Bakıda hava 14°
USD 1.7025 AZN
EUR 1.8627 AZN

Varis Dirie "Səhra çiçəyi"

 

Varis Dirie "Səhra çiçəyi"

 

Çoxdan oxumaq istədiyim bir romanının qarşıısndan bu yaxınlarda bir + qoydum. Romanı oxumamışdan əvvəl özümü psixoloji cəhətdən hazırlamışdım. Çünki mövzu çox uzaq keçmişdə olmayan dünyamızın mövcud gerçəklərindən bəhs edirdi. 

Roman aftobioqrafik səciyyə daşıyır. Müəllif Somalinin ilanmələyən çöllərindən Londonun lüks otellərinə qədər keçdiyi yolları heç bir nüans axsatmadan nəql edir. Əsərdən bədiilik axtarsanız, sadəlohvlük etmiş olarsınız. Əsəri besteller edən tərəfi onun bədii gücü yox, mövzusunun real və aktual olmağıdır. 

Bu əsərlə tanıış olandan sonra eyni əsrdə, eyni planetdə yaşayan insanların həyat şəraitlərinin, məqsəd və hədəflərinin, həyat tərzlərinin, məişət qaydalarının, ömürlərinin necə bu qədər fərqli ola bildiyinə təəccübləndim. 

Solamidəkilərlə bizim yaşadığımız həyatın son nöqtəsi- ölümü də fərqli olur. Yəni Solamidə insanlar adətən eyni səbəbdən ölürlər. Acından, susuzluqdan, şəraitsizlikdən, zəhərli ilan və əqrəblərlə bir yerdə yaşamağın verdiyi “mükafatdan”, dodaq çatladan səhralarda rastlaşdıqları yırtıcı heyvanların hücumundan və s...

Əsərin müəllifi evdən qaçdığı vaxt səhrada ağacın altında yıxılıb qalarkən qarşısında bir şir peyda olur. Özünü taleyin hökmünə buraxan Varisə şir toxunmadan uzaqlaşır. Sanki şir də qarşısındaki bu bir dəri, bir sümük, tərpənməyə heyi olmayan qızın sadəcə minlərlə Somalililərdən biri olmadığını dərk edir. Onun yaşamağının əhəmiyyətli olduğunu şir də təstiqləyir sanki. Qarşısındaki insan bir neçə il sonra Somali həqiqətləri, realliğlarını, vəhşətini bütün dünyaya car çəkəcək insan idi...

 Varis öz həyatını zəmanət altına aldıqdan sonra düşündüyü ilk şey özü kimi, geridə buraxdığı yüzlərlə, yeniyetmə çağında şikəst edilən, həm mənəvi psixoloji, həm fiziki şiddətə məruz qalan Somali qadınlarının həyatını dünya ictimayyətinə çatdırmaq olur. 

“Səhra çiçəyi”nin əsas mövzuzu qadın sünnəti və bunun törətdiyi fəsadlar olsa da, özü də bilmədən digər qaranlıq məqamlara işıq tutur. Varisin həyatın axışına uyğunmuş kimi danışdığı hadisələr oxucunu dəhşətə gətirir. Nə qədər şanslı olduğumuzu, necə rahat yaşadığımızı şillə kimi üzümüzə vurur. 

Varis güc, iradə simvoludur. Elə bir cəhənnəmdən qaçmağa cəhd etmək, hər addımda onu pis həşərat kimi əzməyə hazır, iyrənc xislətli Somalinin “namuslu kişilərinə” qarşı dirənmək, aclıqla, tənhalıqla, uşaqlığından ona yadigar qalan şikəst qadınlığı ilə mübarizəyə cəsarət etmək, yüzillərdən bəri mövcud olan milli adət-ənənəylə, onun qoruyucusu olan cahil insanlarla kəllə-kəlləyə gəlmək hər qızın işi deyil. Somali kimi bir yerdən, adicə bir qurtum su üçün günlərcə ac- yalavac, ayaqyalın, səhralarda gəzən insanların olduğu yerdən bu yerlərə qədər gəlməyi bacarmış iradə qarşısında sadəcə riqqətə gəlmək olar. 

Uşaqlığın verdiyi cahilliklə sünnət olunmağa can atan Varis bunun mənəvi sarsıntısını ömrü boyu daşısa da, fiziki ağrısını qərbin ona bəxş etdiyi azad şəraitdən istifadə edərək qismən də olsa azalda bilir. 

 

Atasının bir-iki dəvə müqabilində 14 yaşlı qızı 60 yaşlı kişiyə vermək istəməsi Varisi qəti hərəkətə keçməyə vadar edir. Çox çətinliklə də olsa şəhərə gedib bir müddət qohumlarının yanında yaşayır. Bəxti gətirir və Solaminin Londondakı səfirinin evində qulluqçu olur. Bununla da London həyatı başlayır. Dörd il sonra ailə təzədən Somaliyə qayıdanda Varis Londonda qalmağa qərar verir. 

