Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
15:03PERI salam bacilar,sureyya canib necesen 12:59Surayye Yarım saatdi mesajlariniza cavab yazıram ))) 12:58Surayye İndi bildim ki məni necə çox istəyirsiz 12:51Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm 11:25Xəyalə Murad Yeni dərs və iş həftəsində hər birinizi salamlayıram! 10:35Sima salam sabahiz xeyir
39298

Dadlı borş

Dadlı borş

Tərkibi:

5 qaşıq yağ

1 baş soğan

1 ədəd orta boy qırmızı çuğundur (300 q)

2 ədəd yerkökü (300 q)

2 qaşıq tomat pastası

3-4 ədəd dəfnə yarpağı

1 ədəd orta boy təzə kələm

3 ədəd kartof

2 stəkan kiçik doğranmış cəfəri

duz

istiot

Hazırlanması:

Soğanları kiçik-kiçik doğrayın. Çuğundur və kökü mətbəx rəndəsinin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın. Kartofları soyun və iri-iri dilimləyin.

Tavada yağı isidin, bu yağda soğanlar yumşalana qədər bişirin. Sonra buraya çuğundur və yer kökünü əlavə edin, təqribən 10 dəqiqə bişirin. Sonra tomat pastası, duz, istiot əlavə edin. 5 dəqiqə bişirin.

Bişmiş tərəvəzi və dəfnə yarpaqlarını ət suyuna əlavə edin. Su qaynayarkən azalıbsa, biraz su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır. Qazanı qaynadın. İçərisinə kartof, kələm və cəfərini əlavə edin. Kələm və kartof yumşalana qədər bişirin.

Servis edilərkən zövqə görə borşun üzərinə qatıq və ya xama tökülür. 

Dadlı borş

Nuş olsun!

 


Səslərin sayı: 2
3
1918

loading...
Şərhlər
Offline
Qadin.Net
Borw cox sevdiyim yemeylerden biridir nyam Tewekkurler xebere gore give_ros
24 yanvar 2017 17:22
Offline
Ceylan Mumoğlu
Hiss olunur ki, hazırlayan zövqlü xanımdır və sağlamlığa diqqət edir.
Təşəkkürlər.
11 yanvar 2017 12:55
Offline
Arzu
Tesekkurler dadli gorsenir give_ros
11 yanvar 2017 12:05
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış