Svetlana Aleksandrovna Aleksiyeviçin “Müharibə qadın simalı deyil”
“XAN” nəşriyyatının “Ən yeni Nobelçilər” silsiləsində nəşr etdiyi “Müharibə qadın simalı deyil” əsərinin ilk səhifəsində Böyülk Vətən Müharibəsi iştirakçısı Nina Yakoblevnanın belə bir frazası yer alıb:
“Biz hələ həyatın nə demək olduğunu bilmədən həyat uğrunda ölürdük…”
Bəli, onlar müharibəyə yollananda hələ 16 yaşları təzəcə tamam olmuşdu. Hətta müharibə vaxtı boyları da artırdı.
Bu əsərdə vahid süjet xətti yoxdur. Sovet ordusunda sayları milyona yaxın olan, orduda bütün hərbi peşələrə yiyələnən qadınların xatirələri qələmə alınıb. Xatirələr də nə xatirələr, dəhşət dolu! Valentina Çudayevaya görə isə “xatırlamaq dəhşətlidir, amma heç xatırlamamaq daha dəhşətlidir”.
“Qadın müharibəsinin öz rəngləri, öz qoxuları, öz işıqlandırılması var. Öz sözləri var.
Stanislava Volkova üçün müharibə torpaq rəngindədir. Bir sapyor üçün… torpağın qara, gil rəngi…
Əsərin “ilk qeydlərdən…” başlıqlı hissəsində yazıçının öz fikir və hisləri yer alıb. Eyni zamanda, həmin qadınlarla görüşlərdə yaşadığı hislər və bəzi frazalar.
“İnsan müharibədən daha böyükdür.”
Yazıçı xanım qeyd edir ki, “müharibə haqqında deyil, müharibədə olan insan haqqında yazır. Müharibənin deyil, hislərin tarixini qələmə alır.” O, ruhun tarixçisidir.
“İnsan hər şeydən daha çox müharibədə, bir də ola bilsin ki, məhəbbətdə görünə bilir və özünü açır.”
1985-ci ildə qələmə alınan bu əsər 2015-ci ildə “zamanımızda əzab və igidliyin heykəlini yaratdığına görə” yazıçıya Nobel mükafatını qazandırır.
“Hər şey ədəbiyyata çevrilə bilər.”
Svetlana xanım da bir növ araşdırma janrında yazdığı bu əsərini ədəbiyyata çevirə bilir. 17 il sonra 2002-2004-cü illərdə o, öz gündəliyini oxuyur… Bu əsəri yazan zaman necə bir adam olduğunu xatırlamağa çalışır. Senzuranın üzərindən xətt çəkdiyi sətirlərdə belə bir fikir var:
“Mənim bu kitabı oxuyacaq insanlara yazığım gəlir, oxumayacaq insanlara da eləcə…”
Əsər onu oxuyan insanın müharibə haqqındakı düşüncələrinə təsir edə bilirsə, deməli, onu yazanın da düşüncəsinə çoxdan təsir edib.
“Müharibə qadın simalı deyil” kulminasiya nöqtəsinə elə ilk səhifələrdə, yazıçının “Öz seçdiklərimdən” başlıqlı qeydlərində çatır. Sonra gərginlik bir az səngiyir. Müharibədə müxtəlif peşə sahibləri olan xanımlar hadisələri detallı şəkildə anlatmağa çalışırlar. Əsər bir də öz kulminasiyasına sonlarda qovuşur.
“Su və torpaq qırmızı rəngdə.”
“Heç vaxt öz qəlbini tanıya bilmirsən”.
“Əgər hər şeyi dəqiqliklə təsvir etsən, bu müharibə haqqında yazılmış son kitab olacaq”.
Əsərdə mənə maraqlı qalan bir detal oldu. “Mən o gözləri indi də xatırlayıram” başlıqlı Zaida Vasilyevnanın xatirələrində eyniadlı fraza iki almanla qarşılaşmasında qeyd olunur. Bilmədim, başlığa hansı almanla qarşılaşdığı situasiyanın adı verilib. Tanketi vuran almanın, yoxsa çalada qarşılaşdığı almanın?
