“Son günlər ölkə ərazisinə orta troposferdə bərqərar olmuş cənub və cənub-qərb axınları ilə Şimali Afrikadan nisbətən isti hava kütlələri daxil olur. Yer səthində isə hava şəraitini nisbətən alçaq təzyiq sahəsi təyin edir. Belə bir sinoptik şəraitdə havanın temperaturu iqlim normasından yüksəlir. Son günlər ərzində havanın temperaturu normadan 5-7 dərəcə yüksək olub”.
Qadin.Net Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, temperatur normadan yüksək olsa da, may ayı üçün mütləq maksimum temperatur-rekord göstəriciyə çatmayıb:
“May ayı üçün rekord göstərici 35.5 dərəcədir, bu günlərdə isə maksimum temperatur 30 dərəcə müşahidə edilir. Son illərin may ayı üçün temperatur göstəricilərinə nəzər salsaq, 2013-cü ildə 31.4 dərəcə isti qeydə alınıb, ondan əvvəlki illərdə 30 dərəcə müşahidə edilib. Yəni bu il may ayında müşahidə edilən istilər qeyri-adi hal deyil”.
U.Tağıyevanın sözlərinə görə, son illərin tendensiyası göstərir ki, may ayında havanın orta aylıq temperaturunun normadan yüksək olduğu illərin sayı artıb:
“Son 15 ilin 10 ili ərzində may ayında anomal isti qeydə alınıb. Bəzi illərdə bu fərq iqlim normasından 3.2 dərəcəyədək təşkil edib. Bu da kifayət qədər yüksək göstəricidir. Son 5 il ərzində isə may ayında havanın temperaturu normaya yaxın, nisbətən sərin illərdə normadan 0.9 dərəcə aşağı olub. Bu statistik məlumatların təhlili may ayında istiləşmə baş verdiyini göstərir. Yəni havanın temperaturu normadan yüksək olur”.
İstiləşmənin səbəblərinə gəldikdə U.Tağıyeva bunu bütün dünyanı narahat edən iqlim dəyişmələri ilə əlaqələndirib:
“Bildiyiniz kimi, bu gün iqlim dəyişmələri bütün dünyanı narahat edir. İqlim dəyişmələri ən çox özünü havanın temperaturunun yüksəlməsində göstərir. Ayrı-ayrı regionlar üzrə bu dinamika fərqlidir. Araşdırmalar göstərir ki, Azərbaycanda yay aylarında isti hava dalğalarının sayı artır. May ayına gəldikdə, son 15 il ərzində anomal isti dövrlər üstünlük təşkil edir. Bu, qlobal iqlim dəyişmələrinin regional təzahürləri ilə bağlıdır. Azərbaycanda da bu tendensiya özünü büruzə verir”.
XƏBƏR LENTİ
"Messi ilə rəqabət hər ikimizə motivasiya verir"
Günün ulduz falı
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Riyazi məntiq - 12
Şok qərar: meymunun insan haqları tanındı
Bağırsaq parazitləri və müalicəsi
"Mercedes"dən möhtəşəm yenilik
Van Dam rəqsi ilə gündəm oldu - VİDEO
Uşağın oğlan və ya qız olmasının bəzi əlamətləri
Baxarkən nə görürsən? (Test)
Günün ulduz falı
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Cüneyt Arkın yenidən səhnəyə qayıdır-FOTO
Aktrisa Hamiləlik xəbərləri ilə Gündəmdədir-FOTO
"20 yanvar şəhidləri İslam aləminin şəhidləri kimi tanınmalıdır"
Rahat yatmaq üçün 4 qayda
Bakıda mənzillər kəskin ucuzlaşacaq?
Bəy gəlin evinə ağzında əmzik, iməkləyərək getdi
Hamiləlikdə gözəllik məhsulları zərərlidirmi?
Şamaxı Rəsədxanası: Azərbaycanda maqnit qasırğası hiss olunub və ürək-damar xəstəlikləri olan insanlara təsir edib
Polad Bülbüloğlunun ad günüdür
Bina üzlükləri təcili sökülür
Ahmetlə Sılanı barışdıran mahnı bu imiş
Düşmənin canlı qüvvəsi aviazərbələrlə məhv edilib– VİDEO
Dekorasiyada vintage tərzi
Seda Sayanın oğlu İlk Dəfə Sevgilisi ilə Görüntüləndi-FOTO
Boyunbağı modelləri
Özünü ən sevdiyi məşhura bənzədən 8 insan
Maqnit qasırğası xəbərdarlığı
Dünyanın ən qəribə və mehriban üçlüyü
Bizə xarici həkimlər lazımdırmı?
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək
Gürcüstan-Tbilisi (6)
Ebru Şallının 3 qızıl qaydası
Planetin ən yaşlı insanı vəfat edib
Ölkədə torpaq sürüşmələri aktivləşəcək
Azərbaycan polisi və Daxili Qoşunların bir qrup hərbçisi Şuşada komendant rejimində fəaliyyətini davam etdirir
Natamamlıq effekti
Hər gün bir-birindən fərqli oriqami hazırladı
Ramazanda bədən detoksunu gücləndirməyin yolları
"Neftçi"nin prezidenti istefa verəcək?
Sərdar Ortac boşandığına peşmandır - FOTO
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
“Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya
Boyunbağılar
Ən çox satılan smartfon hansıdır?
"Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib
Avtobuslarla bağlı yeni qadağa
Angelina Jolienin gözəllik sirrləri
- ŞƏRHLƏR