Tənhalıq, dil bilməmək, pulsuzluq, plansızlıq, fəqli həyat tərzi Varisin ümidlərini öldürmür. O həyata daha sıx bağlanır. Daha dişli şəkildə yaşamaq mübarizəsinə başlayır. Çətinliklə də olsa bacara biləcəyi bir iş tapır. Varis hazırda tutduğu mövqeni, yaşadığı zəngin və rahat həyat tərzini, şöhrəti planlamır. O yanlız yatmağa isti yataq, yeməyə qarındolusu yemək arzulayırdı. Çətinliklə dolu həyatında sadəcə sağ qalmaq və sağlamlığına qovuşmaq istəyirdi. Varis eyni zamanda milli köklərinə bağlı bir insandır. Ölkəsində hər nə qədər işgəncələrə məruz qalsa da, onu yaxşı cəhətləri ilə də xatırlamağa çalışır. Ailəsi üçün darıxır. Onları təzədən görməyə can atır və Somali qadınları üçün nəsə etməyə cəhd edir. Ən azından onların haqq səsini dünya ictimayyətinə çatdırır. Varis modelliyin ona gətirdiyi şöhrətdən istifadə edərək həyəcan təbili çalır. 

Əsəri oxuyarkən heç bir təmtarağa, mübaliğəli sözlərə rast gəlməyəcəksiniz. Varisin dili, təhkiyə üsülu da özü kimi sadə və safdır. 

“Səhra çiçəyi” romandan daha çox susuz Afrika çöllərində doğulmamağımıza dair şans haqqında balladadır sanki...

Səslərin sayı: 1
5
570
Digər yazılar
Şərhlər
Offline
Iceberg
give_ros tesekkur edirem fikirlerinize
28 yanvar 2017 17:49
imza: Günahı keç,savabı keç,Keçdin, bir yer görəcəksən,Səninlə orda görüşək...
C. Rumi
Offline
Aida Ustaclı
Həyat mübarizəsindən bəhs edən kitabları sevirəm. Bir gün imkan olsa oxuyacam. smile
25 yanvar 2017 15:55
Offline
N-Gunka
ilk bu kitabı alanda fikirləşdimki, oxuya bilmiyecem. maraqsiz olduğunu düşünmüşdüm. Amma elə ki, başladım oxumağa fikrim tamamilə dəəyişdi. o qədər axıcı dili sadə kitabdir ki, ayrılmaq olmur.3-4 günə bitirdim. kitabı oxuya oxuya filminə də baxdım.qısacası Varis mənə çox şey öyrətdi.
24 yanvar 2017 22:35
Offline
Xəyalə Murad
Bu roman haqqında çox eşitmiş, çox oxumuşdum. Ancaq oxumağa cəhd etməmişəm. Nədənsə sujeti və mövzusu məni özündən uzaqlaşdırır. Bəlkə bir gün oxuyaram. Bu il üçün hədəfimdə başqa kitablar, başqa müəlliflər var.
24 yanvar 2017 19:46
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Bu romanın filminin fraqmanını izləmişdim, çox maraqlı gəlmişdi. Romanı oxumadan filmi izləmək istəmədim. İndi Şəfa, sənin yazın marağımı daha da artırdı. Fürsət düşən kimi oxuyacam bu romanı da.
Təşəkkürlər yazı üçün. Davamlı olsun.
24 yanvar 2017 17:37
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
  • 20:20 - Müəllif: Konul Meherremova
    Toy tortları (55)

    Toy tortları

    Hepsi bir birinden guzel allah hamiya nesib etsin
  • Avtomobil təkərindən dekorasiya

    Cox gozeldir 3ve 4cu ve axirdan 2 ci sekilleri beyendim amma umumide hamisida gewegdir tewekkurler
  • Düzgün ətir seçimi və istifadəsi

    Cox gozel etirdir tewekkurler maraqli melumat ucun
  • 15:36 - Müəllif: Tər Naz Elm Nur
    Qeyri-adi ayaqqabılar (1)

    Qeyri-adi ayaqqabılar

    Dogurdan da qeyiadidir goren geyinen var bulardan tewekkurler maraqli xeberdir
  • Avtomobil təkərindən dekorasiya

    Ayyy ne gözel bayıldım
  • Şampunlarınıza şəkər əlavə edin

    Mirçeyin elinden durmag olar
  • Azərbaycanın ilk ciddi evlilik tanışlıq saytı

    Real qalmisdi insani tanimag ucun qaldi sosyalda duzgun secim edesen cox cetindir.
  • Şampunlarınıza şəkər əlavə edin

    Aa ne yaxsi mende eliyimde onda cunki caclarim tez yaglanir tewekkurler maraqli melumat ucun canim yaxsi faydali melumatlar oturursuz istifadecilerimize
  • Azərbaycanın ilk ciddi evlilik tanışlıq saytı

    Salam Bakida yasayiram .Evli olmusam 1 ovladim var..Tehsilim var Qafqaz univer bitirmisem.Ama Biznesle mesgulam.Virtual tanisligin ciddiliyine inanan insanam .Xasiyyet ve xarakterime geldikde ise heyatda her insana guvenmirem, duzgunluyu sadeliyi sevirem, nece olsa da duz daniwan insani da bawa duwmeyi bacariram, yalan daniwan xanimla ise hec bir unsiyyetim alinmaz... Xanimin təhsili olsa işləsə ibadet etse yaxşı olar.Amma əsas insanlıgı olsun.Cox pul gorende kecmisin ve insanligi unutmasin.Pula mashina onem vermesin.Birdəki çox insan deyirki gözəllik önəmli deyil filan mənimçün 50/50 yəni xanım görnüşcə və xasiyyətcə gözəl olmalıdır.Burda ise yalniz kriteriyalarima uygun, ilk olaraq yalan daniwmayan, komplekslerden kenar, her weyi oldugu kimi ureyindeki sozu uze deyen, agilli, semimi sozun heqiqi menasinda ESL xanimla heyatda unsiyyet qurub tanimaq isterdim...AZE number active+994 70-327-6717 whatsaap aktivdir....istese Zengde ede biler.
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör