İnsan inciməyə bilmir. Çünki bu, onun təbii hissidir. İnsan sevindiyi, güldüyü, qibtə etdiyi, nə iləsə maraqlandığı kimi inciyə də bilir. Bu, onun emosiyalarının məhsuludur. Elə insanlar var ki, incisələr də bu inciklik onlar üçün fəlakən sayılmır, bunu problemə çevirmirlər. Lakin elə insanlar da var ki, incimək onlar üçün əsl həngamədir. Bir inciklik üstündə dostluq əlaqələrini, münasibətləri, hətta ailəni belə, dağıdan kəslər var. Bəs nə edə bilərik ki, insanlardan incimək bizdə elə də böyük təsir qoymasın? Elə isə, ardını oxuyaq.
İnciklik nədir?
İnciməmək, ya da incikliyin adama az təsir etməsi üçün anlamaq lazımdır, axı bu inciklik nə deməkdir? Əgər ümumi nəticə çıxarsaq, görərik ki, inciklik neqativ hesab etdiyiniz şeyə istisna bir davranışdır. Məsələn, kimsə sizə bir söz deyib və siz bu sözdən incimisiniz. Ola bilər ki, başqa birisinə bu söz deyilsəydi, həmin insan bu sözdən inciməzdi. Deməli, incikliyinin sərhədləri və mənbəyi individualdır. Həm də unutmayın ki, inciklik hissi həmişə sizə zərbə endirir, ola bilər ki, başqasının bundan heç xəbəri də olmasın. Özü də inciklik elə bir şeydir ki, ona bir az imkan yaratsanız, səhhətinizdən də ola bilərsiniz.
Bəzən insanlar öz incikliklərindən “kolleksiya yığırlar”. Təsəvvür edin, əgər siz hər zaman bu inciklikləri toplasanız və onlara çıxmaq izni verməsəniz yığılan incikliklər gələcəkdə fəsad yaradacaqdır. Nəticədə insan həmişə stress içində yaşayacaq və depressiyaya düşəcəkdir. Hətta yadına gətirə bilməyəcək ki, görəsən onun heç kəsdən incik olmadığı bir gün olubmu? Əlbəttə, inciklik müvəqqəti şeydir. Zamanla keçə bilir. Lakin əksər insanların inciklik duyğusu o qədər güclüdür ki, hətta bir ömür boyu bunu özlərində saxlayırlar.
Təsəvvür edin, bəzən inciklik səbəb olur ki, yaxın qohumlar illərlə bir-birləri ilə danışmır, yaxın dostlar daha sonra düşmənə çevrilir. Siz incikliyi dəf etməyi ona görə öyrənməlisiniz ki, bu hiss sizə xoşbəxt yaşamaq imkanı tanımır.
İndi isə gəlin, incikliyi yatızdıran bir neçə məşğələyə baxaq
1. Öz fikrinizi camaata açıqlamayın
Tez-tez olur ki, başqaları sizin gözləntilərinizi doğrultmur, özlərini siz istədiyiniz kimi aparmırlar. Buna görə də siz həmin adamlardan inciyir, ya da ən pisi onlara kin saxlayırsınız. Anlamaq lazımdır ki, başqalarına nisbətdə sizin gözləntiləriniz və tələbiniz yalnız sizin mövqeyinizdir. Elə ki, bunu başqalarına bağladınız, inciklik hissi dərhal sizə bulaşacaqdır.
İndi bir az bəsit deyək, əgər siz kiminsə sizə borclu olduğunu düşünürsünüzsə, özünü siz istəyən kimi aparmadığına görə ondan incimək haqqına malik olduğunuzu iddia edirsinizsə, əmin olun, ən böyük günah elə sizdədir. Axı malik olduğunuz həyat sizə aiddir. Bu sözü başqalarına da aid etmək olar. İndi siz istəyirsiniz deyə, başqaları da istədiyiniz kimi yaşamalıdırmı? Ona görə də, əgər bir nəfərlə istəkləriniz zidd gəlirsə, yaxud ondan daha çox inciyirsinizsə, bu o deməkdir ki, həmin adamın sizin həyatınızda bir yeri yoxdur.
