Qadın – kişi bərabərliyi müasir dövrümüzdə ən çox müzakirə olunan mövzulardan biridir. Bu mövzuya həsr olunmuş müxtəlif verilişləri televiziya kanallarından izləyir və mətbuatdan müəyyən yazıları oxuyuruq. Məqsədim məsələnin hüquqi tərəfini araşdırmaq deyil. (Ümumiyyətlə, yazılarımda hər hansı bir mövzuya bədii tərəfdən yanaşıram. Digər tərəflərin öz mütəxəsisləri var. Yenə də ənənəmə sadiq qalaraq mövzunun bədii tərəflərindən yazacam).
Qadın haqqında ta qədim dövrdən başlamış bu günümüzədək görkəmli şəxsiyyətlər müxtəlif fikirlər söyləmişlər. Bunlardan günümüzün reallığını əks etdirməsi baxımından ən çox bəyəndiyim Çingiz Abdullayevin fikirləridir. Bu fikirlərə tez – tez xatırlatma şəklində sosial şəbəkələrdə də rast gəlirik. Yəni qadın haqqında dahiyanə bir fikir söyləyib aforizm yaratmaq niyyətində deyiləm. Onsuz da bu aforizmlər reallıqlardan uzaq olur. Hər kəs müəyyən bir mövzuya öz baxışı ilə qiymət verir. Daha səmərəli olan isə araşdırmaçıların və mütəxəsislərin rəyidir.Mənimçün bu məsələnin ağrılı tərəfləri başqadır və bu tərəflərin aydınlaşmasına çalışıram.
Uşaqlıqdan müşahidə etdiyim hadisələr beynimdə bir sual formalaşdırıb – Görəsən, qadın olmağın eybi nədədir? “Qız uşağısan”, “Qadın xeylağısan” kimi ifadələrlə başlayan nə qədər qadağalar var. Hansı eyibin üzündən cəmiyyətdə həmişə qadın ikinci yerdə dayanır? Ən çox məni düşündürən isə kişilərin bir –birilərini təhqir etmək məqsədilə “sən arvadsan” deməkləridir. Bu ağır təhqir hesab olunduğundan qarşı tərəfin cavabı da təbii ki, çox sərt olur.
Yer də planetlərdən biridir və yaranmışların hamısının burada yaşamaq hüququ var. Amma nədənsə bu planetə kişilər sahiblik edir. Burada qadının öz vəzifələri var. Olsun. Buna etirazım yoxdur. Lap “kişinin evin dirəyi” olması fikrini də dəstəkləyirəm. Amma qadının nə üçün utanc bir varlıq sayıldığını başa düşə bilmirəm. Bir kişi öz xanımının adını çəkməyə utanır və onu müxtəlif birləşmələrlə təqdim edir. “Həyat yoldaşım” deyənlər isə əvvəlcədən dönə - dönə üzr istəyirlər. Bax bunu başa düşə bilmirəm. Bu qədər dost– tanışı başına yığıb şıdırığı toy edir, ailə qurduğunu hamıya sübut edir, toyda ata- anası ona xoşbəxtlik arzulayır, lakin toydan sonra xanımının adını çəkməyi həyasızlıq sayır.
Əgər qadınları kişilərin gözündə kiçildən cəhətləri dedi– qodu həvəskarları olmaqlarıdırsa, vallah – billah elə kişilər var ki, bu işdə nənəm demiş qadınların əlini taxtaya bağlayar “(əlini taxtaya bağlamaq- yəni birinə qalib gəlmək mənasındadır). Məgər bir- birinin paxıllığını çəkən, bir– birinin arxasınca danışan, hətta qüsurlarını bir– birinə qaxınc edən kişilərə rast gəlməmisinizmi?
Qadına yalnız məişət işlərini ürəklə həvalə edən kişilər karyerasında qazandığı uğurların bir qisminin də xanımının payına düşdüyünü unudurlar. Kişilər yalnız bir səmtə yönəldiklərindən tez uğur qazanırlar. Qadınlar isə bir gün ərzində müxtəlif işlərlə məşğul olur və ictimai fəaliyyətində irəliləyə bilmir. Tutaq ki, o iş yerində öhdəsinə düşən vəzifəsini yerinə yetirməyə cəhd göstərir. Amma fikri evdə xörək bişirməkdə , uşaqların rahatlığında və s. işlərdə qalıb. Son dərəcədə narahatlıq keçirir. Kişilər isə oturub yalnız hazırda məşğul olduqları işə diqqət ayırırlar. Evdən də arxayındırlar. (Bu fikirlərin yarada biləcəyi etirazları anlayıram).
