Əkrəm Əylislinin “Daş yuxular” əsərinin səs-küyü yarandığı gündən diqqətimi çəkib. Nədənsə həmişə yazıçıya qarşı haqsızlıq olduğunu düşünmüşəm. Yaradıcı insan öz dünyasında müstəqil olmalıdır. Romanı oxumamışdan əvvəl gedən söz-söhbətə baxaraq özüm üçün mövqe təyin etmişdim, İlk səhifədə Lev Anninskinin ressenziyası var idi
Axı görəsən bu qoca nə yazıb ki, belə “daş-qalaq” olundu? Uzaq başı sülh tərəfdarı olub, uzaq başı “gəlin barışaq” deyib - düşüncəsi ilə kitabı oxumağa başladım.
Romanı başladıqdan sonra yenidən həmin ressenziyaya qayıtdım və təəccüb etdim: bu fikirlər hansı roman haqqında yazılıb?
Axı burda sevgi, sülh toxumları yoxdur. Burda yenə nifrət var. Sadəcə fərq ondadır ki, bizim yazıçı ünvanları dəyiş-düyüş edib. Tutaq ki, erməni azərbaycanlını döydü, əzdi, öldürdü əvəzinə olub azərbaycanlı ermenini döydü, əzdi, öldürdü. Daha bunun nəyi sülh oldu? Sen yenə nifrət toxumu səpirsən. Hansı ağilla Nobelə ümid edirdin?
139 səhifəlik əsər əslində 2-3 saatlıq vaxt tələb edir amma, bu vaxt 5-6 saat oldu. Çünki oxuduqca, hər kəlmə, hər cümlə insanda bir şeylər demək ehtiyacı hiss etdirdi.
“İndiki zaman belә
zamandır. İstәsәn eyvandan gündә yüz ermәni tullaya
bilәrsәn. Fәrq etmәz, lap müsәlman at, bir kimsә gözün
üstә qaşın var demәyәcәk.”
Yəni bizdə belə, idealları olan insanlar var? Bakının mərkəzində birini sirf ermenidir deye balkondan asgi atmag beynine sahib cesaretli adam var? Yəni o zaman Azərbaycanda belə birlik var idi ki, biri ermənini öldürür, məhkəmə, polis də buna goz yumurdu ki, sağ ol, öldürdüyün ermənidirsə o zaman no problem? Üstəlik evi də hədiyyə edirlər?
Ən azı, o adamın son qəpiyinəcən soyardilar…
Millətimi tanımasam deyərəm nə yaxşı, həmrəy xalq imiş bunlar...
Romanda təxəyüllə təəssüratın fərqi hiss olunur. Yəni o xəstəxana söhbəti nə qədər uydurma görünürdüsə, Elçibəylə olan xatirələr o qədər yaşanmışların təəssüratı kimi görünür. Yəqin Əkrəm müəllimin belə xatirələri var…
“Doktor Abasәliyev o ermәnilәri çox tәriflәyir. Onlar kimi mәdәni,
vicdanlı, zәhmәtkeş insanlar dünyanın heç harasında ola
bilmәz”
Mən heç vaxt Erməniyə rast gəlməmişəm. Amma tərəfsiz, siyasətdən uzaq, millətpərəstliyi sıfır olan adamlardan həmişə Ermənilər haqqında yuxarıda yazıçının rəvayətindən fərqli şeylər eşitmişəm.
“şәhәrin müsәlman әhalisi ermәnilәrә qarşı misli görünmәmiş
qәddarlıq törәtmişdilәr, halbuki o, ermәnilәrin haçansa,
kimә qarşısa belә qәddarcasına davrandıqlarını nә
görmüş, nә dә eşitmişdi.”
Baxın, bu da yazıçının mənə cavabı. Deyir nə görmüşəm, nə eşitmişəm. Bunu deyən obraz da, nə təsadüfdirsə İrandan gəlmədir…
Mən istənilən fikrə acgöz insanam. Heç istəmərəm birinin həqiqət deyə sırıdığı yalana aldanım. Mənə maraqlıdır, Əkrəm müəllim doğrudanmı belə düşünür? Ermənilər heç bir vəhşilik törətməyib? Bəs bizə göstərilənləri kim edib? O danışılan söhbətlərdəki baş qəhrəmanlar kimdir? Indiyə qədər aldanmışıq biz? Halaldi, yazıçı ürəyimə şübhə toxumu səpməyi bacardı.
“bu qışqıran insanların ov mәrasimlәrindә işlәtdiklәri sözün sayından çox deyildi:
Azadlıq!
İstefa!
Qarabağ!”
Dünyanın hər yerində mitinq olub, hər yerində insanlar azadlıq üçün, haqq-ədalət üçün küçələrə çıxıb, hər yerdə qışqırıb. Və hər yerdə bu kütlə qəhrəman kimi dəyərləndirilib. Təbii ki, söhbət mənəvi çəkisi olan toplaşmalardan gedir.