Müharibənin bitməsini gözləyən hər kəsdən fərqli olaraq Sofya K-viç öz sevgilisindən ayrılmaması üçün müharibənin bitməməsini arzu edirmiş…
Sovet rejiminin özü güclü bir ideoloq idi. Az qala, bütün xanımların fikirlərində “əsas ideyadı” deyə oxuyuruq. Hətta “analıq hissindən daha güclü hiss var, bu ideyaya inam hissidi” deyə vurğulayır xanımlardan biri. Fikirləşəndə insan dəhşətə gəlir. Beyinləri bu cür gözəl yumağı sovet rejimi necə bacarmışdı?
Bir də bu xanımlar üçün ən dəhşətli məqam onların müharibədə gördükləri deyil, müharibədən qayıtdıqdan sonra cəmiyyətdən eşitdikləridi.
Müharibə mövzusunda yazılmış çox kitab oxumuşam. Hərəsinin öz ağırlığı var.
Bu əsəri “oxuyun” demirəm, oxumaq Sizlərin seçimidir, elə oxumamaq da…
Gözəl tərcüməyə görə isə Nərgiz Cabbarlıya xüsusi təşəkkürlər!
İlahə Eldarqızı
XƏBƏR LENTİ
Balıq bazarının mövcud durumu
Ölmədiyini sübut edə bilmədi
Evlilikdə seçim və münasibətlər
Telefonunuzu açıq tutun, polis sizə yazacaq
Kabak qızartması (foto resept)
Banklar dollar kreditlərində bizi necə aldadır?
İnsan üzlü buzov doğuldu-FOTO
Ən kasıb ölkələr açıqlandı
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - RƏSMİ
Günün ulduz falı
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Oğurlanan 6 milyonluq unitaz
Pomidor şorbası (foto resept)
Qocalmağa başlamışıq
Könüllü işləmək istəyənlərin nəzərinə
İdeal bayram süfrəsi
Beyonce və Cey Zi 4 milıyonluq saatla diqqət çəkdilər_FOTO
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Azərbaycan ordusunun Kəlbəcərə daxil olması “Haber Global”da - VİDEO
Məşhur oyunlara qadağa qoyuldu
Kibritdən hazırlanan əşyalar
Neon rəngli çanta və ayaqqabılar
Dünyanın ən bahalı atı-FOTO
Həm düşünək, həm gülək
Məşhur aktyor AÇIQLAMA VERDİ-FOTO
"Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 149 yeni yoluxma - RƏSMİ
Dünyanın ən böyük teleskopu
Yapon qadınlarının arıq olmasının sirri
Qışda artıq çəki probleminin həlli
Bavariya mətbəxindən sobada toyuq (foto resept)
Natavan: "Qürura görə sevgidən vaz keçməyin"
13 yaşlı idmançımız beynəlxalq turnirdə birinci oldu
Azərbaycanda ən çox qar yağan yer açıqlandı
Buraxılış imtahanın keçiriləcəyi şəhər və rayonların adları açıqlandı - SİYAHI
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
İnstagram fenomeni sərvət toplayır-FOTO
“Dərsdən sonra” teleproqramına start verilir
Qocalmağın qarşısını alan pəhriz
Evlərə "kupça"nı necə almaq olar?
Nəqliyyat Nazirliyi sürücülərə çağırış etdi
Məleykə Abbaszadə valideynlərə və abituriyentlərə xəbərdarlıq etdi: ehtiyatlı olun!
Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?
“Fikri oxuyan” qurğu yaradıldı - VİDEO
Qadın paxıllığı
Maraqlı əşyalar və dekorasiyalar
2020-ci ilin sağlamlıq QOROSKOPU
- ŞƏRHLƏR