Çox zaman məşhur əsərlərin motivləri əsasında çəkilən filmlər uğursuz alınır. Amma bəzən əksinə olur. Beləki o filmlərdən sonra əsərlər oxunmağa, diqqət toplamağa başlayır.
Mario Puzo, “Xaç atası” (1969)
“Mafiya ədəbiyyatı”nın ən məşhur nümayəndələrindən olan italiyalı Mario Puzonun məşhur əsəri. Rejissor Frensis Ford Koppola tərəfindən ekranlaşdırılıb. 1940-1950-ci illərin Amerikasında, italyan mafiya ailəsinin hekayəsindən bəhs edilir. Don Korleonenin qızı Koninin toyunda ailənin ən kiçik oğlu və müharibə veteranı Maykl atası ilə barışır. Sui-qəsd cəhdindən sonra Don artıq idarəetməni itirir. Ailənin başına Maykl və qardaşı Sonni keçir. Müşavirləri Tom Hagenin də köməyi ilə digər ailələrə savaş açan Korleone ailəsi köhnə üsulları dəyişməyə başlayır. Hamının yaddaşında “Xaç atası” kimi qalan film təbii ki, Puzonun “Ata”romanını öz kölgəsində saxlamağı bacardı.
Cak Palanik, “Döyüşçü klubu” (1996)
Baş qəhrəman uzun müddət yuxusuzluq xəstəliyindən şikayət edən iri avtomobil şirkətində koordinatordur Öz psixoloji çətinliklərindən qurtula bilmək üçün müalicə alır. Bu zaman əvvəlcə Marla adlı qızla, daha sonra isə həyatını dəyişdirəcək Teyler Durden ilə tanış olur. Durden onun çatmaq istədiyi bütün məqsədlərə sahiblənmiş bir adamdır. Onu heç vaxt haqqında danışılmasına icazə verilməyən gizli bir təşkilatla – “Döyüşçü Klubu” ilə tanış edir. Əsərin motivləri əsasında çəkilən film çox böyük uğur qazanır. Palanikin romanı nə qədər məşhur və maraqlı olsa da filmin kölgəsində qalır.
"Forrest Gump" (1986)
Film kimi 1980-ci illərin sonunda partlayış yaradan “Forrest Qamp” əslində uğursuz bir romanın motivləri əsasında lentə alınıb. Uinston Qrumun eyni adlı romanı əsasında çəkilən filmdə az IQ-lü Forrest Qamp Cenniyə aşiq olur. Qamp aralarında Elvis Presli, Kennedi, Niksonun da olduğu tarixi şəxslərlə təsadüfən tanış olur. Filmdə hadisələr 1950-ci illərdən 1970-ci illərin sonuna qədər davam edir. Qamp sırf təsadüf nəticəsində Vyetnam müharibəsinə və Amerikanın yaxın tarixinin əhəmiyyətli hadisələrinə şahidlik edir. Ancaq bilmədən etdiklərinin nə qədər əhəmiyyətli nəticələri olduğundan xəbəri yoxdur.
Robert Blok, “Psix”
“Psix” – dəhşət filmlərinin atası sayılan məşhur rejissor Alfred Hiçkokun filmi. Təbii ki, bu ekran əsəri Robert Blokun eyniadlı romanını kölgədə qoymalı idi. Film Alfred Hiçkokun şah əsəri hesab edilir. Burada Marion Kreyniyə zəngin bir adam pul əmanət edir. Bundan sonra polislər Marionun şübhəli davranışları səbəbindən onun izinə düşür. Ancaq Marionun ardınca yalnız polislər deyil, eyni zamanda tanıdıqlarıda gedir. Sevgilisi ilə görüşməyi planlaşdıran Marion gecəni bir oteldə keçirməyə qərar verir. Mehmanxanadan içəri girər- girməz qəribə şeylər olduğunun fərqinə varır. Bütün maraqlı hadisələr ələ bundan sonra cərəyan edir.
Tomas Harris, “Quzuların səssizliyi”
Amerika yazıçısı Tomas Harrisin eyniadlı romanı bədii əsər kimi o qədər də uğur qazanmadı. Amma ustalıqla hazırlanan ssenarinin sayəsində çox maraqlı ekran əsəri ərsəyə gəldi. Akademiyadan məzun olan gənc – xüsusi orqan agenti Klaris Sterlinq, təhlükəli qatilin əlində növbəti qurban olacaq gənc qadını xilas etməyə çalışır. O, qatilə çatmaq üçün başqa bir psixikası pozulan mayakla – məşhur doktor Hannibal Lekterlə yaxınlaşır. Lekterdən məlumat alması üçün öncə onun etimadını qazanması lazımdır. Filmdə maraqlı hadisələr də bu tanışlıqdan sonra başlayır.
Stefan Kinq, “Parıltı”
Film dünyanın ən çox qazanan yazarlarından olan ünlü fantast Stefan Kinqin romanı əsasında çəkilib. Stenli Kubrik tərəfindən ekranlaşdırılan filmdə yazıçı Cak Torransın qış mövsümündə ailəsiylə birlikdə qapalı olan “Overlook” otelinə yerləşir. Və sonra qəribə metafizik hadisələr baş verir. Cakın fövqəltəbii hisslərə malik kiçik oğlu zamanla otelin içərisində yalnız olmadıqlarını, keçmiş və gələcəkdən gələn xəyallarla birlikdə yaşadıqlarını görür və ailəsini buna inandırmağa çalışır. Ailə qar fırtınasından sonra məcburən dağdakı oteldə qalır. Bu vaxt Cakın oğlu fövqəltəbii varlıqlar tərəfindən ələ keçirilir və yavaş-yavaş ağlını itirməyə başlayır.
Mənbə: sim-sim.az
XƏBƏR LENTİ
Onu bağışlamaq olarmı?!
Ağız qoxusunu necə aradan qaldırmalı?
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Feyzanın istədiyi məbləğ dodaq uçuqladır!
Günün ulduz falı
Sadə kök salatı (foto resept)
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Pələngə qızıl diş qoydular-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Zombiləşən uşaqlarımız
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Dərinizə parlaqlıq qazandıracaq maska
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Sürətli saç uzadan yağ
Bakının mərkəzində "ayı" peyda oldu
Twitter yeni şirkət alır
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
İstanbul su altında qaldı
Göbələk yeməyi (foto resept)
450 min avroluq Mercedes
Dırnaqlarınızı qoruyun
İkinci dalğa bu tarixdə başlayacaq
Hava haqqında
Whatsapp-ı internetsiz necə işlətmək olar?
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Zəlzələ anında nə etmək lazımdır?
Cəbrayıl uğrunda döyüşərkən şəhid olan baş leytenant - FOTO
Dənizin ortasında yaşayan qəbilə
Doğum gününə görə xarakter (iyul)
Zakir Həsənov Qırğızıstana getdi
Qızıl balıq piroqu (foto resept)
Trampın yeni koronavirus testinin nəticəsi açıqlandı
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Duzlu pomidor (foto resept)
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
Sabah qar yağacaq
Koronanın yayılma səbəbi açıqlandı - ÜST rəsmisindən həyəcan təbili
Südlü sousda toyuq (foto resept)
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Hacılar vətənə qayıdır
Gündəlik normal qidalanma
Aclıq olsun, kef olsun?
- ŞƏRHLƏR