2. Diqqətinizi yalnız yaxşı şeyə yönəldin
Bu məsləhət olduqca universaldır. Baxmayaraq ki, daha real və həqiqət olanlardandır. Əgər siz inciklik və sair pis hisslərdən qaçmaq istəyirsinizsə, məsələyə baxarkən baxış bucağınızı dəyişməlisiniz. Neqativ emosiyalar toplamaq əvəzinə müsbət bir şey haqqında düşünün. Məsələn, kimsə sizi bilərəkdən, yaxud bilməyərəkdən incidibsə, dərhal küsməyə başlamayın. Bir yadınıza salın ki, bu insan sizdə nə vaxtsa müsbət emosiyalar oyadıbmı? Bu baxış bucağı, demək olar ki, bir çox məsələləri həll edir. Əgər pisin üzərində dursanız, özünüzə zərbə endirmiş olacaqsınız.
Buna görə də, çalışın istənilən incikliyi unudasınız. Hətta birinci cəhddən çətin gəlsə də. Hərdən sizi incidən insanla yaxşı ünsiyyət qurmaq da yardımçı ola bilir.
3. Başqalarını anlamağa çalışın
Əgər kimsə sizi sözlə, yaxud hər hansı bir hərəkətlə incidibsə, əvvəlcə onun motivini anlamağa çalışın. Çox az insan var ki, bilərəkdən kimisə incitməyə çalışsın. Adətən incikliyə səbəb müxtəlif emosiyaların coşması, pis əhval-ruhiyə və sair səbəblər olur. Əgər siz şəxsi hisslərinizdən asılıb qalmısınızsa, çətin ki, başqa birisni anlaya, xüsusilə də ondan üzrxahlığa nail ola biləsiniz.
Başqalarını anlamağa çalışmaq məsələyə başqa səmtdən baxmaqdır. Beləliklə, bu, sizə hadisədən baş çıxarmaq imkanı verəcək. Hətta ola bilər ki, sizi qıcıqlandıran hissdən dərhal qurtulasınız.
4. Yadınızda saxlayın ki, həyat əbədi deyil
Yəqin, çox adam görmüsünüz ki, boş şeylər üstündə kimdənsə inciyir. Bu mənasız durum, hətta illərlə davam edir. Nəticədə valideyn-övlad incikliyi, dostlar arasında nifrət yaranır. Ən pisi budur ki, sizin incikliyiniz yatdıqda və həmin insanla barışmaq istədikdə, o, ölmüş də ola bilər. Bəli! Psixoloqlar deyib ki, belə hadisələrin düzəldilməsinə, hətta uzun illər lazım gələ bilər. Özü də burada vicdan əzabı da öz işini görəcəkdir. Bu cür halların baş verməməsi üçün incikliyi şişirtməyin, onu arxada qoyun. Əgər bu mümkün deyilsə, elə insanların əhatəsində olun ki, sizdə bu cür hisslərin yaranmasına səbəb olmasın.
5. Ağıllı olun, hər şeyi ürəyinizə salmayın
Elə insanlar var ki, sizi cavab verməyiniz üçün təhrik edirlər. Bununla, çox güman, tez-tez rastlaşırsız. Bu adamlar iş yoldaşlarınız, hətta yaxınlarınız belə ola bilir. Anlamaq lazımdır ki, bütün insanlar tərbiyəli və müsbət xarakterli deyillər. Başqaları elə buna çalışır ki, daim qarşıdurma olsun, hətta sizi açıq şəkildə belə, təhqir etsinlər. Buna görə də, zəruri olan sizin sakitliyinizi qorumanızdır, hər şeyi qəlbinizə salmamaqdır. İmkan verməyin ki, onlar sizi hövsələdən çıxarsınlar. Anlayın ki, hər kəs ideal deyil, insandan yalnız yaxşı şey gözləmək ağıllı iş deyil. Yalnız pis şey də gözləmək düzgün deyil.