Az sayda kişilər var ki, qadının elmi inkişafına dəstək olur. Əksəriyyəti bütün fədakarlıqlarına baxmayaraq qadını yalnız mətbəx və uşaqlar üçün yaradılmış məxluq bilirlər. Sanki qadınlar hər şeydə günahkardırlar. Qadına belə bir münasibətin lap qədimdən gəldiyinin ən gözəl bir sübutu da var. “Dədə - Qorqud” filmində Beyrək xainlik edən Aruza: - “Arvadındanmı öyrəndin bunu?”–deyir. Deməli, hər hansı bir kişi xainlik edərsə yenə də bunu qadının günahı hesab edərlər. Bərabərsizlik o dərəcədə pozulur ki, xəyanəti qadında bağışlamayanlar kişidə bunu normal hal hesab edirlər. Xəyanət edən kişi camaat arasına rahat çıxa bilir, qadını isə lənətləyirlər. Əslində isə xəyanətkarın hər ikisi qınanılmalıdır. Öz ədalətsizliyi ilə qadınlarda intiqam hissini də kişilər formalaşdırır. Kişinin üzücü rəftarı qadını ya üsyankar edir, ya da nevroz xəstəliyinə tutdurur. (Ədalət naminə istisna hallarını qeyd etməyi də vacib sanıram. Çox az hallarda qadının üzündən də əsəb xəstəliyinə tutulan kişilərə rast gəlirik. Bunu qeyd etməsəm yazım obyektivlikdən uzaq olar.) Təəssüf ki, bu haqsızlığa dözən, ömrünü mənəvi işgəncələrlə başa vuran qadınlar daha çoxdur. Çünki onlar boşanarlarsa cəmiyyət tərəfindən qınanılacaqlarını düşünürlər. Çoxları isə belə olan halda necə dolanacağı qorxusundan susur. Beləliklə, qısqanclığa, təhqirlərə və başqa kobud rəftarlara susub acizlik göstərən qadınlar bütövlükdə qadın anlayışını özündə əks etdirirlər. Qadın qorxmalı, susmalı və hər şeyə dözməlidir. Qadından tələb edilən bu acizliyi kişilər özləri qəbul etmədiklərindən də birinin qəzəbinə susan kişiyə digərləri “arvad kimi qorxaqdır” deyirlər. Deməli, qadın olmağın eybi də elə onun qul olmasında imiş. Ağalar isə heç vaxt qula hörmətlə yanaşmayıblar. Buna görə də kişilər “arvadsan” ifadəsini təhqir sayırlar. Kim özünün qula bənzədilməsinə razı olar ki?
XƏBƏR LENTİ
Onu bağışlamaq olarmı?!
Ağız qoxusunu necə aradan qaldırmalı?
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Feyzanın istədiyi məbləğ dodaq uçuqladır!
Günün ulduz falı
Sadə kök salatı (foto resept)
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Pələngə qızıl diş qoydular-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Zombiləşən uşaqlarımız
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Dərinizə parlaqlıq qazandıracaq maska
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Sürətli saç uzadan yağ
Bakının mərkəzində "ayı" peyda oldu
Twitter yeni şirkət alır
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
İstanbul su altında qaldı
Göbələk yeməyi (foto resept)
450 min avroluq Mercedes
Dırnaqlarınızı qoruyun
İkinci dalğa bu tarixdə başlayacaq
Hava haqqında
Whatsapp-ı internetsiz necə işlətmək olar?
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Zəlzələ anında nə etmək lazımdır?
Cəbrayıl uğrunda döyüşərkən şəhid olan baş leytenant - FOTO
Dənizin ortasında yaşayan qəbilə
Doğum gününə görə xarakter (iyul)
Zakir Həsənov Qırğızıstana getdi
Qızıl balıq piroqu (foto resept)
Trampın yeni koronavirus testinin nəticəsi açıqlandı
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Duzlu pomidor (foto resept)
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
Sabah qar yağacaq
Koronanın yayılma səbəbi açıqlandı - ÜST rəsmisindən həyəcan təbili
Südlü sousda toyuq (foto resept)
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Hacılar vətənə qayıdır
Gündəlik normal qidalanma
Aclıq olsun, kef olsun?
- ŞƏRHLƏR