Nazirlər Kabinetinin qərarı ilə "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı"nda edilmiş dəyişikliklər ictimaiyyətdə bəzi suallar doğurub.
Milli.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Müəllif Hüquqları Agentliyindən "Yeni Müsavat"a açıqlama verilib.
Açıqlamada bildirilir ki, şadlıq evlərində, restoran və kafelərdə musiqili əsərlərin istifadəsinə görə müəlliflərə qonorar ödənilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərarın tətbiqi bir yenilik deyil. Bu qanun 20 ildir mövcuddur, sadəcə olaraq "Müəllif və əlaqəli hüquqlar haqqında" Qanunun həyata keçirilməsini nəzərdə tutan bu akt 20 il keçdikdən sonra müasirləşdirilib.
"Dünya praktikasına nəzər saldıqda görürük ki, əqli mülkiyyət və maddi mülkiyyət sahiblərinin qarşılıqlı münasibətlərini tənzimləyən qanunlar uğurla tətbiq olunur. Yəni hər kəsə bəllidir ki, şadlıq saraylarında, restoranlarda ifa olunan keyfiyyətli musiqi marketinq komponentinin vacib tərkib hissəsidir. Başqa sözlə desək, şadlıq saraylarında və restoranlarda səslənən əsərlər daha çox müştəri cəlb etməklə, məhz maddi mülkiyyət sahiblərinin qazancını artıran bir amildir. Bu bir növ sahibkarın əldə etdiyi qazancın çox cüzi bir hissəsinin istifadə olunan əsər müəllifləri ilə bölüşməsi anlamına da gəlir".
Qeyd olunub ki, müəllif qonorarı ilə bağlı məbləğ cüzidir: "Qərara əsasən əsərlərin istifadəsinə görə restoranlarda, kafelərdə, barlarda və digər ictimai yerlərdə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odənilməlidir. Toy mərasimləri keçirən obyektlərə gəlincə hər tədbir üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir".
Qurumdan həmçinin bildirilib ki, qonorarı müəlliflərə müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir:
"Sözügedən qonorar ödənişinin müğənnilərə heç bir aidiyyətı yoxdu, qonorarı müəlliflərə əsərləri kommersiya məqsədi ilə istifadə edən şadlıq sarayı və restoran sahibləri ödəməlidir və bu çox ədalətli bir prinsipdir".
Qurum qonorarların ödəmə qaydasına da aydınlıq gətirib: "Bu mexanizm çox sadədir və dünya praktikasına istinadən yeni deyil. Restoran və ya şadlıq sarayının sahibləri tədbir bitdikdən sonra ifa edilmiş əsərlərin siyahısını qonorar yığımını həyata keçirən yerli ictimai təşkilata göndərir. Həmçinin qonorar məbləği də eyni təşkilatın hesabına köçürülür. Qonorar yığımını həyata keçirən həmin ictimai təşkilat təqdim edilmiş siyahıya uyğun olaraq qonorarları müəlliflər arasında bölüşdürür. Bir vacib məsələdə ondan ibarətdir ki, qonorar ödənildiyi halda söhbət milli və xarici əsərlər arasındakı ayrı seçkilikdən getmir. Qaydalar bütün əsərlərə aiddir, çünki qonorar yığan ictimai təşkilat adətən Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Beynəlxalq (CISAC) qurumun üzvüdür və qayda bütün üzvlərə şamil edilir".
O da vurğulanıb ki, xalq mahnılarına görə qonorar nəzərdə tutulmayıb.
XƏBƏR LENTİ
Dünyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü
Azərbaycan tarixi kitabı erməni bayrağı rəngində
Fərqli spaqettili maffinlər (foto resept)
Günün qoroskopu: bəzi məsələlərin çözümünü ertələmək olar
HAVA necə olacaq?-22 İyul
Miqrantlar rus ordusunda xidmət edəcək
Dünyanın ən hündür tonqalı - FOTO
Azərbaycanlı körpəni erməni gülləsindən möcüzə qurtardı
Hərəkətsiz qalmayın
Valideynlərin diqqətinə!
Qatillərin ən çox hansı bürcdən çıxdığı açıqlandı (2)
Mərcimək şorbası (foto resept) və video anlatım
Lady Qaqa
Qızardılmış balıq küftəsi (foto resept)
ÜST-dən qorxunc COVID-19 statistikası: Dünya üzrə yeni rekord
Kenan da Bereni sildi
İnsanı çürüdən xəstəlik
Ən gülməli heyvanlar
Facebook-a qarşı təhqiqat başlanıldı
“Qartal” ləqəbli cəngavərimiz: Onun adı gələndə düşmənin canına qorxu düşürdü - VİDEO
"Bir nömrəli məsələ Yanukoviçin istefasıdır, başkəsənlər və diktatorlarla kompromis olmaz"
Doğuşdan sonra qadın sağlamlığı
47 mindən çox şagird buraxılış imtahanı verəcək
Hava XƏBƏRDARLIĞI
Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq
Sadəcə mütəxəssislərin bildiyi təmizlik hiylələri
İyun, İyul aylarının qalibləri!
Nur Yerlitaş bu müğənniləri həyatından sildi!-SƏBƏB
Karantin cərimələrini ödəməyənləri nə gözləyir?
Sabah bu ərazilərdə SU OLMAYACAQ!
Hava necə olacaq?!
Ayaqqabılar
Dünya mətbəxi - Yunanıstan
Bir sıra ölkələrdəki ermənilər döyüşmək üçün Dağlıq Qarabağa gəlib
Bu mahnı insanı ölümdən xilas edir - VİDEO
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Günün qoroskopu:Səbrli olun!
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dünyanın ən məşhur brauzeri
Dizaynlı isitmə sistemləri
Azərbaycanda qadın alimlərin sayı artır
Gələcəkdə ən çox tələb olunacaq peşələr
Yürüyüş zamanı meditasiyanın faydaları
Azərbaycanda varlı balalarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır
Məşhur cütlük Ayrıldı-FOTO
Nar salatı (foto resept)
Acun Baba olur-FOTO
Dünyanın ən bahalı gəlinliyi
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA