USD 1.7010 AZN
EUR 1.9798 AZN
18:19Angel Göyden derdli derdli yağış yağır :(((((((( 16:57Emma Svon Hər vaxtınız xeyir! 14:49Xəyalə Murad Salam, Şəbnəm xanım. Xoş gəldiniz! 13:13Shabnam Rahimova Salam Gözəl xanimlar 10:50Xəyalə Murad Gününüz xoş, işiniz avand olsun! 10:50Xəyalə Murad Sabahınız xeyir, Əziz Qadin.Netlilər!
37532

Sabahın HAVAsı

Sabahın HAVAsı


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti günəşli olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir. 

Səslərin sayı: 0
0
60
Loading...
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!