İki fərq
Mən gəncliyimdə iki ədəbiyyat məruzəçisi tanıyırdım.
Biri xeyirxah, ikimetr boylu proletar (tire) intelligent idi.
Digəri isə qəlbiqara, özündənrazı intelligent (tiresiz) idi.
Birincisi masada oturarkən dahiyanə şeirlər yazar, dostlar əhatəsində öz fikir və biliklərini bölüşər və pivəni çox sevərdi.
İkincisi alovlu məqalələr çap etdirər, cansıxıcı tərzdə ağıllı danışardı, amma onun nə içməsini (ümumiyyətlə, nəsə içirdimi?) bilmirdim.
Ədəbi toplantılarda birincisi çox parlaq, amma uzun nitqlə çıxış edərdi. Ona qulaq asmaq öncə maraqlı olsa da, sonra bezikdirici gəlirdi.
İkincisi adətən yerindən replikalar atar, söz alanda isə dava-dalaş salar, sanki, tribunadan tez qovulacaqmış kimi fikirlərini olduqca qısa ifadə edərdi.
Vaxt keçdi, onlar qocaldılar.
Birincisi kök, xoşagəlməz və ağlını səfehliyə bağışlamış bir şəxsə çevrildi. Onun ayıqbaşlı halına rast gəlmək mümkün olmurdu. Doğma və yaxınlarını da eyni mövzularla bezdirirdi. Eyni zamanda, vecsizlik düşkünü idi.
İkincisi daha arıq və aqressiv olmuşdu. Onun yazılarında əvvəlki kimi daha çox "öd" effektinin dərki, ecazkar görünən gərəksiz sözlər, amma ağıldan az şey qalmışdı. Eyni zamanda, şöhrətpərəstlik düşkünü idi.
Hər ikisi öz xarakterinin qurbanına çevrilmişdi.
Hər ikisinə də bir insanlıq təəssüfüm var.
Birincisinə hədsiz təəssüflənirəm, çünki onun xeyirxah istedadı insanlara daha çox səmərə verə bilərdi. Lakin tənbəllik və pivə onun bu məqamını əngəllədi.
İkincisinə qarşı isə elə də böyük təəssüfüm yoxdur, çünki lap əvvəldən onun qəlbiqara istedadı barsız əncir ağacına bənzəyirdi.
Həm də ona görə ki, onlardan biri mənim köhnə dostum, digəri, sadəcə, uzaq tanışım idi. Bu isə, bizim Odessada deyildiyi kimi, iki böyük fərqdir.
Müəllif: Vladimir Avçen
Tərcümə edən: Səbuhi Şahmursoy
XƏBƏR LENTİ
"Barselona"nın yeni kapitanı kim olacaq?
Lütfi Zadənin dünya elminə verdiyi töhfələr
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Yeni qaydalar: ölülərimizi başqa cür basdıracağıq
“Qalatasaray”ın ikinci prezidenti və arvadı koronavirusa yoluxdu
Günün ulduz falı
Ayrılığa alışmadım
Azərbaycanla bağlı bəyanat
Günün ulduz falı
Whatsappda maraqlı yenilik
Çingiz Mustafayev yaradıcıllığına Türkiyə marağı
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Gözəl tortlar
Hadise tətilə çıxır
Çağatay tərəf müqabili axtarılır
Ərimin arvadları…
Obama sərt danışdı
Ayaqaltı modelləri
Kişiləri xəyanətə nə vadar edir?
"Hasarları təcili şəkildə sökmək lazımdır!"
Qidanı dərmana görə seçin!
"Şirinim" tortu (foto resept)
Peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək
Rusiyanın avtomobil nəhəngi çökür
Nil Karaibrahimgil dənizə corabla girdi-FOTO
"WhatsApp" 3 günlük bağlandı
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Məşhur fransalı memar Azərbaycan Memarlıq və İnşaat Universitetində olub
Mübariz İbrahimov
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
Göbələk salatı( foto resept)
Pendirli, pomidor souslu küftələr (foto resept)
İraq İŞİD-ə qarşı ilkə imza atdı
Su içək, sağlam olaq
Evlilikdən əvvəl 5T qaydası
Avqustda 4 gün iş günü olmayacaq!
"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri
Samsung və LG barışır
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
Danimarkada 9 yeni süni ada yaradılacaq
Yazmağa başlayıram - 2
Dünya bu fotolardan danışdı
2020 dəb və gözəllik trendləri
Demet Akalının təyyarəsində bomba həyəcanı-VİDEO
Məşhur bloger koronavirusa görə həbs olundu
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Vaksin hazırdır - Rusiya RƏSMƏN AÇIQLADI
Dünya tibb elmində ilk
"Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir"
- ŞƏRHLƏR