Əsədzadə Mahirə Məhəbbət qızı 27 avqust 1999-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2006-2008-ci illərdə Laçın rayonu 40 nömrəli məktəbdə, 2008-2017-ci illərdə isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə alıb. Dərslərdə daim fəal olub, yüksək qiymətlər alıb və eyni zamanda məktəbdə keçirilən tədbirlərdə, tamaşalarda, olimpiadalarda iştirak edib. Fərman, diplom və təsəkkürnamələrlə təltif olunub. Dövlət İmtahan Mərkəzinin (DİM)2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Baki Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi"ixtisasını seçəcək.
Milli.Az Əsədzadə Mahirənin müsahibəsini təqdim edir:
- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?
- Əlbəttə ki, bu nəticə çox çalışmağımın bəhrəsi idi. İlk öncə hədəf seçdim, daha sonra əmin addımlarla bu yolda irəlilədim. Düşünmürəm ki, bu ancaq şans işi olsun. 700 bal istedad, bilik, diqqət və şans tələb edir. Əgər bu hədəfi seçmisənsə, bunun üçün son 1-2 il oxumaq bəs etmir, məktəb vaxtı keçirilən dərslərdə bu elmin bünövrəsini qoymaq lazımdır.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?
- İmtahan qabağı hər bir abituriyent kimi narahat idim. Deməzdim ki, həyəcanlı olmuşam. Narahatlığıma səbəb isə mənə zəhmət çəkən, elm öyrədən bütün müəllimlərimin və özümün çəkdiyi zəhmətin nəticəsinin necə olacağı, yəni məsuliyyət hissi idi. İmtahan sonrası isə artıq bu nəticəni gözləyirdim.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- BANM tələbələr üçün böyük şanslar vəd edir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına önəm verir. Tələbə üçün ən yaxşı seçim olacağını düşünürəm və ətrafımdakı yüksək bal toplayanların da seçimi bu təhsil ocağı olmuşdu.
- Ən böyük arzun nədir?
- Abituriyent olarkən ən böyük arzum - BANM-ə yüksək balla daxil olmaq idi. Şükür ki, bu arzum gerçək oldu . İndi isə novbəti hədəfim universitet həyatının da belə uğurlu keçməsidir.
- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?
- Bu uğurun gələcəyə atılmış ilk addım olacağına inanıram. Gələcəkdə özümü peşəkar mühəndis kimi görmək istəyirəm. Vətənim, xalqım üçün savadlı bir kadr kimi yetişmək istəyirəm.
Milli.Az
XƏBƏR LENTİ
Gəlinlik gül dəstələri
Ömür yolu
Azərbaycana pul axacaq
Böyük sülhə 2 gün qaldı, amma ...
Serdar Ortaç kitab yazır!
Manikürdə yarım ay trendi
2017-ci ilin ən çox istifadə edilən sırğaları
"Miss Universe" iştirakçılarının milli kostyumları
Beyonsu lağa qoydular - SƏBƏB
Bu illər hara getdi?
Mənzil almaq istəyənləri sevindirəcək xəbər
Dörd hərbi qulluqçu həbs olundu - RƏSMİ
Antidepressantların uşaqlara faydaları və zərərləri
Bu şəklə görə İraq gözəlinin ailəsini ölkədən qovdular - FOTO
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
İrin yuvası
“Bütün günahlar Rusiyadadır”
SSRİ-nin 10 dəhşətli sirri
Kağızdan hazırlanmış donlar
İrəvandan geriyə addım
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib - İnfarkt keçirdi
Britni Spirs izləyicilərinə etiraf etdi
Qardaş qısqanclığı
12 noyabr-Konstitusiya günüdür!
1 iyun Uşaqların beynəlxalq müdafiəsi günüdür
Əgər əlillər işləmək istəsələr...
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Xanımlar üçün müxtəlif geyimlər
Ağ pendirli pomidor (foto resept)
Gorusdan Azərbaycan əraziləri yenidən raket atəşinə tutuldu - RƏSMİ
Samsung ucuz Galaxy J1 göstərdi
Can Yaman Etiraf Etdi
"Kokostar" keksləri (şəkər xəstələri üçün)
Hormonlu qidalara diqqət
Kremlə iyunadək vaxt verildi
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Kaktus bizi radiasiyadan qorumur
Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi
Yaşları ilə görünüşləri üst-üstə düşməyən məşhurlar
Ərimin arvadları…
Şahzadənin nişanlısı dəb reytinqində eltisini KÖLGƏDƏ QOYDU - FOTO
HAVA necə olacaq?
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Kseniya Sobçak boşandı-SƏBƏB
Vəzəri və keşniş haqqında bilmədiklərimiz
Serdar Ortaç Xloye haqqında AÇIQLAMA verdi
200 kaloridən az olan 2 sağlam smoothie
Bu avtobuslarda gediş haqqı aşağı salındı - RƏSMİ
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri