnozu
Hamiləlik dövrləri (20-31 həftələr)
Bu ilin trend rəngi: Canlı Mərcan
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Asan tort (foto resept)
Şabalıd təmizlənməsi qaydaları
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Sarışın qızlar haqda miflər və həqiqətlər
İnternetin yeni qaydası təsdiqləndi
Obama: İŞİD qruplaşması məhv ediləcək
Bu itlər xərçəng xəstələrini müəyyən edir
İki bacıya bəysiz toy etdilər - FOTO
Suşi (foto resept)