Mən görməmişəm, rast gəlməmişəm, kimsə Səttərxanın arxasıyca gedən, bağıran kütləyə vəhşi yığını desin. Mən oxumamışam kimsə Janna Darkin başının dəstəsinə barbar desin. Mən eşitməmişəm kimsə 300 spartalını ironiya ilə xatırlasın, Spartakı söysün, ilk dəfədir görürəm ki, bir insan ( bir millətin nümayəndəsi deməyəcəm, çünki, o yükü kiminsə boynuna qoymağı sevmirəm) birləşən öz həmvətənlərinə ikrah hissi bəsləsin.
Mən onun arqumentini başa düşməyə çalışıram, amma arqumenti nədir, onu daha bilmirəmki.
Bəlkə kimsə deyər, yuxarıda sadaladıqlarım tarixdə nəyəsə nail olub öz fəaliyyətləri ilə. Axı o illərdə meydanlara tökülən, bağıran, çığıran azərbaycanlılar da müstəqilliyə nail oldular. Hər nəyə nail oldularsa heç, axı etiraz etmək qabliyyətlərin göstərdilər. Əməldə etiraz etdilər, sözdə yox. Indi bizim ən çox da bacarmadıgımız bir iş...
“Son vaxtlar bu adamlar bәsit lüğәt tәrkibini daha üç kәlmә ilә zәnginlәşdirmişdilәr:
Ermәnisәn!
Ölmәlisәn!
Vәssalam!”
Belə bir şüar var idimi?))) Harda olub o? Kim eşidib?
“Olmayib!” hökmünü vermirəm. Soruşuram var idi? Olubmu? Kim eşidib? Kim görüb? Mən görməmişəm. O vaxt uşaq idim. Amma az- çox xatirimdə qalıb bəzi şeylər. Danışanlar da var. Belə şüarı ilk dəfədir eşidirəm.
“Eçmiәdzinә yollanmaq,
törәtdiklәri әmәlә görә müsәlmanların bağışlanılmasını
dilәmәk niyyәti Saday Sadıqlının ürәyindә Sumqayıt
hadisәlәrindәn sonra, gecәlәrin birindә baş qaldırmışdı”
Əkrəm müəllimi təbrik edirəm. Bunu dilə gətirmək, etiraf etmək, qebul etmək hər oğulun işi deyil. Çox cəsarətli addımdır.
Bədii əsər olduğu üçün, təxəyyül məhsulu olma ehtimalı üçün tarixi sənəd fakt filan istəyim oyanmadi…
“İş onda deyil, indiki ermәnilәr necәdir,
әsas mәsәlә budur ki, biz necәyik. Sadayın keçmişdәki vә
ya indiki ermәniylә nә işi. Onu düşündürәn bizim
millәtimizdir.”
Super! Yazıçı məhz bu cümlələrlə özünə ünvanlanmış ola biləcək bütün "bəs necə olur?!..." lara cavab vermiş olur. Daha doğrusu elə olduğun zənn edir. Özünü sakitləşdirir. Obyektiv olduğunu düşünür. Arqumentini ortaya qoyur.
Belə olan halda məndə belə bir sual yaranır; əgər yazıçının dərdi ermənini bizdən üstün tutmaq yox, özümüzün qüsurların göstərib tərbiyə etməkdirsə niyə məhs bunu erməni ilə müqaisəli şəkildə edir? Etsin, iranla, efqanla, rusla, əlbəttə- rusla. Axı erməni ilə müqaisə həssas nöqtədir. Axı Bizi müqaisə edib qüsuru göstərmir, konkret faklar ortaya qoyub bunu erməni yox, azərbaycanlı edib deyir. Deməli, məqsəd tərbiyə etmək deyil, haqsız çıxarmaq. Ortada bir mübahisə var və bu mübahisədə tərəf tutur. Əgər millətin halına yanırsa tərəf tutmaz, obyektiv olar. Amma açıq- aşkar tətəf tutur. Bəs deyirdin onun dərdi erməni deyil ? Insan nifrət etdiyinin islah olmasını istəməz. Əksinə, sevdiyinin islah olmağını istəyər. Nifrət etdiyinin isə sadəcə qüsurun deyər. Həm də qabarda- qabarda. Birin üstünə beşin qoya- qoya.
Yazıçının bu əsərdə nifrəti, ikrahı seçdiyi cümlələrdən, fikrinin ifadə tərzindən tökülür.
“ taxtabaş qara-qışqırıqçılardan fәrqlәnir.”
Görəsən, 90-cı illərdə baş verən hadisələrə qarşı susub otursaydı millət, yazıçının ürəyincə olardımı? Bütün baş verən, və verəcəyi ehtimal olan hadisələrə laqeyid qalmayıb səsini ucaldan insanlar taxtabaş olursa, buna göz yumub sadəcə öz mənafeyi üçün həyatını yaşayan insanlara münasibəti necədir Əkrəm müəllimin, görəsən?
Romanın bir yerində islam dini, onun qaydaları, sünnət və s. məsələlər haqqında düşüncələr var. Daha doğrusu, uzun illər Rusiyada savadlı cərrah kimi tanınan həkim indi Bakının uçuq-sökük xəstəxanasında ən primitiv (spirt, perekis və s) ehtiyacların ödənmədiyi bir xəstəxanada Saday