Bəzi adamlar bu cür insanlarla qarşıdurmaya çıxır. Əgər bir adam ədəblidirsə, ədəbsiz adamla necə qarşı-qarşıya gələ bilər? Onun üçün hədd yoxdur. Sizin üçünsə var. Ya ədəbsiz olmalısınız, ya da uyğun şəkildə cavab verməlisiniz. Unutmayın, yaxşılığa yaxşılıq, pisliyə isə ədalətlə cavab verin.
6. Problemi başa düşün və onun nəticələrinin fərqinə varın
Gündəlik həyatda qarşılaşdığımız mənasız şeylərə görə inciməyi necə tərgidə bilərik? Öz hisslərini idarə etməyi öyrənin, imkan verməyin ki, inciklik inkişaf etsin. Xüsusilə lap axmaq vəziyyət alır ki, siz hansısa xırda şey üstündə incik düşürsünüz. Şərait yaratmayın ki, xırdaçılıq sizdə böyük inciklik yaratsın. Bunun nəticələrini düşünün.
Unutmayın ki, hissləriniz üzərində nəzarəti ələ almağı bacarsanız, nəinki başqalarından küsməyəcəksiniz, hətta həyatınıza müsbət emosiyalar da qatacaqsınız.
7. Bağışlamağı bacarın
Ən axırıncı məsləhət, bəlkə də ən vacib olanı bağışlamağı bacarmaqdır. Bu xüsusiyyətə ən ali adamlar malik olublar. Küskünlük və inciklik yalnız bağışlama olmayan yerdə yaranır. Əgər bağışlamağı bacarmırsınızsa, onda mənfi və neqativ emosiyalarınız aşıb daşacaqdır. Sadəcə bağışlayın, üstündən keçin və bunu küsdüyünüz adama bildirmək də lazım deyil. Bağışlamaq sizi artıq yükdən və hiss etdiyiniz ağırlıqdan xilas edə bilər.
Hazırladı: Fərid Abdullah
XƏBƏR LENTİ
"Eurovision 2016" Türkiyəsiz keçəcək
Son model ayaqqabı modelləri
Kartof salatı(foto resept)
Sağlam və ağ dişlər üçün tövsiyələr
Zərərli vərdişlər
"Avropa derbisi"nə 1 gün qaldı
Ebru Şahinə yeni TƏKLİF
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Karantinə alınmış gəminin on sərnişinində Yeni Tip Coronavirus tapıldı- FOTO
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Sobada qat-qat xəmirli balıq (foto resept)
Türkiyənin birinci xanımının kitabı çap olunacaq
Bakı buxtasının ən böyük Gülü sökülür?
Gözləmək iztirabı
Bekhemdən qəribə istək-FOTO
Sosial şəbəkədən qorxan ölkələr.
Rəngarəng çantalar
Şvartseneqqerin özündən geri qalmayan oğlu - FOTO
Stəkanlar üçün hörmələr
Xoşbəxt edən 5 qida
Bu da çox qənaətli Passat
HAVA necə olacaq?
Yeni heyvan növü yaradıldı-FOTO
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
Hava haqqında - 27.09.2013
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Düzgün duruş üçün dartınma hərəkətləri
Qırılan dırnaqlardan xilas ol
Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Timati yenidən ata oldu-FOTO
Sellüloz - cavanlığın cövhəri
Ancelina Joli Geyimi ilə Diqqət Çəkdi
Yazın 10 super qidası
Kartof dolması (foto resept)
Qara pişik uğursuzdurmu?
Günün qoroskopu: uğur özü qarşınıza gəlir
Saç tökülməsinin qarşısını alan qidalar
Həbs edilən İŞİD-çilər danışdı
"Ağıllı" pəncərələr də yaradıldı
Boşanma xəbərlərinə qayınanası son qoydu
Həddən artıq sarımsaq yeməyin zərərləri
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Gözəl göz makiyajları
Zoğalın bilmədiyimiz faydaları
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Kimi aldadırsan?
“Miss Yer Kürəsi” o oldu- FOTO