Dünya tarixində ən böyük almazlardan biri "Gem Diamonds Ltd" kompaniyasının Lesotoda yerləşən "Letseng" mədənində aşkarlanıb.
Qadin.Net Azərtac-a istinadən bildirir ki, xüsusi dərəcədə keyfiyyətli olan qiymətli daşın çəkisi 910 karatdır. Rəngsiz (D şkalası) daş lla tipinə aiddir, yəni onun tərkibində demək olar, azot və ya bor qatışığı yoxdur; dünyada belə almazlar 1 faizdən az hasil olunur. O, böyüklüyünə görə indiyə qədər dünyada aşkar olunan beşinci, Lesotoda isə birinci almazdır.
Tapıntının ardından yanvarın 15-də Londonda keçirilən hərracda "Gem Diamonds Ltd" kompaniyasının aksiyaları 13 faiz bahalaşıb.
"Letseng" mədəni almazlarının keyfiyyətinə və ölçülərinə görə məşhurdur. 2006-cı ildən bəri dünyanın ən iri 20 ağ almazının dördü burada tapılıb. Onların arasında rekord 603 karatlıq "Lesotonun vədi" (Lesotho Promise) almazına məxsusdur. Xüsusi keyfiyyət bu mədənin tapıntılarına ən yüksək orta dəyər təmin edir - 1 karatına görə 2 min dollara qədər. Qeyd edək ki, ötən il 1 karat almazın orta qiyməti 120 dollar olub.
Kompaniya hələlik yeni almaz barədə planlarını bildirmir. "Liberum" broker şirkəti isə "Letseng" rekordçusunu ilkin olaraq 40 milyon dollar həcmində qiymətləndirib. Kanadanın "Lucara Diamond" kompaniyası ötən il çəkisi 1100 karatdan yuxarı olan "Lesedi la Rona" almazını 53 milyon dollara (1 karat üçün 47,8 min dollar) satmışdı. Bir il öncə isə kompaniya daha kiçik - 813 karatlıq daşdan 63 milyon dollar gəlir əldə etmişdi.
Qeyd edək ki, çəkisinə görə dünya rekordçusu 3106 karatlıq "Kullian" almazıdır. O, 1905-ci ildə Cənubi Afrika Respublikasında tapılıb. Almazın dəyəri 2 milyard dollar həcmində qiymətləndirilsə də, hərraclara heç vaxt çıxarılmayıb. Böyük Britaniya kralı VII Eduarda bağışlanan "Kullian" 9 iri və 96 kiçik brilyanta parçalanıb. Hazırda onların ən iriləri Britaniya tacını bəzəyir.
Uzun müddət dünyanın ikinci ən böyük almazı sayılan "Ekselsior" (995,2 karat) 1893-cü ildə müasir CAR-ın ərazisində aşkarlanıb. Hazırda o öz yerini "Lesedi la Rona" almazına buraxaraq üçüncü pilləyə enib. Siyahıda dördüncü yerdə isə çəkisi 969 karat olan "Serra-Leone Ulduzu" qərarlaşıb.
XƏBƏR LENTİ
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
31 Avqust- Qubadlı
Dərmanların qiyməti ilə bağlı müjdə
Qızıl medallı Stadnik: Mən azərbaycanlıyam
Albalı (gilənar) mürəbbəsi (foto resept)
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı
Dəbli çəkmələr
Dünya qocalara qalacaq
Robin Ulliamsın oğlu evləndi-FOTO
Türkiyədə Ebola virusuna yoluxma halları ilə bağlı 45 xəstəxana ayrılıb
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Sosyopatı necə tanımalı? (2)
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İkimərtəbəli qatarların iyunun 5-nə kimi istismarı nəzərdə tutulur
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Marshmallovlu tart (foto resept)
Beyin üçün ən zərərli 3 qida
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Dovşan ətini yemək olarmı?
Rus Dili dərs-3
Məşqlər və miflər: kimə nə olmaz?
Arda Turan evləndi -FOTO
Muradla Aslı Yeni İli Barselonada qarşılayacaq-FOTO
Tarkan qızının adını açıqladı-FOTO
"Alatoran"ın məşhur ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Erməni mediası: "Yaralıar yollarda keçinir, dərman çatışmır"
Oskar mərasimindən ən yadda qalan geyimlər
Obama Putinlə məzələndi
Baş epidemioloqdan qrip açıqlaması
Rusiya XİN-dən Qarabağda sülhməramlılarının sayının artırılması məsələsi ilə bağlı AÇIQLAMA
Avtobuslar 24 saat işləyə bilər
Çində ilk dəfə...
62 yaşlı beş uşaq anası cəlbediciliyinin sirlərini açdı - FOTO
Öskürəyə qarşı müalicələr
Bergüzar Korel də etiraz səsini ucaltdı
63 dəfə küsüb barışdılar - FİLM
Dəri gözəlliyi üçün 6 qida
Dadlı və ətirli piroq (foto resept)
Hava haqqında - 30.11.2013
Bu rayonlarda işləyən müəllimlərin MAAŞLARI ARTACAQ
Sumqayıtda köhnə işıqfor qalmayacaq
2015-in bizdən aldığı məşhurlar
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Yeni ana olanlar üçün gözəllik tövsiyələri
Dünyanın ən hündür tonqalı - FOTO
Almaniyada toqquşma
İshal təhlükəli ola bilər