ARB TV-nin "Günə doğru" verilişində sosial şəbəkələr haqda qanunun olması ilə bağlı maraqlı süjet yayımlanıb.
Azərbaycanda sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsi mexanizmi hazırlana bilər. Bu təkliflə ombudsman Elmira Süleymanova çıxış edib.
İnsan Hüquqları üzrə Müvəkklinin fikrincə, insanların şərəf və ləyaqəti alçaldan ifadələri işlədən və sosial şəbəkələrdə bunu tirajlayanlara qarşı xüsusi tədbirlər görülməlidir. Dünyanın bir çox ölkəsində bununla bağlı xüsusi qanunun olduğuna diqqət çəkən ombudsman eynı addımın Azərbaycan üçün də atılmalı olduğu qənaətindədir. Bir müddət öncə parlamentdə Hikmət Məmmədov da oxşar çıxış etmişdi. O, Transmilli şirkətlərin bu işlərə cəlb olmasını təklif etmişdi.
Milli Məclisin deputatı Elmira Axundova Azərbaycanda media kimi sosial şəbəkələrin də azadlığının dövlətin əsas istiqamətlərindən olduğunu deyir. Amma millət vəkili indiki məqamda nəzarət mexanizmini vacib sayır.
Elmira Axundova (Millət vəkili): "Qanunverici təşəbbüslərlə çıxmalıyıq. Mən bilirəm ki, belə təşəbbüslər var. Müəyyən bir mərkəz yaradılmalıdır. Onu dövlət nəzarəti kimi qəbul etməyək. Sivil yolla nəzarət kimi hesab edək".
Ekpertlər, eləcə də, ziyalılar Azərbaycanda informasiya əldə edilməsi üçün bütün şəraitin olduğu halda, sosial şəbəkələrdən fərqli ampluada istifadəni düzgün saymır. Hərçənd elə bu şəbəkələr də kütləvi informasiya vasitələri üçün indiki məqamda əsas mənbələrdən sayılır. Millət vəkili Əflatun Amaşov ombudsamın təqdim etdiyi hesabatda irəli sürülən bu kimi halların dəqiqləşdirilməli olduğunu deyib.
Əflatun Amaşov (Millət vəkili): "İnformasiya əldə etməklə bağlı məsələlərlə əlaqədar ciddi məşğul olunmur. Buna imkan olmur. Hesabatdan da görünür ki, bu məsələ ilə bağlı ombusdmana nə qədər müraciət olunub".
Söhbət istifadəni məhdudlaşdırmadan getmir. Burada əsas məsələ səhifə və profillər vasitəsi ilə söyüş və təhqirlərin qarşısını almaqdan gedir. Hələlik təklif kimi səsləndirilən bu fikirlərin müzakirə olub-olunmayacağı bilinməsə də, gələcəkdə xüsusi mexanizmin hazırlanacağına şərait yaradır.
XƏBƏR LENTİ
Özcan Deniz 8 ildən sonra konsert verəcək!
Yeni il axşamı üçün makiyaj
Ermənilərin arzusu ürəyində qaldı
CHP-dən qalmaqallı Azərbaycan iddiası
Xadimə işləmək üçün universitetdə oxumuşdular?
Kəs və yapışdır-36
At və eşşək ətini mal ətindən ayırmağın 3 YOLU
Qadin.Netin sevimli simaları (1)
Azərbaycan alimləri dünyada ilkə imza atdılar
Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər
Beyonse-un həyatı tədris olunacaq
Kərbəlada azərbaycanlı zəvvar öldü
Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi başa çatıb
İrana gedənlərə xoş xəbər
Təbiətin nəhəngləri
Rusiya öz “iPhone”unu buraxacaq
Qırmızı gözlü yaşıl qurbağa
Nataşa Korolevaya keçmiş ərindən danışdı
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
Bakıda yeni qadağa
Abituriyentlərin diqqətinə: bu gün sondur
Kartof salatı (foto-resept)
Çayxanaya gedənlərə BƏD XƏBƏR
Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Baharın Yeni Trendi: Dəri Şalvarlar
Türkiyə analoqsuz ekskavator buraxdı - Ərdoğan sükan arxasında/Foto/Video
Cəbhədə erməni təxribatı
Közlənmiş bibər salatı (foto resept)
Bakıda velosiped yarışı keçiriləcək
Faydalı yalnızlıq
Dünya möcüzələri
Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"
Kolbasa alarkən nələrə diqqət etməliyik?
İdmançıdan 8 sadə məsləhət: səhəriniz gözəl olsun!
Yuxu pozuntuları
Azərbaycanda bələdiyyə seçkilərinə ayrılan dövlət vəsaiti məlum oldu
"Həmsədr ölkələr, o cümlədən Rusiya "DQR"in tanınması məsələsi ilə bağlı mövqeyini bildirməlidir"
Günün ulduz falı
Yarpaq dolması (foto resept)
Kitab yarmarkasına "start" verildi
“Kurtlar Vadisi”nin aktrisası nişanlandı - FOTO
Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzində
Saçları ilə ailəsinə ev aldı - FOTO
Mayli Sayrus onunla da ayrıldı
Xərçəngin qrip kimi yayılmasının səbəbi
Smartfonlar üçün cib printeri təqdim olundu
Azərbaycanlı gənc Türkiyədə səs yarışmasında QALİB OLDU-VİDEO
Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
Gözəl ayaqqabı modelləri