Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0949 AZN

Kişilərin bədən dili nə deyir?

Mütəxəssislər bildirir ki, kişiləri yaxşı müşahidə etməklə onların düşüncələrini oxumaq mümkündür. Tərəf müqabilinizin düşüncələrini anlamaq üçün sadəcə olaraq bəzi məqamlara diqqət yetirməniz kifayətdir. 


Yalan söyləyir 

Kişilərin bədən dili nə deyir?


Burun və ya qulaqları oynayar. Bir kişi yalan söyləyərkən ifşa olunmaqdan qorxduğu üçün ürək döyüntüsü artır və burun, qulaq, alnında qan sürətlə dövr etməyə başlayır. Bu isə titrəyişə səbəb olur.

 

Bu zaman ona doğrunu dedirtmək üçün dost maskanızı taxın. Sonra da günahlandırıcı rəftardan çox, maraqlı görünürmüş kimi suallarınızı ünvanlayın. Sanki əhəmiyyətsiz görünürmüş kimi davranın, əgər onu kifayət qədər dinləyəcək qədər səbrli olsanız, fikirləri dolaşacaq və doğrunu sizə söyləyəcək.
 
Kişilər niyə aldadılır və aldadır?

Kişilərin bədən dili nə deyir?


Kişilər nəsə etiraf etmək istəyir, üstəlik, bu, yaxşı bir şey deyil. Bu zaman dodaqları gərginləşir. Bir kişi bir şey söyləməkdən çəkindikdə ağzı gərilir və pis xəbəri vermək mövzusunda qərarsız olduğu üçün dodaqlarını bir-birinə sürtür. Kişilərin çoxu qadınların anlamayacağından qorxduğu üçün hər zaman nəyisə gizlədir.

 

Bu zaman suallarınızı səmimi verin, bu, kişilərin etiraf etmələri üçün ab-havanı yumşaldır. "Gərgin görünürsən. Mənə söyləmək istədiyin bir şey var?" - deyə soruşun. Nə olursa olsun, sakit görünməyə çalışın. Bir kişinin danışarkən sizin verəcəyiniz reaksiyaya görə söyləyəcəklərini dəyişdirməməsi üçün neytral ifadəyə köklənin.
 
Eqosu yaralanmış 

Kişilərin bədən dili nə deyir?


Bu cür kişilər biləklərindən birini tutur. Saatını düzəldir kimi görünə bilər, amma bu, özünü etibarsız hiss etdiyinə bir işarədir. Özünü qorumağa çalışır, qollarına bədəninə qalxan edirmiş kimi davrandığına fikir verin.

 

Bu zaman nəzərə alın ki, kişilər özlərini super qəhrəman kimi hiss etməyi sevir. Müdiri tərəfindən danlandığı və ya sizdən pis bir davranış gördüyü üçün özünə inamı sarsılır. Duyğuları zədələndikdə, yaxud müəyyən bir problemi həll etməyə çalışarkən kişilər özlərini gücsüz hiss edir. Mövzu haqqında düşünməsi və ya nəzarəti geri qazanması üçün ona bir az  zaman verin.
 
Əlaqəniz haqqında qərarsızdır 

Kişilərin bədən dili nə deyir?


Bu cür kişilərin əlləri davamlı məşğul görünür. Yaxınlaşmaqdan çəkinir və əllərini məşğul etməklə sizə toxunmaqdan qaçır. Qərarını verənə qədər fiziki məsafə yaratmaq, ümumiyyətlə, kişilərin duyğularını götür-qoy etmələri üçün istifadə etdikləri davranış formasıdır. Bu zaman onun üzərinə gedin. "Bir-birimizə qarşı açıq olmağı sevirəm, amma mənə söyləmədiyin bir şey olduğunu hiss edirəm", - deyin. Əgər əvvəldən özünü müdafiəyə başlasa, "hər nədirsə mən öhdəsindən gələ bilərəm", - söyləyin. Söylədiklərinin sizi əsəbləşdirməyəcəyinə əmin olduqda, özünü ifadə etməkdən çəkinməyəcək və doğrunu danışmağa başlayacaq.

 

Milli.Az

Səslərin sayı: 1
1
539
loading...
Şərhlər
Offline
Iceberg
Mövzu haqqında düşünməsi və ya nəzarəti geri qazanması üçün ona bir az zaman verin.
9 dekabr 2017 11:47
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • Heyran olacağınız rəsmlər

    Hər biri gözəldir. Sadəcə nə ilə çəkdiyi bəlli olmur. Qəzetdir, ya kitab vərəqləri üstünə
  • 17:45 - Müəllif: Surayye
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Siz de Xeyale xanim da duz deyirsiz. Nene yeqin usagi bu qeder ezizleyib deye saglam usagi da xeste gorur
  • 17:42 - Müəllif: Surayye
    Yeni trend: Saç sırğaları (1)

    Yeni trend: Saç sırğaları

    Günde bir sey cixardirlar. Neye lazimdi axi
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Xanim sizin problemin helli burdadi http://qadin.net/index.php?newsid=84394
  • 17:37 - Müəllif: Surayye
    Bulimiya nədir? (3)

    Bulimiya nədir?

    Etirafdaki qizin problemidi baxxx
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Hər kəs tərəfindən eyni səviyyədə qəbul edilə bilmərik. Mütləq kimsə varlığımızdan xoşlanmayacaq. Ancaq əsəbləşməyinizlə mübarizə aparın. Qida yox, siz özünüz-özünüzü sakitləşdirirsiniz. Qida qəbul etsəniz də, etməsəniz də əsəbiniz yatacaq, beyniniz soyuyacaq. Əsəbləşəndə daxili səsinizi dinləyin. Əsəbləşməklə heç nəyi həll edə bilməyəcəyinizi bilin. Həlli olmayan problem yoxdur.
  • 17:30 - Müəllif: Xəyalə Murad
    Göz daşı nədir? (1)

    Göz daşı nədir?

    Göz həssas olur. Həkimsiz nəsə etmək düzgün olmaz. Məlumatlandırıcı xəbər üçün təşəkkür edirəm, Luna
  • "Kor Bayquş" Sadiq Hidayət

    Türkcə mütaliə etmədiyimdən gərək ya tərcüməsini gözləyim, ya da rusca nəşrini
  • 17:27 - Müəllif: Xəyalə Murad
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Hər şeyin çoxu zərər verir. Hətta sevginin də. Hər zaman sözünü gərək təklikdə deyəsən, izah edəsən. Yeniyetmə çağında uşaqlar həssas olurlar. Qəlbləri həddindən artıq tez qırılır.
  • Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO

    Hansi agilla edir bunu
Maraqlıdır